Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

MTN müstentiqinin kabinetinde qaydasız döyüş: “Öl, amma döşemeni çirletme”

09 Kasım 2016

12:24 pm


09/11/2016 [16:21]: xeber –
Saytımızda ötən gün sabiq
MTN generalı Akif Çovdarovun qurbanlarından Sərvər Hümbətovun başına gələnlərdən
bəhs etmişdik. Vurğulamışdıq ki, S.Hümbətovu həbs etdirərək ondan Sumqayıtdakı
özəl klinikalardan birinin rəhbərinin üzünə durmağı tələb edən Çovdarov,  vətəndaşı ağır işgəncələ məruz qoymuş, sonda
onun 150 min dollar məbləğində pulunu alaraq azad etmişdir. (I hissə burda: http://www.moderator.az/news/157689.html
).

S.Hümbətov sayt-a
açıqlamasında MTN-də başına gələnlərlə bağlı yeni məlumatlar verib.

 

“Gedin başa salın, hazır olanda gətirərsiniz!”

 

S.Hümbətovun sözlərinə
görə, A.Çovdarovun tələbini yerinə yetirməkdən imtina etməyi MTN generalının qəzəbinə
səbəb olub:

“Mənim klinika rəhbərinin
üzünə durmaq tələbindən qəti şəkildə imtina etməyim A.Çovdarovu özündən
çıxartdı. O, məni həbs və işgəncə ilə hədələyəndən sonra üzünü müstəntiqə
tutaraq dedi: “Bunu aparıb başa salın, hazır olanda gətirərsiz!”.

Onun bu sözündən sonra
müstəntiqlər məni Çovdarovun otağından çıxartdılar. Məni öz kabinetlərinə
apardılar. Artıq başa düşmüşdüm ki, Çovdarovun “gedin başa salın” göstərişinin
arxasında nə dayanır və bu göstərişin mahiyyəti məni təzyiq gücü ilə bu tələbə
razı salmaqdır. Lakin mən öz fikrimdə qəti idim və nə olursa-olsun heç kimə şər
atmayacaqdım”.

 

Müstəntiqin kabinetində qaydasız döyüş: “Öl, amma
döşəməni çirlətmə”

 

Şikayətçinin bildirdiyinə
görə, otağa daxil olan kimi müstəntiqlər Çovdarovun tapşırığına uyğun olaraq vətəndaşı
“başa salmağa” başlayıb:

“Onlardan biri öncə mənə badalaq
atdı. Lakin onun bu cəhdi uğursuz alındı, məni yıxa bilmədi. Tətbiq etdiyi fəndin
uğursu alınması həmin müstəntiqi daha da özündən çıxartdı. O və yanıdnakı digər
müstəntiq eyni anda mənə yumruq və təpik zərbələri endirməyə, məni elə kabinetcədə
vəhşicəsinə döyməyə başladı.  Onlardan
biri məni vurduqca deyirdi ki, sən kiminsə üzünə durmursan deyə, sənə görə biz əziyyət
çəkməliyik? Söz götürməliyik?

Onlar var gücləri ilə
vurur, mənsə sadəcə üzümü bu zərbələrdən mümkün qədər qorumağa çalışırdım. Lakin
bütün cəhdlərimə baxmayaraq burnum, ağzım qanamışdı. Üzümdən axan qanı
dodaqlarımda hiss edirdim. Məni vurduqca yerdə qıvrılır, bu zaman sifətimdəki
qan döşəmədə iz qoyurdu. Bunu görən müstəntiqlərdən biri döyə-döyə qışqırdı ki,
“öl, amma döşəməni çirlətmə. Kimsə sənin hambalın deyil ki, səndən sonra döşəməni
silib-süpürsün”.

 

MTN önündə paqonlu cəlladlardan imdad uman yaşlı ana
və səssiz göz yaşları…

 

MTN-də olduğu müddət ərzində
yaşlı anasının da dalınca gəldiyini bildirən S.Hümbətov, anasının haray və
yalvarışlarına da kimsənin əhəmiyyət vermədiyini qeyd etdi:

“MTN tərəfindən
tutulmağımla bağlı xəbər bir anın içərisində yaşadığım yerdə yayılmış, anamın
da qulağına çatmışdı. Həbs olunmağımla heç cür barışa bilməyən anam
yaxınlarımın köməyi ilə MTN-ə qədər gəlib çıxmışdı. Görünür, sadəcə anam deyil,
digər qohumlarım da belə hesab edirdilər ki, heç deyilsə anamı kimsə dinləyər,  onun gəlişi mənim azad olunmağıma hardasa kömək
edər. Lakin təəssüflər olsun ki, MTN-də kimsə anamı qəbul edib  dinləmədi. Yaşlı anamın gücü sadəcə MTN
qarşısında boynunu büküb dayanmağa, bir də ağlamağa çatdı. Onun göz yaşları MTN-nin
paqonlu cəlladlarının ürəyini yumşaltmadı. Saatlarla binanın önündə gözləyən
anam sonda çarəsizcə geri döndü. Ondan geriyə bir tək göz yaşları qaldı”.

 

“Səni yalnız bir şey xilas edə bilər: pul! O da biz
razı olsaq!”

 

Şikayətçinin sözlərinə
görə, aramsız təziq və işgəncələrdən sonra onun klinika rəhbərinin üzünə
durmayacağını anlayan Çovdarov ondan azad olunmaq üçün 150 min dolar tələb
edib:

“Verdikləri bütün işgəncələrə,
təhdidlərə baxmayaraq klinika rəhbərinin üzünə durmaqdan imtina edirdim və bəlli
bir müddətdən sonra anladılar ki, mən onların arzuladığı adam deyiləm. Odur ki,
müstəntiq növbəti dəfə məni Çovdarovun kabinetinə aparanda MTN generalı məndən
150 min dollar tələb etdi. O bildirdi ki, hər kəs bilir ki, bu binaya düşənlər
burdan elə belə xilas ola bilməz. Burdan pul vermədən yalnız ölülər çıxır. Odur
ki, sən də tələb olunan pulu verməlisən. Səni yalnız bir şey xilas edə bilər:
pul! O da biz razı olsaq”.

Şübhəsiz, mən də hər kəs
kimi ölmək istəmirdim. Ona görə də pul verməyə razı olduğumu, amma o qədər
pulumun olmadığını bildirdim. Lakin A.Çovdarov hökmedici səslə bildirdi: 150
min. O, əlinin hərəkəti ilə məni otaqdan çıxartmalarını istədi və məni yenidən
müstəntiqin otağına gətirdilər”.

 

Ardı var

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler