Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“MTN işi”nin ili bitdi, İŞ bitmedi…

27 Ekim 2016

9:00 pm


28/10/2016 [00:56]: xeber –
Bir ildir ki, ölkə ictimaiyyətinə “MTN işi” kimi məlum olan cinayət işi bütün rəngarəngliyilə davam edir. Rəngarəngliyə səbəblər çoxdur. İki nazir işdən azad olunur, tabeliklərindəki yüksək rütbəli vəzifə sahibləri, generallar həbs olunur, ağılagəlməz cinayətləri üzə çıxır, həbs edilənlərdən biri intihar edir, intiharın şahidi də özünəqəsd edib (rəsmi versiyalara görə) dünya ilə vidalaşır. Generallardan hərdən vəkillər vasitəsilə sensasiya doğuracaq xəbərlər ötürülür, cəmiyyət də bu xəbərlərə yeni rəng verib bir az bərkdən, bir az pıçıltı ilə müzakirələr açır, arada elə adlar hallanır ki.., qərəz ölkə əhalisi bütün sosial problemlərini də bəzən unudub bu “həyat serialı” nın sonunu gözləsələr də, bu işin “the end”i hələ üfüqdə görsənmir…   “Rabitə və yüksək texnologiyalar nazirliyinin sabiq rəhbəri Əli Abbasova qarşı cinayət işi açılıb” xəbəri də bu qarmaqarışıq palitraya yeni rəng qatıb, çünki  ilk baxışdan rabitə nazirinin işdən çıxarılması ilə onun məsuliyyətinin bitdiyini zənn edənlər çox idi. Cinayət işinə keçməzdən əvvəl Leninin inqilab nəzəriyyəsində, yəni dövlət çevrilişində poçt və rabitənin ilk ələ keçiriləcək vacib obyektlərdən biri olduğu yəqin ki, çoxlarımızın yadındadı. Leninin bir fikrini də yada salaq – “ kadrlar bu gün hər şeyi həll edir”. İndi Lenindən sitat gətirmək dəb olmasa da istər – istəməz fikirləşməli olursan: xüsusi rabitə və informasiyanın müasir sistemi dövlətin idarəedilməsi sisteminin texnoloji əsasıdır. Rabitə bütün dünyada olduğu kimi bizdə də prezidentin, onun əlaqələrinin, başqa dövlətlərin dövlət başçıları ilə əlaqələrinin, hökümət rabitəsinin təşkilatçısı, verilən, qəbul edilən informasiyanın təhlükəsizliyini təmin edən vacib bir strukturdur. Bu vacib qurumun başqa özəlliklərini xatırlatmadan deyə bilərik ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də keşmiş MTN kimi xüsusi xidmət orqanı statusunda sayıla bilər. Belə bir struktura rəhbər kadr seçərkən min dəfə ələkdən keçənin birisi olması dolayısı ilə Leninin deyiminə haqq qazandırır. Keçməyəndə nələr olur? Keçmiş nazirə qaldırılan cinayət işinin maddələrinə diqqət edək – vəzifədən sui – istifadə, məsrəf, yeyinti və sairə.  Bunlar bir tərəfə, nə bilək ki,  “gizli dinləmələr”ə şərait yaradılması qanununu (Əməliyyat –axtarış haqqında Azərbaycan Respublikasının Qanunu nəzərdə tutulur) əlində bayraq edib, hansı dövlət sirrlərini də harasa ötürməyiblər? Və beləliklə, daha kimləri dinlədikləri mövzusu yenidən gündəmə qayıdacaq. Sabah Əli Abbasovu həbs edib, Eldar Mahmudovu azadlıqda saxlasalar bu işin görünməyən tərəflərinin bu günkü dedi-qodusu pıçıltıdan yüksək səsə keçəcək və keçmiş MTN nazirinin hələ də güclü təsir və təzyiq vasitələrinə malik olduğunu gizlətmək mümkün olmayacaq. Bəli, Əli Abbasov, daha dəqiqi, rabitə və yüksək texnologiyalar naziri vəzifəsini tutan istənilən şəxs mövcud qanunvericiliyə əsasən  gizli dinləmələrə şərait yaratmalı və kimi dinlədiklərini sual etməməlidir. Elə bütün baş verən sonrakı mütəşəkkil cinayətkarlığın ilk səbəbi də burdan qaynaqlanıb, yəni bu qanunu prosedur Eldar Mahmudovla Əli Abbasovun birgə  saysız – hesabsız qanunsuz əməllərinin start mərhələsidir. O zaman “serialı “ izləyən ölkə sual etməzmi ki, niyə baş cinayətkar Eldar Mahmudov hələ də bağ evindədir, axı rabitə naziri “ kontrabasda tək çalmayıb”. Elə bilməyin ki, Əli Abbasov həbs olunsa, sakit duracaq, yenə vəkillər vasitəsilə çölə sensasiya yaradacaq xəbərlər ötürüləcək və bu xəbər içəridəkiləri də, çöldəkiləri də yüngül desək – çox narahat edəcək… Ortada çox incə bir məsələ də var və kütləvi informasiya vasitələri bu məsələni hər dəfə vurgulayırlar – pul  məsələsi. Mənimsənilən pul qaytarılmır və ölkənin iqtisadi böhran keçirdiyi dövrdə bu pulların qaytarılması ən vacib şərtdir – azadlıqda qalmaq şərti. Pul o qədər qıtlaşıb ki, Akif Çovdarovun təqaüdünü verməmək də qənimət hesab olunur. Əli Abbasovun torpaq ərazisi satması və neçəyə satması xəbəri də mətbuatda yer alırsa, deməli, pulla bağlı bütün gəlişmələr nəzarətdədir. Əli Abbasovun tabeliyində olan keçmiş vəzifə sahiblərinin də məhz mənimsəmə faktı ilə cinayətə cəlb olunması “gizli dinləmələr”in üzərinə yüngül kölgə salsa da hər şeyin ordan qaynaqlandığı şüuraltı hər kəsin qafasındadır. Yenə sual yaranacaq. Axı, Eldar Mahmudovun da böyük biznes şəbəkəsi var və nəyin harda olması, nə işlə məşğul olduqları az qala ünvan-ünvan göstərilib. Niyə dövlət nəfinə keçirilmir bu çeşidli obyektlər? Cahangir Hacıyevin məhkəmədə bəzi deyimləri arzuolunan deyildi. Akif Çovdarov da hərdən yarı hədə, yarı xahiş ismarışlar göndərir. Məhkəmədə “sandıq açmayacağı” sual altındadır. Bəs Əli Abbasov? Onun itirəcək nəyi qalıb? Bəzən prosesləri – “serialı” izləyərkən adama-tamaşaçıya elə gəlir ki, Eldar Mahmudov içərini də, çölü də gözəgörünməz əli ilə nizamlayır. Bu qədərmi güclü? Yoxsa, bu qədərmi günahsız? Təbii, Əli Abbasov günahkardır, tabeliyindəkilərlə birlikdə dövlət pullarını mənimsədiyi sübut olunmuş kimidir, yazımızda məqsəd ondan da böyük qanunsuz əməllərin sahibi Eldar Mahmudovun ittihamlardan kənarda qalmasının cəmiyyətdə birmənalı qarşılanmayacağını sayt olaraq hüquq mühafizə orqanlarının bir daha nəzərinə çatdırmaqdır.                                                                                                                     sayt-ın analitik qrupu


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler