Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“MTN işi” bezi belediyye sedri ve icra nümayendelerinin de “başını yeyecek”

05 Eylül 2016

7:52 am


05/09/2016 [11:49]: xeber –
Hazırda istintaqı davam
edən “MTN işi” ilə bağlı xeyli sayda bələdiyyə sədri və icra nümayəndəsinin də
həbsi gözlənilir. Bu barədə sayt-ı özəl mənbə məlumatlandırıb. Mənbənin
sözlərinə görə, buna səbəb bələdiyyə sədri və icra nümayəndələrinin MTN
generallarının torpaq və əmlak zəbtində bələdçi qismində çıxış etməsidir:

“MTN işi” ilə bağlı
aparılan araşdırmalar çərçivəsində ləğv edilən bu qurumun general-polkovnik heyətinin
çoxlu sayda daşınmaz əmlaka, yüz hektarlarla torpaq sahəsinə, saysız-hesabsız
villa və restoranlara sahib olduğu üzə çıxıb. Araşdırma nəticəsində ortaya
çıxan digər bir ilginc reallıq isə MTN generallarının torpaq işğalında bələdiyyə
sədri, icra başçıları və icra nümayəndələrinin bu məsələdə vasitəçi qismində
yaxından iştirak etməsi gerçəyidir. Belə ki, bütün ölkəyə qənim kəsilən MTN
generallarının xoşuna gəlmək, onların rəğbətini qazanmaq, ən əsası qəzəbinə tuş
gəlməmək üçün bu məsələdə onlara yaxından kömək edən bələdiyyə sədri və icra
nümayəndələri ciddi qanunsuzluqlara vəsilə olub.

Təmsil etdikləri kənd, qəsəbə
və rayonlardakı torpaq sahələrinə yaxşı bələd olduqları üçün torpaq əldə etmək,
kənd təsərrüfatı obyektləri inşa etmək istəyən MTN generalları ilk növbədə bələdiyyə
sədri və icra nümayəndələrinin yanına adam göndərir, onlardan ən yaxşı torpaq
sahələrinin yerini xəbər alır, habelə həmin şəxslərdən bu torpaq sahələrini
onların və ya yaxınlarının adına rəsmiləşdirməsini tələb edirdi. Generalların
bu tələbini bir qayda olaraq “baş üstə” kəlməsi ilə cavablandıran adıçəkilən
yetkililər dövlət balansında olan torpaqları MTN generallarının adına sənədləşdirir,
bəzi hallarda ayrı-ayrı vətəndaşlara məxsus torpaqların da zor gücünə onlardan
alınıb “paqonlu işğalçılar”a verilməsini təmin edib. Məhz bu səbəbdən də yaxın
gələcəkdə bəzi bələdiyyə sədri və icra nümayəndələrinin həbsxanada sabiq
generallarla eyni və ya yanaşı kameraları bölüşdürəcəyi ehtimalı böyükdür”.

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler