Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“MTN-i iflic veziyyetine salan “obaxeyis”lerin bu quruma “selib yürüşü” oldu”

04 Ekim 2016

9:08 pm


05/10/2016 [01:04]: xeber –
Sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev sayt-a
açıqlamasında “MTN işi” ilə bağlı müsahibə verib. Həmin müsahibənin I hissəsini
oxuculara təqdim edirik:

 

-Mahmud bəy, məlum “MTN işi” ilə bağlı xüsusi xidmət
orqanları, onların fəaliyyəti, iş prinsipi müzakirə predmetinə çevrilib.
Maraqlıdır, sizcə sovet dönəminə məxsus xüsusi xidmət orqanları ilə hazırkı
analoji qurumların fəaliyyəti arasında müsbət və mənfi mənada hansı fərqlər
var?

 

– Sovetlər
dönəminin xüsusi xidmət orqanının agenturası ilə müstəqilik əldə edən keçmiş
sovet dövlətlərinin agentura sistemi bir deyil. Sovet dönəmində agentura
sistemi daha effektli idi. SSRİ dönəmində aşağıdakı xüsusi xidmət orqanları
mövcud idi: müttəfiq dövlətlərdəki DTK-lar, Nazirlər Sovetinin nəzdində olan
DTK-lar, SSRİ DTK-sı, SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının tərkibindəki
Baş Hərbi Kəşfiyyat. SSRİ Nazirlər Sovetinin tərkibində olan DTK-da əsas
aparıcı xidmətlər xarici kəşfiyyat və daxili əks-kəşfiyyatın üzərinə düşürdü. Bunlar
xüsusi xidmət orqanları idi. SSRİ dağılandan sonra DTK-lar da öz adlarını dəyişdi.
Azərbaycan DTK-sı isə MTN adlandırıldı. Yəni müstəqil dövlətlər yarananda köhnə
agnetura sistemi hələ qalırdı. Lakin son 15-16 ildə “obaxeyislər” xüsusi xidmət
orqanına səlib yürüşü həyata keçirəndən sonra bütün strukturları ələ aldılar. Bununla
da SSRİ dönəmindən qalma əməliyyat təsərrüfatı, məxfi şəbəkənin heç deyilsə
50%-i sıradan çıxarıldı.

“Obaxeyis”in məxfi şəbəkəsi ilə xüsusi xidmət orqanlarının məxfi şəbəkəsi
heç vaxt üst-üstə düşə bilməz. Ömrünün müəyyən bir hissəsini “obaxeyis” işləmiş
bir şəxs sonradan gedib xüsusi xidmət orqanında işləyə bilməz. Bu, iki vur
ikidir. Bu, “qırxında öyrənən gorunda çalar” məsələni yada salır. “Obaxeyis”lərin
xüsusi xidmət orqanlarına axını oradakı məxfi şəbəkənin sıradan çıxarılmasına,
onun imicinin kəskin surətdə aşağı düşməsinə səbəb oldu. Əməliyyat və istintaq
xidmətlərinin işini də iflic etdilər. MTN son 15-16 ildə baş verən proseslər səbəbi
ilə iflic oldu. Iflic olan bir qurumdan isə məxfi əməliyyat şəbəkəsinin yüksək
səviyyədə olmasını gözləmək olmaz.

 

-Son günlərin ən çox müzakirə edilən mövzularından
biri də sabiq MTN generalı Akif Çovdarovun gizli agentlərin adını açıqlayacağı,
onları de-şifrə edə biləcəyi ilə bağlı səsləndirdiyi fikirlər oldu. Bilmək istərdik
ki, xüsusi xidmət orqanlarında agentlərlə iş hansı prinsiplər əsasında qurulur?

 

-Haqlısınız.
Son günlərin ən çox diqqət çəkən məsələlərindən biri A.Çovdarovun agentlərin
kimliyinə aydınlıq gətirə biləcəyi ilə bağlı verdiyi açıqlama oldu. Hansı ki,
bu açıqlama KİV-də də geniş şərh edildi. Təəssüflər olsun ki, bu konteksdə
ciddi səhvlərlə paralel müşahidə edilən müsahibələrdən biri “Yeni Müsavat” qəzetində,
Sevinc Telmanqızının imzası ilə dərc olundu. O, adının çəkilməsini istəməyən
keçmiş xüsusi xidmət orqanı əməkdaşından müsahibə götürmüşdü. Orada agentura
sistemi və xüsusi xidmət oqanlarının əməliyyat təsərrüfatı işindən bəhs
olunurdu. Lakin bu müsahibədə səslənən fikirlərdə həddindən artıq yanlışlıqlar
var idi. Bu müsahibənin kim tərəfindən verildiyi mənə bəlli deyil. Lakin bu,
sözün həqiqi mənasında gülüş doğuran bir müsahibə idi. Və qəribəlik doğuran məqamlardan
biri də bu idi ki, burada müsahibin öz kimliyini gizlətməsi üçün heç bir əsas,
heç bir nüans yox idi.

 

-Həmin müsahibədə səslənən hansı fikirləri xüsusi xidmət
orqanlarının iş prinsipinə, peşəkarlığına zidd hesab edirsiniz?

 

-Həmin müsahibədə cənab “x” bu cür ifadələr işlədir: “Birdəfəlik
agent”, “bahalı agent”, “ucuz agent”, “fahişədən agent ola bilməz”, “agent əməliyyata
cəlb olunur”, “əməliyyatçı ölən zaman agnetin kimliyini də özü ilə bərabər qəbrə
aparır” və s. Bu müsahibədə agentura ilə işləyən əməliyyatçılarda gülüş
doğuran, hüquqi-məntiqi baxımdan qəbuledilməz olan bu cür ifadələr yetərincədir.
Nəzərə almaq lazımdır ki, bu cür yazılar həm sadə vətəndaşlarda, həm keçmiş əməliyyatçılarda,
həm də əməliyyat xidmətində çalışan şəxslərdə maraq doğurduğu üçün daha çox
oxunur. Lakin bu cür ifadələr bu sahədən az-çox anlayışı olan şəxslərdə gülüş
doğurur. Baxın, “birdəfəlik agent” heç vaxt ola bilməz. Agent ya pullu, ya da
pulsuz olur. Pullu agentlərə dövlət tərəfindən vəsait ayrlır və onlar əmək
haqqı alırlar. Birdəfəlik agent olmur. Birdəfəlik yalnız şahid ola bilər. Ola
bilər ki, istintaqın gedişində hər hansı bir şəxsi çağırıb dindirəsən, əmin
olasan ki, bunun danışdığı cəfəngiyyatdır. Yəni həmin şəxs həm nala, həm də
mıxa vurur. Onun dedikləri istintaqın, məhkəmənin perspektivi üçün əhəmiyyət kəsb
etmir. Ola bilsin ki, onu bir dəfə dindirəndən sonra daha dindirilməyə dəvət
etmisən. Bu cür şəxslər haqqında birdəfəlik sözünü işlətmək olar. “Birdəfəlik
agent” ifadəsi isə gülüncdür.

 

-Bəs agentlərin “bahalısı”, yaxud “ucuzu” olurmu?

 

-“Bahalı” və “ucuz agent” ifadələri də məntiqdən kənardır. Müsahibə
verən şəxsin dediklərindəın belə anlaşılır ki, atom fizikası və bu kimi məsələlərlə
bağlı agentlər bahalı, digər “xırda-para” işlərlə məğul olan agentlər isə ucuz
agentlərdir.

Amerikada təxminən 60-cı illərdə SSRİ-nin Baş Hərbi Kəşfiyyat İdarəsi
atom fiuzikası ilə məşğul olan ər-arvadı verbomka eləmişdi. O zaman xarici dövlətlərdə
sosializm ideyasına çox inanırdılar. İnsanların çoxu inanırdı ki, sosializm tam
qurulandan sonra kommunizmə keçid olacaq və s. Həmin o ər-arvadı da
inandırmışdılar ki, atom fizikası ilə bağlı müəyyən məlumatları SSRİ-yə
ötürsünlər, guya ki, sovetlər bundan dinc məqsədlər üçün istifadə edəcək. Onlar
müəyyən məlumatları SSRİ-yə ötürdülər. Lakin sonradan onlar başa düşdülər ki,
aldanıblar. SSRİ onların verdiyi məlumatlardan dinc məqsədlər üçün deyil, kütləvi
qırğın silahları düzəltmək üçün istifadə edir. Buna görə də həmin cütlük
intihar etdi. Yəqin ki, “Yeni Müsavat”a müsahibə verən şəxs “bahalı agent” deyəndə
belə agentləri nəzərdə tutub.

 

-Xüsusi xidmət orqanlarının fəaliyyət çərçivəsi necə
müəyyənləşir? Onlardan birinin digərinin fəaliyyət dairəsinə müdaxilə etməsi
mümkündürmü?

 

-Sovet dönəmində hər bir xüsusi xidmət orqanının öz fəaliyyət dairəsi,
fəaliyyət çərçivəsi var idi. Hər bir xüsusi xidmət orqanının isə öz agnetləri
vardı. SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahındakı Baş Hərbi Kəşfiyyatının
özünün fəaliyyət çərçivəsi var idi. Onun öz fəaliyyət çərçivəsində “verbovka”
etdiyi agentlər mövcud idi. DTK-nın xarici kəşfiyyat xidmətinin öz agentləri, əks-kəşfiyyatın
isə öz agentləri var idi. SSRİ dağılandan sonra Rusiyada DTK iki hissəyə
bölündü. Hansı ki, bizimkilər də bu yeniliyi tətbiq etdi. Rusiyada DTK-nın
yerində Federal Təhlükəsilik Xidməti – FTX yarandı. DTK-nın tərkibindəki xarici
kəşfiyyat da Xarici Kəşfiyyat Xidməti adı ilə fəaliyyətə başladı.

Azərbaycanda isə yaxın vaxtlarda MTN-nin adı dəyişdirildi, Rusiyadakı
kimi ayrıca Xarici Kəşfiyyat Xidməti təşkil olundu.  MTN-nin yerində isə Dövlət Təhlükəsizlik Xidməti
yaradıldı.

Rusiya Müdafiə Nazirliyinin tərkibində Baş Qərargah var və onun tərkidində
Baş Hərbi Kəşfiyyat mövcuddur. Bu qurumun xaricdəki nümayəndələri var. Bu nümayəndələrə
hərbi attaşelər də daxildir. Rusiyanın bütün xarici dövlətlərdəki səfirliklərində
hərbi attaşesi var. Bu hərbi attaşelərin 99, bəlkə də 100%-i QRU deyilən Baş Kəşfiyyat
İdarəsinin əməkdaşlarıdır. Böyük Britaniya, Fransa, Yaponiya kimi böyük
limanları olan ölkələrdə isə həm hərbi işlər üzrə attaşe var, həm də hərbi donanma
üzrə attaşe olur. Yəni iki attaşe fəaliyyət göstərir. Onların öz müavinləri,
köməkçiləri olur. Onların hamısı Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarıdır.

Hər bir xüsusi xidmət orqnaının öz fəaliyyət çərçivəsi var və ona
uyğun da agentləri olur. Lakin bunu “ucuz” və “bahalı” deyə iki yerə ayırmaq
gülüncdür. Xarici Kəşfiyyat Xidmətinin öz fəaliyyət sahəsi var. Rusiyanın bütün
səfirləri, onların müavinlərinin hamısı həmin xidmətdən keçir. SSRİ dönəmində
xarici kəşfiyyat DTX-nın nəzdində idi. Bütün diplomatlar bu xidmətədn keçirdi.
Xüsusilə aparıcı kapitalist ölkələrində fəaliyyət göstərən diplomatlar bu xidmətdən
keçirdi. Primakov vaxtiylə xarici işlər naziri işləyib. Bu şəxs uzun müddət
xarici kəşfiyyat xidmətinin direktoru olub.  Bu faktın yəqin ki, izaha ehtiyacı yoxdur. Diplomatların
90-95%-i Xarici Kəşfiyyat Xidmətindən gedir və onların əməkdaşlarıdır.

 

-Qeyd etdiniz ki, məlum müsahibədə “fahişədən agent
çıxmaz” ifadəsi yer alıb. Sizcə doğrudanmı fahişələr agent fəaliyyəti üçün
yararsızdır?

 

Ardı var

 

Seymur Əliyev

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler