Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

MTN generalları niye intihar etmek isteyir?

16 Ağustos 2016

9:20 am


16/08/2016 [13:19]: xeber –
Milli Təhlükəsizlik Nazirliyi ləğv edilsə də, bu qurumla bağlı xəbərlər səngimək bilmir. Mətbuatda keçmiş MTN-çilərin həbsdəki vəziyyətindən, Eldar Mahmudovun törətdiyi əməllərdən çeşid-çeşid xəbərlər yayılır. Hər dəfə məlum olur ki, uzun illər ölkənin təhlükəsizliyinə cavabdehlik daşıyan qurum ən böyük təhlükə mənbəyi imiş. Ölkənin ən strateji sahəsi ən iyrənc, qeyri-insani işlərlə məşğul olurmuş.Bu fikirlər “MTN generalları niyə intihar etmək istəyir?” adlı yazıda əksini tapıb. Yazını olduğu kimi təqdim edirik:Bugünlərdə isə xəbər yayıldı ki, keçmiş MTN-çilər intihara cəhd edirlər və bunun qarşısını almaq üçün həbsdə olan bütün MTN-çilər nəzarətə götürülüb. Məlumata görə bir neçə gün öncə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun 1 saylı Bakı Istintaq Təcridxanasında intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlardan sonra həbsdə olan sabiq MTN əməkdaşları ciddi nəzarətə götürülüblər. Məlumatda bildirilir ki, Akif Çovdarovun intihar xəbərindən sonra təcridxanada olan bütün MTN əməkdaşlarına ayrılıqda nəzarət edilir, kameralara xüsusi nəzarətçilər təyin edilib. Nəzarətçilər kameranın qarşısında növbə ilə dayanmaqla özlərinə xəsarət yetirməmələri üçün təqsirləndirilən şəxsləri izləyirlər.Xəbərdə bildirilir ki, hazırda həbsdə olan generallar – Subahir Qurbanov, Akif Çovdarov, Elçin Quliyev, polkovniklər – Akif Əliyev, Səlim Məmmədov, Vüsal Ələkbərov, Orxan Osmanov və digərlərinin saxlanıldığı kameralara təhkim olunan təcridxana əməkdaşları tərəfindən mütəmadi baxış keçirilir.Əslində MTN-çilərin intihara cəhd etməsi real görünür. Çünki, bir müddət əvvəl MTN polkovniki Ilqar Əliyev də intihar etmişdi. Amma sual meydana çıxır ki, bu adamlar niyə intihar edir. Minlərlə insan həbs həyatı yaşayır, niyə bu adamlar hamısı intihara cəhd etmir?Ilk versiya belədir ki, keşmiş MTN-çilərə ağlagəlməz işgəncələr verilir və bu adamlar artıq işgəncələrə tab gətirə bilmirlər. Əgər belədirsə, bu da hökumət adına növbəti rüsvayçılıqdı, qanunsuzluğun, hüquqsuzluğun göstəricisidir. Əlbəttə ki, bu adamlar ağlagəlməz cinayətlrə törədiblər və ən ağır cəzaya layiqdilər. Amma ən qatı cinayətkar da hüquq çərçivəsində cəzalandırılmalıdı. Hökumət də israrla sübut etməyə çalışır ki, bu adamlara heç bir təzyiq göstərilmir, onların bütün hüquqları təmin edilir.O zaman ikinci versiya gündəmə gəlir. Bu adamlar həddindən artıq ağlagəlməz cinayətlər törədiblər və bunun altından çıxa bilməyəcəklərini başa düşürlər. Yəni, məhkəmə qarşısına çıxarılacaqları təqdirdə daha dəhşətli cinayətlərin üstünün açılacağından əmindirlər. Bugünə qədər MTN haqqında yayılan məlumatlardan da bu qənaətə gəlmək olur ki, bu adamlar insanların şəxsi həyatına da müdaxilə ediblər, ən iyrənc vasitələrə əl atıblar. Əminliklə demək olar ki, bu adamlara qarşı irəli sürülmüş ittihamlar törədilmiş əməlləri tam əhatə etmir. Amma bununla belə Akif Çovdarovla bağlı 20 cildlik cinayət işi var.Baş verənləri dərindən analiz edəndə insan dəhşətə gəlir. Bu hökumətin ən yüksək vəzifələrə təyin etdiyi adamlar qeyri-insani fəaliyyətlə məşğul olublar. Ən aşağı səviyyəli adamlara, ən yüksək rütbələr, vəzifələr verilib. Dövlətin və xalqın mənafeyini qorumalı olan adamlar, dövləti və xalqı ləkələməklə məşğul olublar. Və bu adamlar uzun müddət səlahiyyət sahibi olublar…O qədər cinayətlər törədiblər ki, intihar etməyi çıxış yolu seçiblər. Və MTN-in bu qədər kriminallaşmasnın ən böyük günahkarı da, bu məsələdə ən böyük məsuliyyət daşıyan da hökumətdir.(Azadliq.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler