Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

MTN generalının qanunsuz emelleri arvadının başında “çatladı”…

25 Temmuz 2016

7:04 am


25/07/2016 [11:03]: xeber –
Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin dövlət və vətəndaşlar üçün milli təhlükəyə çevirilməsinə görə  tutduğu vəzifədən azad edilən sabiq nazir müavini Hilal Əsədov yenidən gündəmə gəlib. Xatırladaq ki, iki gün əvvəl MTN rəhbərinin  sabiq müavini Hilal Əsədovun nazirliyin Monitorinq Mərkəzinin hazırda həbsdə olan sabiq rəisi Teymur Quliyevin cinayət işi üzrə istintaq tərəfindən dindirildiyi barədə xəbər yayılmışdı. Həmin xəbərdə bildirilir ki, Hilal Əsədov yüksək vəzifəli şəxslərin və onların övladlarının telefonlarının qanunsuz dinlənilməsi ilə bağlı suallara cavab verib.Bu arada isə “vurulmuş” generalla bağlı daha bir məlumat daxil olub.  Hilal Əsədovun 14 saylı uşaq poliklinikasının baş həkimi işləyən həyat yoldaşı Nüşabə Əsədovanın  tutduğu vəzifədən kənarlaşdırılması qərara alınıb. Hazırda öz ərizəsi hesabına uzunmüdətli məzuniyyətə “gedən” Nüşabə Əsədovun yerinə təyin olunacaq şəxsin də kimliyi bəllidir.Nüşabə Əsədovanın həyat yoldaşının qanunsuz əməllərinə görə, “vurulması” çoxdan gözlənilsə də nədənsə, o, bir neçə aydır ki, vəzifəsində qalırdı.Poliklinika ilə əlaqə saxlayan əməkdaşımıza Nüşabə Əsədovanın həqiqətən məzuniyyətə getdiyi bildirilib. Adının çəkilməsini istəməyən həkimlərdən biri isə baş həkimin gedərkən, şəxsi əşyalarını da apardığını deyib.(Gununsesi.info)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler