Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

MTN-de gözqamaşdırıcı vezife herracı: Pulunu ver, hansı vezifeni isteyirsen al…

12 Kasım 2016

8:00 am


12/11/2016 [11:58]: xeber –
Bu günlərdə sayt-a sabiq MTN rəhbəri Eldar Mahmudovla bağlı maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, E.Mahmudovun tabeliyindəki MTN yetkililəri sadəcə sahibkarları, iş adamlarını, məmurları şantaj etməklə deyil, həm də vətəndaşlara sözün həqiqi mənasında “vəzifəpaylama xidməti” göstərməklə külli miqdarda vəsait əldə edib. Belə ki, MTN-ni qeyri-rəsmi şəkildə vəzifə auksionuna çevirən E.Mahmudov komandası ölkənin təhsil, səhiyyə, hüquq-mühafizə orqanları, nazirlik və komitələrindəki ən müxtəlif vəzifələri satışa çıxararaq yüzlərlə insana milyonlarla manat həcmində pul atıb. Mənbənin sözlərinə görə, vətəndaşları paytaxt və rayonlarda müxtəlif vəzifələrə düzəldəcəklərini vəd edən MTN yetkililəri elə bir ab-hava formalaşdırıb ki, vəzifəyə düzəlmək istəyən hər kəs birbaşa MTN-ə yollanıb, öz məqsədinə “MTN-nin xətti” ilə çatmağa çalışıb. İnsanları MTN vasitəsi ilə vəzifəyə düzəlməyə həvəsləndirən digər bir amil isə bu xəttin daha etibarlı olması ilə bağlı yaradılan fon olub. Vəzifə arzusunda olan bir çox insan hesab edib ki, əgər onlar işə MTN-nin əli ilə düzəlsələr, bu, həmin rayonda onların “MTN-nin adamı” kimi tanınmasına səbəb olacaq ki, bu da həm vəzifə kreslosunu qorumaq, həm də bu vəzifədən istifadə edərək pul yığmaq imkanı baxımından əvəzolunmazdır.Mənbənin məlumatına görə, satışa çıxarılan vəzifələrlə bağlı konkret qiymətlər də müəyyənləşdirilib. Məsələn, MTN rayon təhsil şöbəsinin müdiri olmaq üçün 70-100 min, rayon səhiyyə şöbəsinin müdiri olmaq üçün isə rayonlardan asılı olaraq 100-200 min manatlıq “minimal limit” müəyyən edib. Bilgili qaynağın sözlərinə görə, MTN-ə vazkeçilməz qalxan gözü ilə baxan bir çox zavallı insan bu quruma böyük vəsaitlər ödəsə də, onların çox az bir qismi öz arzusuna qismən çata bilib. Vətəndaşların əksəriyyəti bəlli bir müddətdən sonra aldadıldığını başa düşsə də, onların heç biri verdikləri pulu MTN-dən geri ala bilməyib. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler