Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

MSK sedri referenduma qiymet verdi

11 Ekim 2016

2:28 pm


11/10/2016 [18:26]: xeber –
“Azərbaycan seçki proseslərində ən inkişaf etmiş Avropa ölkələrindən geri qalmır”.“Mərkəzi Seçki Komissiyası sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermənin təşkili üçün üzərinə düşən vəzifəni yerinə yetirib”.sayt APA-ya istinadən xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.M.Pənahov bildirib ki, səsvermə çox rəvan keçib:“Azərbaycan mətbuatının da referendumla bağlı prosesdə hər hansı qanun pozuntusuna yol verməsi halına rast gəlinmədi. Bu, həm jurnalistlərinin peşəkarlığı, həm də seçki subyektlərinin maariflənməsi ilə bağlıdır. Polisin də prosesdə fəaliyyəti yüksək qiymətləndirilib, hər hansı irad olmayıb”.MSK sədri bildirib ki, ən qərəzli müşahidəçilərin hesabatlarında da seçki prosesində hakimiyyət resurslarından istifadə olunması barədə ifadəyə rast gəlinmir:“Bir vaxtlar irad kimi səslənən bu ifadə artıq yaddan çıxıb. Azərbaycan seçki proseslərində ən inkişaf etmiş Avropa ölkələrinin heç birindən geri qalmır”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler