Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

MPK ile MDHİU arasında müqavile imzalandı

09 Temmuz 2016

5:56 pm


09/07/2016 [21:55]: xeber –
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin rektoru Vaqif Bayramov arasında aparılmış danışıqlar nəticəsində 5 iyul 2016-cı il tarixində Rusiyanın paytaxtı Moskva şəhərində Moskva Dövlət Humanitar İqtisadiyyat Universiteti ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi arasında müqavilə bağlanmışdır. Sənəd ARMPK-nin vitse-prezidenti Şaiq Həmidov və MDHİU-nin rektoru Vaqif Bayramov tərəfindən imzalanmışdır. Bu memorandum əsasında azərbaycanlı paralimpiyaçılar yaxın gələcəkdə MDHİU-də güzəştli şərtlərlə ali təhsil ala biləcəklər.Sonra Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində 2016-cı ilin məzunlarına diplom təqdimetmə mərasimi keçirilmişdir. ARMPK-nin şöbə müdiri Kamal Məmmədov hüquq fakültəsini fərqlənmə ilə bitirərək qırmızı diploma layiq görülmüşdür.Mərasimdə ARMPK-nin vitse-prezidenti Şaiq Həmidov, Rusiya Federasiyanın İstintaq Komitəsinin nümayəndəsi E.B. Alayev, Ekvador Səfirliyinin katibi P. Munyos və tanınmış tele-aparıcı, jurnalist Nuran Hüseynov çıxış edərək məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar. Kamal C. MəmmədovAzərbaycan Milli Paralimpiya Komitəsinininkişaf, informasiya və tədris şöbəsinin müdiri,Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru,”Əlil idmançılara Dəstək” ictimai birliyinin rəhbəri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler