Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mövlud Çavuşoğlu hem de Azerbaycanın xarici işler naziri imiş – İNANILMAZ…

02 Ağustos 2016

9:40 pm


03/08/2016 [01:19]: xeber –
Dünən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ölkənin bir neçə tanınmış yazarını səfirliyə dəvət edərək onlarla olduqca səmimi söhbət edib. Görüş iştirakçılarından olan sayt saytının baş redaktoru Zülfüqar Hüseynzadənin dediyinə görə çay süfrəsi ətrafında gerçəkləşən bu söhbətdə kifayət qədər hazırlıqlı və peşəkar diplomat olan Alper Coşqun bir neçə dəfə qaşınmayan yerdən qan çıxarmaqda pərgar olan qələm əhlinin tikanlı suallarına da cavab vermək məcburiyyətində qalıb…Bu suallardan biri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun AŞPA – da Türkiyə nümyəndə heyətinin rəhbəri olarkən az qala YAP-çı kimi davranaraq Azərbaycan iqtidarını qatı şəkildə dəstəkləməsi və seçki saxtakarlıqlarına göz yummasından sonra günlərin bir günü ona Türkiyənin baş diplomatı görəvi verilməsi zamanı Azərbaycandakı bir çox demokratiya tamarzılarının xəyal qırıqlığına uğraması barədə olub…Təbii ki, peşəkarlığı ilə hamını heyrətləndirməyi bacaran Alper Coşqun sualdan diplomatikcə yayınaraq birbaşa cavab verməsə də Mövlud Çavuşoğlunu dəstəkləyib və onun Azərbaycanı heç kimə fərq qoymadan bütün varlığı ilə sevən bir şəxs olduğunu deyib. Fikrini əsaslandırmaq üçün səfir XİN şefi ilə çoxsaylı təmaslarından bəhs edib və onun təpədən dırnağadək Azərbvaycan sevdalısı olduğuna zərrəcə şübhə etmədiyini bildirib, hətta maraqlı bir fikir də səsləndirib ki, Mövlud Çavuşoğlu dəfələrlə zarafatla təkcə Türkiyənin deyil, həm də Azərbaycanın xarici işlər naziri olduğunu deyib və hər fürsətdə Azərbaycanın dərdlərini, problemlərini, haqq səsini diqqətə çatdırmaqdan böyük bir məmnuniyyət hiss etdiyini bildirib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler