Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mövlan Şıxeliyevin xidmeti fealiyyeti teftiş edilir

27 Ekim 2016

11:32 am


27/10/2016 [15:31]: xeber –
Ləğv edilən MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlan
Şıxəliyevin yalnız MTN-dəki fəaliyyəti deyil, ondan əvvəlki xidməti fəaliyyəti
də “MTN işi” çərçivəsində araşdırılmaqdadır.Bu barədə
sayt-ı özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, M.Şıxəliyevin
MTN-dən öncəki fəaliyyəti ilə  əlaqədar
olaraq generalın keçmiş iş yoldaşları, sabiq rəhbərliyi və tabeçiliyindəki bir
çox şəxslər dindirilib. Onlardan M.Şıxəliyevlə bağlı konkret suallara cavab istənilib,
MTN generalı ilə bağlı fikir və təəssüratları soruşulub.

Bilgili qaynaq
hesab edir ki, M.Şıxəliyevin sadəcə MTN-dəki deyil, ondan əvvəlki xidməti fəaliyyətinin
də təftiş edilməsi azadlıqdakı MTN generalı üçün hazırlanan aqibətlə bağlı yaxşı
heç nə vəd etmir. Görünən odur ki, hazırda azadlıqda olmasına baxmayaraq M.Şıxəliyevin
adı  “MTN işi”ndə kilid isimlərdən biri
olaraq qalmaqdadır. Hansı ki, M.Şıxəliyevlə bağlı yekun siyasi qərar veriləcəyi
təqdirdə MTN generalının həbsi bir anın içində reallaşa bilər. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler