Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Mossad” kompüterimizdeki melumatları ventilyator vasitesi ile de ele keçire biler

29 Haziran 2016

7:16 am


29/06/2016 [11:15]: xeber –
İsrailin kəşfiyyat xidmətləri, o cümlədən “Mossad”la  əlaqədə çalışan alim-tədqiqatçıları məlumat bazalarını ələ keçirmək üçün cürbəcür üsullar ixtira etməkdə davam edirlər. Məsələ ondadır ki, çox vaxt internetə qoşulmamış bilgisayarlardan informasiyaları ələ keçirmək asan olmur. Bu məqsədlə ötən illər Ben-Qurion adına İsrail Universitetinin əməkdaşları  mobil telefondakı Fm qəbuledici vasitəsi ilə kompüterin  videokartından çıxan şüalanmaları qəbul edərək onları analiz etmə yoluyla müəyyən məlumatlar əldə etmək üsulunu öyrəniblər. Bunun üçün obyektə əvvəlcə Airhopper köməkçi proqramı  ötürülməlidir. Və yaxud GSMem   proqramının köməyindən yararlanmaqla  istilik şüalanması vasitəsi ilə də nəsə əldə etməyin yolu tapılıb. Oxşar işi kompüterin dinamiklərindən yayılan səs dalğaları ilə də görmək mümkündür. Amma bəzi informasiya qurğularına bilərəkdən səs gücləndiricilər yerləşdirilmir.  Bu yaxınlarda isə İsrail alimləri informasiya  oğurlamağaın daha bir unikal metodunu kəşf ediblər. sayt-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, bu dəfə sadəcə, hər bir kompüterdə olan kulerlərdən, yəni ventilyator-soyutma sistemlərindən istifadə olunur.  Bu məqsədlə Fansmitter adlanan yeni proqram hazırlanıb. Həmin  proqramın ötürüldüyü kompüterdə görülən işdən asılı olaraq ventilyator pərinin sürəti dəyişilir, bu də kulerdə özünü göstərir. Kompüterin 1-4  metrlyində yerləşdirilmiş adi smatfonların mikrofonları kulerdəki ən yavaş səsləri “tuta” bilir. Bu cür metodla informasiyanın ötürülmə sürəti zəif olsa da(saatda 900 bit), üstünlüyü ondadır ki, internetə girməyə ehtiyac olmur. Yəhudi tədqiqatçılar güclü smatfonların köməyi ilə 9 metr məsafədən də istədiklərini əldə etməyə nail olublar. Xəfiyyə və kəşfiyyatçılar bu üsulla istənilən ofisdə kömpüterlərin, yaxud içərisində ventilyator olan istənilən informasiya daşıyıcısının kod və ya parol bazalarını ələ keçirə bilərlər Onlar iş yoldaşı, yaxud qonaq, xidmətçi  qismində otağa daxil olur. Gizlicə hər hansı bir yaddaş kartının köməyi ilə Fansmitter proqramını kompüterə ötürür. Daha sonra isə  həmin kompüter istufadəçisi hər hansı parol, kod yığarkən ondan bir neçə metr məsafədə durmaqla smartfon vasitəsi ilə lazımı informasiyanı əldə edirlər. Sultan Laçın 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler