Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“MOSSAD” Azerbaycanın tehlükesizliyinde helledici amilmi?

31 Ekim 2016

8:20 pm


01/11/2016 [00:17]: xeber –
Milli Məclisin yəhudi əslli deputatı Yevda Abramov mətbuata müsahibəsində ilginc açıqlamalarda bulunub. Müsahibədə maraq doğuran  məqamlardan biri də deputatın İsrailin dünyaca məşhur xüsusi xidmət orqanı “MOSSAD”la Azərbaycan təhlükəsizlik orqanları ilə ciddi əməkdaşlıq etməsi barədə fikirləridir. Deputat iddia edir ki, “MOSSAD”la Azərbaycanın müvafiq qurumları çox ciddi əməkdaşlıq edirlər və Təl-Əviv Azərbaycanın güclənməsi üçün əlindən gələni əsirgəmir. Azərbaycanın səfirlik açmaqda belə ehtiyyat etdiyi İsrailin  kəşfiyyat qurumu ilə həqiqətənmi yaxın əlaqələri, ciddi əməkdaşlığı var? sayt-ın əməkdaşı bu sualla keçmiş MTN zabiti İlham İsmayıla müraciət edərək ondan aşağıdakı cavabı alıb:“İsraillə Azərbaycanın yaxşı münasibətlərinin olduğu məlum məsələdir, hər iki ölkə arasında iqtisadi, mədəni, siyasi əlaqələr, əməkdaşlıq normal səviyyədədir və səfirliyimizin İsraildə indiyədək açılmaması  bu münasibətlərə kölgə salmır. Təbii, çoxdan açılmalı və fəaliyyətdə olmalı idi. Səbəblərin hardan qaynaqlandığı məlum olsa da, təbii ki, bizim bilmədiyimiz və yüksək səviyyədə bəlli olan şərtlər var ki, hələ də maneçilik yaradır. İsrail kimi praqmatik siyasət yeridən bir dövlət üçün bu xüsusi önəm daşımasa da, Azərbaycanın diplomatik missiyasının açılmasının mühüm əhəmiyyətini yaxşı bilirlər.“Mossad” İsrail dövlətinin siyasi kəşfiyyat qurumudur, dünyanın hər yerində açıq və gizli mənbələrə əsaslanan  şəbəkəsi mövcuddur və eyni zamanda xüsusi tapşırıqlar yerinə yetirir. Azərbaycan da İsrailin maraq dairəsinin olduğu  coğrafiyada yerləşir. Bizimlə İsrail dövlətinin bu sahədə də əməkdaşlığı bəlkə də digər əlaqələrin fövqündədir. İranla qonşuluğumuz bu əlaqələrdə vacib amil olsa da, nəzərə alın ki, “Mossad”ın bu günə kimi ən strateji vəzifəsi dünyanın harasında yaşamasından asılı olmayaraq yəhudilərin təhlükəsizliyini təmin etməkdir. Ölkəmizdə yaşayan yəhudilərə münasibət həmişə yüksək səviyyədə olub, amma nəzərə alın ki, bu münasibətləri pozmağa yönəlik xarici və daxili qüvvələr var və səhv etmirəmsə 4 il bundan əvvəl  belə bir təxribat hazırlanmışdı və yaxşı ki, vaxtında qarşısı alındı. Hesab edirəm ki, bu istiqamətdə  cəmiyyətimizə məlum olan və olmayan bəzi təxribatların qarşısının alınması da “Mossad”la birgə informasiya mübadiləsinin nəticəsidir. Yəni detallarına varmadan deyə bilərik ki, qeyd edilən əlaqələr həm İsrailin, həm də Azərbaycanın marağına uyğundur və bu əlaqələri daha da genişləndirmək üçün hələ atılası zəruri addımlar var, o cümlədən səfirliyin açılması da”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler