Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Moskvada heyat iflic oldu – 18 saatdır yağış yağır

15 Ağustos 2016

3:56 pm


15/08/2016 [19:54]: xeber –
Avqustun 14-də axşam saatlarından aramsız yağmağa bağlayan yağış Rusiya paytaxtında həyatı iflic edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 18 saatdan çoxdur fasiləsiz yağan yağış paytaxt yollarında hərəkətin çətinləşməsinə səbəb olub. Yollarda xeyli avtomobillər suda batıb. Xilasedicilər avtomobillərində və avtobuslarda çarəsiz qalan 80 nəfəri təxliyyə ediblər. Qeyd edək ki, 2016-cı ilin avqustun 15-i 1879-cu ildən bəri ən yağışlı gün olub. Buna qədər isə 2003-cü ilin avqustun 13-də yağışın uzun müddət fasiləsiz yağması qeydə alınıb. Moskva Meteo Bürosundan verilən məlumata görə, son bir gün ərzində paytaxta düşən yağıntının miqdarı 48 mm olub. Belə rekord həcmdə yağıntı 130 il bundan qabaq qeydə alınıb. O zaman Moskvaya düşən yağıntının miqdarı 25,2 mm olub. Əlavə edək ki, Moskvada 18 saatdan çoxdur yağan yağışın sabah axşam saatlarınadək davam edəcəyi gözlənilir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler