Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Moskvada güclü yanğın: 17 ölü – YENİLƏNİB

27 Ağustos 2016

4:32 pm


27/08/2016 [20:30]: xeber –
Moskvada anbarda yanğın nəticəsində ölən 17 nəfərin hamısının 20-25 yaşlarında qadın olduğu müəyyənləşib.sayt -ın “Moskva” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, ölən şəxslərin hamısı yanğın baş vermiş müəssisənin işçisi olub. Hazırda ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi proseduru həyata keçirilir.   ***Moskva şəhərində baş verən yanğında ölənlərin vətəndaşlığı bəlli olub.sayt -ın məlumatına görə, onların hamısı Qırğızıstan vətəndaşlarıdır.Xatırladaq ki, yanğın paytaxtın Altufyevo şossesi-5 ünvanında yerləşən “Peçatnıy ekspress” mətbəəsinin anbarında baş verib. Ölənlər həmin anbarda işləyən və yaşayan miqrantlardır. Yanğın onlar yuxuda olarkən başlayıb və miqrantlar tüstüdən boğulublar.Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi yanğın nəticəsində 17 nəfərin həyatını itirdiyini, 4 nəfərin isə xəsarət aldığını bildirib.Rusiya İstintaq Komitəsində faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.***Moskva şəhərindəki mətbəə anbarında baş vermiş yanğında ölənlərin sayı 17-yə çatıb.sayt -ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 16 nəfərin meyiti binanın 4-cü mərtəbəsində, yataq otağı kimi istifadə olunan yerdə aşkarlanıb. Onlar yuxuda ikən tüstüdən boğulublar. Daha bir nəfər isə xəstəxanada ölüb.Hadisənin ikin səbəbi kimi qısaqapanma göstərilir.Ölənlərin Orta Asiya respublikalarından gələn miqrantlar olduğu bildirilir.***Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinin şimal-şərqində yerləşən anbarda yanğın baş verib.sayt TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 16 nəfər ölüb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler