Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Moskvada azerbaycanlı xeber aparıcısının filmi teqdim olundu – FOTO

19 Haziran 2016

6:04 pm


19/06/2016 [22:02]: xeber –
Mərasimdə 7 ölkədən 100-ə yaxın qonaq iştirak edib.Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi və “Rio-2016” paralimpiya oyunlarında ölkəmizi təmsil edən idmançıların tanıtım kampaniyası çərçivəsində Rusiyanın paytaxtı Moskva şəhərində “Hünərin gücü” sənədli filminin ilk beynəlxalq təqdimati keçirilib.sayt Oxu.az – a istinadən xəbər verir ki, Moskva Dövlət Humanitar İqtisad Universitetində baş tutan mərasimdə diaspor nümayəndələri, Rusiyada fəaliyyət göstərən gənclər təşkilatlarının fəalları, universitetin müəllim və tələbə kollektivi iştirak edib.Təqdimatdan öncə Moskva Dövlət Humanitar İqtisad Universiteti rektoruVaqif Bayramov filmin yaradıcı heyyətini və paralimpiyaçıları qəbul edib.Tədris ocağının rəhbəri Azərbaycan Paralimpiyaçılarının beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etdiyini qeyd edib. Bildirib ki, onlardanVüsalə Kərimova və Kənan Pirizadə universitetdə təhsillərini uğurla davam etdirirlər. Kamal Məmmədov isə bu il ali təhsil ocağını qırmızı diplomla bitirib.Görüşdə çıxış edən paralimpiyaçılar Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun adından göstərilən diqqətə görə, universitet rəhbərinə minnətdarlıqlarını bildiriblər. Daha sonra Milli Paralimpiya Komitəsinin 20 illiyinə həsr olunan,  Lider TV-nin  “Gənclər” redaksiyasi tərəfindən hazırlanan “Hünərin gücü” sənədli filminin beynəlxalq təqdimatı baş tutub.Fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının həyat tərzi və əldə etdikləri uğurlardan bəhs edən filmin nümayişi yüksək qiymətləndirilib.“Hünərin gücü”nü əvvəldən sona qədər izləyən tələbələr sırasında erməni tələbələr də olub. Mərasimdə 7 ölkədən 100-ə yaxın qonaq iştirak edib. Böyük maraqla qarşılanan ekran əsərinin digər ölkəllərdə nümayiş olunması üçün yaradıcı heyətə müraciət olunub.Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi çərçivəsində “Hünərin gücü” filminin bir sira ölkələrdə nümayişi nəzərdə tutulur. Komitədən verilən məlumata görə, artıq ekran əsərinin bir sira dillərə tərcümə olunması istiqamətində işlər aparılır.Sonda Lider Televiziyası Paralimpiya hərəkatının inkişafına göstərdiyi dəstəyə görə fəxri diplomla mükafatlandırılıb.Xatırladaq ki, “Hünərin gücü” sənədli filmi Lider TV-nin “Gənclər” redaksiyası tərəfindən hazırlanıb. Filmin müəllifi Lider TV-nin xəbər aparıcısı Günel Gözəlovadır.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler