Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Moskva yağışdan sonra – FOTO (YENİLƏNİB)

16 Ağustos 2016

10:44 am


16/08/2016 [14:42]: xeber –
Moskvada yağıntılar üzrə rekord vurulub.Moskvaya güclü leysan yağışları gətirən cənub siklonu regionu tərk edir. Bu ərəfədə Moskvada yağıntılar üzrə eyni anda üç: gün, ay və bütün yay ərzində yağıntı üzrə rekord vurulub.Şəhərin baş metroloji stansiyasının qiymətləndirmələrinə görə, meqapolisdə aylıq normadan 120 fazi artıq yağıntı düşüb. Yağış bazar günü saat 18 radələrində başlayıb və dayanmadan 30 saat davam edib. Belə yağışlar yalnız tropik və ekvatorial zonada olur, amma Mərkəzi Rusiya üçün bu rəqəmlər gözlənilməzdir.  Subasma halları da olub. Şəhər su hövzələri daşıb. Yauzadan başqa Pexorka, Nişenka, Qorodnya çayları da daşıb, yuxarı Çetanovski gölündə güclü daşma qeydə alınıb. Mərkəzi Rusiyanın digər regionlarında da yağıntılar güclü olub. Belə ki, bu ərəfədə Yaroslavda 48 mm yağış yağıb, bu gecə isə daha 25 mm əlavə edilib, beləliklə də 36 saat ərzində ümumi həcm 73 mm-dən ibarət olub.***Avqustun 15-nə keçən gecə Moskvada aylıq yağıntıların normasının 50 faizindən çoxu düşüb.Oxu.Az Kommersant nəşrinə istinadən xəbər verir ki, nəticədə bir neçə küçəni su basıb.FHN 200-ə yaxın insanı təxliyyə edib.Foto Kaspisyskaya küçəsində çəkilib. Fotonun çəkildiyi küçənin adı da Bakını xatırladır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler