Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Moskva İrevanı silahlandırmaqla beraber… – Şerh

03 Ekim 2016

7:36 am


03/10/2016 [11:32]: xeber –
Nə Minsk Qrupu, nə də Ermənistan Azərbaycan qədər Dağlıq Qarabağ məsələsinin həllinə hazırdır. Bu sözləri  politoloq Fikrət Sadıqov deyib. Dağlıq Qarabağ ətrafında gedən proseslərin gedişatını dəyərləndirən politoloq vəziyyətin kifayət qədər mürəkkəb hal aldığını bildirib: “Rusiya Ermənistanı sürətlə militaristləşdirməklə qalmır, üstəlik, separatçıları Moskvaya toplayır. Buna şərait yaradılırsa, deməli, separatçılara müəyyən dəstək də var. Digər tərəfdən isə Ermənistanın daxilində kifayət qədər çox mürəkkəb proseslər gedir. Hakimiyyətdaxili kadr dəyişikliyi, o cümlədən xarici işlər nazirinin dəyişilməsi gözlənilir. Görünən odur ki, nə Minsk Qrupu, nə də Ermənistan Azərbaycan qədər Dağlıq Qarabağ məsələsinin həllinə hazırdır”. Politoloq bildirib ki, aparıcı dövlətlər tərəfindən münaqişənin həllinə dair hər hansı bir fəallıq olsaydı, bu, hiss olunardı: “BMT-nin 4 qətnaməsi, uzun illərdir sistematik şəkildə erməni tərəfi ilə aparılan danışıqlar kifayət deyilsə, onda aparıcı dövlətlər nə gözləyirlər? Bundan sonra hansı güzəştlərə getməliyik?” Politoloqun sözlərinə görə, danışıqlar prosesi hələ gündəmdən çıxarılmayıb: “Bakı danışıqlara hər zaman hazırdır, bununla yanaşı, hərbi potensialımız da kifayət qədər gücləndirilir. Çünki qarşı tərəf ancaq güc dili hesablaşmağa başlayıb”.(Axar.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler