Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Monqolustanda Azerbaycan himni seslendirilib

03 Temmuz 2016

5:24 pm


03/07/2016 [21:23]: xeber –
Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Qran-pri yarışına yekun vurulub.Cüdo Federasiyasından  verilən məlumata görə, yarışın sonuncu günü Azərbaycan millisi aktivinə daha iki medal yazdırıb.100 kq. çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev mübarizəyə 1/4 finaldan qoşulub. O, bu mərhələdə tatami sahibi Khanqal Odbaatara qalib gəlib.Kotsoyev yarımfinalda daha bir monqolustan cüdoçusu Ambaselmaa Bayarsaikhan üzərində qələbə qazanıb. Təmsilçimizin həlledici görüşdə də rəqibi Monqolustan cüdoçusu olub. Zelim Kotsoyev final qarşılaşmasında İşdorj Daşdulama qalib gələrək qızıl medala sahib olub.90 kq. çəki dərəcəsində ölkəmizi təmsil edən Firudin Dadaşov ilk qarşılaşmasında Çin idmançısı Rigede Buya uduzub.O, təsəlliverici görüşdə rusiyalı Evgenii İvanova qalib gəlib. Bürünc medal uğrunda qarşılaşmada isə tatami sahibi Tsetsentsengel Odkhuu üzərində inamlı qələbə qazanaraq ölkəmizə üçüncü bürünc medalı qazandırıb.Bununla da, Azərbaycan millisi Ulan-Bator Qran-prisini 1 qızıl 3 bürünc medal qazanaraq başa vurub. Ölkəmizə qızıl medalı Zelim Kotsoyev (100 kq), bürünc medalları isə Davud Məmmədsoy (60 kq), Fəqan Quluzadə (73 kq) və Firudin Dadaşov (90 kq) qazandırıb.Qeyd edək ki, 13 ölkədən 126 idmançının (65 kişi, 61 qadın) mübarizə apardığı Qran-pridə Azərbaycan millisi 14 cüdoçu (14 kişi, 1 qadın) ilə təmsil olunub.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler