Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Möhsün Yazıçıoğlunun da FETÖ terefinden öldürüldüyü üze çıxdı – DƏHŞƏT

31 Temmuz 2016

8:16 pm


01/08/2016 [00:14]: xeber –
15 iyul çevriliş cəhdi iflasa uğradıqdan sonra Fətullah Gülənə bağlı terror şəbəkəsinin çeşidli cinayətləri üzə çıxmağa başlayıb. Onlardan biri də Türkiyənin ən nüfuzlu siyasətçilərindən hesab olunan Böyük Birlik Partiyasının lideri Möhsün Yazıçıoğlunun müəmmalı şəkildə helikopter qəzasında həlak olmasıdır.Xatırladaq ki, mərhum partiya sədri 25 mart 2009-cu ildə Kahramanmaraşdan Yozqata gedən zaman helikopter qəzasında dünyasını dəyişib və bu günədək onun müəmmalı şəkildə aradan götürüldüyü iddiaları səngiməyib. Amma bir müddət öncə hadisə ilə bağlı qaldırılan cinayət işinə xitam verilib. Maraqlıdır ki, 15 iyul qiyamından sonra Möhsün Yazıçıoğlunun ailəsi yenidən Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edərək cinayət işinin təzələnməsinə nail olub. sayt – ın Türkiyənin nüfuzlu “Star” qəzetinə istinadən əldə etdiyi məlumatlara əsasən həmin helikopter qəzasını araşdıran bütün görəvlilərin 15 iyul terror olaylarında əli olduğu təsdiqini tapıb və onların hamısı həbs olunub. İddialara görə, hadisənin necə və hansı şəraitdə baş verməsini araşdıran istintaq hansısa səbəbdən bütünlüklə Fətullahçı qrupa həvalə edilib, onlar da asanlıqla sui-qəsdin izlərini itirmək üçün fürsəti fövtə verməyiblər və nəticədə bu günədək əsl həqiqəti üzə çıxarmaq istintaqa nəsib olmayıb. Amma artıq istintaqda həmin qəzanın məhz sui-qəsd olduğuna şübhə yoxdur və 7 il öncə törədilən bu müdhiş cinayətin yaxın günlərdə tamamilə ifşa olunacağı gözlənilir. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler