Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Modern Baby” körpeler evi–uşaq bağçasının açılışı olub – Fotolar

01 Eylül 2016

9:32 am


01/09/2016 [13:28]: xeber –
Nərimanov rayonu, F.X.Xoyski prospekti 111A ünvanda yerləşən, Bakı Modern Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərəcək “Modern Baby” körpələr evi–uşaq bağçasının açılışı olub.sayt-a daxil olan məlumata görə, açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, təhsil kompleksinin rəhbərliyi, valideynlər və rəsmi qonaqlar iştirak ediblər.Körpələr evinin direktoru Minə Quliyeva məlumat verərək bildirib ki, bağçada 3 yaşdan 6 yaşadək 150 uşaq 10 qrupda təlim-tərbiyə alacaq. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə prosesləri əsas götürülüb. Binada uşaqların istirahəti və əyləncəsi üçün də geniş imkanlar var. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev təhsilə göstərilən diqqət və qayğı, təhsilin daha da inkişafı, təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər, icra edilən genişmiqyaslı layihələr, eləcə də təhsilin təməlini təşkil edən məktəbəqədər təhsilin yüksək standartlara uyğun inkişafı, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib.Mərasimdə çıxış edən Milli Məclisin deputatları Adil Əliyev, Rasim Musabəyov və Hikmət Məmmədov dövlət səviyyəsində təhsil sisteminə göstərilən qayğıdan danışmış, Azərbaycanın təhsil sistemində son illərdə əldə olunan uğurları xüsusilə vurğulayıblar.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler