Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

““Moderatorçular” her cür tebrike ve alqışa layiqdirler”

01 Kasım 2016

3:12 pm


01/11/2016 [19:11]: xeber –
İstər elmi-pedaqoj yaradıcılığım dövrü, istərsə də bir təhsil eksperti kimi fəaliyyətim ərzində bir çox informasiya vasitələri ilə əməkdaşlıq etmişəm. Açığını etiraf edim ki, bu çoxsaylı KİV-lərin heç də hamısında “Moderator az.”-a xas olan çeviklik, operativlik, etibarlılıq və işgüzar yanaşma nümayişinin şahidi olmamışam. Ədalət naminə deyim ki, sözün bütün mənalarında “Moderator” fəaliyyəti ərzində cəmiyyətimizin ictimai-siyasi, maddi-mənəvi həyatında baş verən proseslərin obyektiv və hərtərəfli işıqlandırılması sahəsində öz adına layiq moderatorluq imkanlarını əsirgəməyib.O qədər də böyük olmayan zaman kəsiyində böyük oxucu kütləsinin rəğbətini qazanan bu sayt mənə bir də ona görə əzizdir ki, dövlət siyasətinin prioritet istiqamətlərindən sayılan təhsi sahəsini daim diqqətində saxlayıb, ümumdövlət, ümumxalq işi, ümummilli məsələ kimi bu sahənin mövcud vəziyyətinə və aktual problemlərinə geniş yer ayırıb.Gecəsini-gündüzünü qəlbən bağlandıqları peşəyə həsr edən moderatorçulara dəyərli jurnalist və səmimi insan olan Zülfüqar müəllim başda olmaqla yaradıcı fəaliyyətlərində aşkarlığın və şəffaflığın qorunması yolunda yeni uğurlar diləyirəm. Arzum odur ki, kollektiv bu işgüzarlıq və prinsipiallıq ənənəsini heç olmasa 4-ün yanına bir sıfır atılana qədər qoruyub saxlasın və daha da inkişaf etdirsin.Nadir İsrafilov, təhsil eksperti


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler