Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Moderator.az Ramil Usubovdan qeyri-adi deleduzluqla bağlı müdaxile gözleyir…

03 Kasım 2016

5:32 pm


03/11/2016 [21:30]: xeber –
sayt-a Azərbaycan reallığında o qədər də təəccüb doğurmayan, amma əslində çox iyrənc bir olayla bağlı ilginc məlumat daxil olub. Daha doğrusu, saytımıza üz tutan şikayətçi üzləşdiyi qeyri-adi dələduzluqla bağlı maraqlı informasiya verib.Belə ki, şikayətçi Zəfər Səmədov ötən il “28 Mall” ticarət mərkəzinin yanındakı mağazalar sırasının birindən nağd olaraq 600 manat ödəməklə “iPhone 5s” markalı mobil telefon alıb. Üstündən bir il keçdikdən sonra telefonu səbəbsiz yerə bağlanıb. Telefonu ustaya aparan şikayətçiyə deyiblər ki, telefonda təmirlik bir şey yoxdur, sadəcə telefon satıcı şirkət tərəfindən bağlanılıb, odur ki, telefonun alındığı mağazaya yaxınlaşıb baş verənlərin səbəbini soruşmaq lazımdır. Məcbur olub telefonu aldığı mağazaya aparan Z. Səmədovu həmin mağazada bu dəfə tamam fərqli satıcılar qarşılayıb və onlar əvvəlki satıcıların 5 ay öncə həmin mağazanı təhvil verdiklərini bildirblər. Həmin satıcılar da bildiriblər ki, “Kontakt Home”-la əlaqə saxlayıb nə baş verdiyini soruşmaq lazımdır. Şikayətçi əlacsız qalaraq “Kontakt Home”un baş ofsinə gedərək qurumun hüquqşünası ilə məsələyə aydınlıq gətirmək istəyib. Araşdırmadan sonra bəlli olub ki, sən demə, təzə adı ilə şikayətçiyə 600 manata satılan telefon əslində təzə deyilmiş və Bakının Nizami rayonunda olan 20 yaşlı bir qıza satılıbmış və həmin qız da telefonu hansısa yolla həmin mağazaya sataraq aradan çıxıb, bir il müddətində borcu ödəmədiyinə görə “Kontakt Home” telefonu bu yolla dövriyyədən çıxarmaq qərarına gəlib. Beləliklə, bəlli olur ki, paytaxtda mobil telefon dəllaları, daha doğrusu, vətəndaşların başına oyun açan mütəşəkkil cinayətkar şəbəkə fəaliyyətdədir və bu yolla minlərlə müştərinin hüquqları pozulur. Redaksiyadan: sayt hörmətli daxili işlər naziri Ramil Usubova müraciət edərək baş vermiş qeyri-adi dələduzluq faktının araşdırılaraq günahkarların məsuliyyətə cəlb olunması üçün müvafiq tapşırıq verəcəyini gözləyir və ümid edirik ki, tezliklə bu şəbəkənin ifşasıyla bağlı ilk xəbəri də dəyərli oxucularımız sayt saytından oxuyacaqlar.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler