Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Moderator.az” meni heyretlendirdi…

01 Kasım 2016

4:36 pm


01/11/2016 [20:33]: xeber –
“sayt” məni heyrətləndirdi…Yaxın illərin söhbətidir…Dünyanın “hörümçək torunda” yəni ki, internetdə gəzişərkən nəzərlərim “sayt” adlı yeni bir sayta sataşdı. Jurnalist marağı ilə bu yeni ünvana daxil olub “səhifələməyə” başladım. Biri-digərindən maraqlı yazılar, məlumatlar,operativ xəbərlər, informasiyalar, foto-şəkillər, slaydlar, video görüntülər Azərbaycanın elektron media məkanına yeni bir səsin, yeni bir nəfəsin gəldiyindən xəbər verirdi. Bu təzə saytda necə deyərlər eninə-uzununa bir xeyli gəzişdikdən sonra məndə məqalə yazmaq həvəsi yarandı. Bu həvəs o qədər güclü idi ki, sabaha təxirə salmadım. Dərhal kompüterin klaviaturasını şaqqıldatmağa başladım…Başladım və fikirləşdim ki, səhəri gün yadımdan çıxmasın deyə məqaləmi elə indicə göndərsəm yaxşıdır. Belə də etdim. Sonra da kompüteri söndürərək digər işlərimlə məşğul olmağa başladım. Nahar edib üstündəndən bir pürrəngi çay içərək adətim üzrə yenidən kompüteri açıb dünyada və ölkədə baş verənlərlə maraqlanmaq istəyirddim ki….Sanki qəribə bir hiss mənə:- “Moderatoru aç”…. “Moderatoru aç”….dedi. Düşündüm ki, axı, bir qədər bundan əvvəl baxdığım saytda bu tezlikdə, belə bir qısa zaman kəsiyində təzə nə ola bilər axı…Lakin sayta girərkən elə ilk baxışdan yanıldığımı anladım.Yeni, ən təzə və operativ materiallar adama “gəl-gəl”,-deyirdi. Elə həmin andaca, gözlərimə cəmi bir-neçə dəqiqə əvvəl yazıb göndərdiyim məqaləmin sərlövhəsi sataşdı. Doğrusu çox heyrətləndim. Çünki bu vaxta kimi ölkəmizdə mövcud olan heç bir elektron KİV-də belə bir operatvliklə rastlaşmamışdım. Fəqət bu həqiqət idi. “sayt” mənim cəmi bir-neçə dəqiqə əvvəl göndərdiyim məqaləmi dərc etmişdi. Bax elə o vaxtdan bu saytla dostluğumuz başladı. Mən də, jurnalist dostum Məzahir Süleymanzadə də “sayt”a bağlandıq… Bu gün “sayt”ın doğum günüdür. Bu münasibətlə saytın bütün yaradıcı heyətini ürəkdən təbrik edir, onlara can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Sükanı belə saxla. əziz dostumuz –“sayt”! Cəlal Yaquboğlu, jurnalist


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler