Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Moderator.az işe qarışdı – Şehid Elvin Mirzeyevin qebrinin üstünün götürlmesine qerar verildi…

11 Temmuz 2016

11:00 am


11/07/2016 [14:59]: xeber –
Aprel döyüşləri zamanı Xaçmaz rayonundan şəhid olmuş Elvin Mirzəyevin qəbrinin üç aydan artıq müddət keçməsinə baxmayaraq götürülməməsi ilə bağlı məsələyə sayt – ın müraciəti əsasında iqtisadçı alim Fikrət Yusifov aydınlıq gətirib. F. Yusifov bizim xahişiumizlə adıçəkilən rayonun rəhbərliyi ilə əlaqə saxlayaraq aşağıdakıları öyrənə bilib:”Bir vətəndaş kimi bu məsələ məni də ciddi narahat etdi. Dövlət idarəçilik sistemində kifayət qədər təcrübəsi və eyni zamanda vətəndaşların adi müraciətlərinə çox həssas yanaşımı olan Şəmsəddin Xanbabayevin rəhbərlik etdiyi rayonda şəhid məzarına belə münasibətin olmasına inanmadım. Ona görə də Sizin müraciətinizdən sonra məsələni aydınlaşdırmaq məqsədilə Xaçmaz rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə telefon əlaqəsi saxladım. Şəhidin məzarının üstünün götürülməsindəki gecikmə bu müddət ərzində onun valideynləri tərəfindən İcra Hakimiyyətinə müraciət edilməməsi səbəbindən baş verib. Danışıq zamanı aydın oldu ki, Xaçmaz rayonunda şəhidin qəbirinin üstünün götürülməsi məsələsi valideynlərin istəyinə uyğun həll edilir. Yəni bu məsələdə İcra Hakimiyyəti sadəcə şəhid valideyninin istəyinə uyğun hərəkət edir. Əgər valideyn məzarı özü istədiyi formada götürmək istəyirsə, onda ona müvafiq qaydada maliyyə vəsaiti ayrılır və bu işi valideyn özü görür. Yox əgər valideyn bu məsələ ilə məşğul olmaq istəmirsə və ya onun bu işlə məşğul olmağa fiziki imkanları yoxdursa, onda şəhidin qəbirinin üstünün götürülməsinə aid bütün məsələlər İcra Hakimiyyəti tərəfindən həll edilir. Danışıq zamanı eyni zamanda o da aydın oldu ki, üç aydan artıq vaxt ötməsinə baxmayaraq, şəhid Elvin Mirzəyevin valideynləri məsələ ilə bağlı İcra Hakimiyyətinə bir dəfə də olsun müraciət etməyiblər. İH rəbərliyindən onu da dedilər ki, şəhid Elvin Mirzəyevin qardaşı onların binasına qonşu olan bir binada çalışır və praktik olaraq İH-nin rəhbərləri ilə hər gün üz-üzə gəlir. O da bu müddət ərzində məsələ ilə bağlı İH rəhbərliyinə və ya İH aparatının hər hansı bir rəsmisinə bir dəfə də olsun müraciət etməyib. Anoloji məsələ ilə bağlı İcra Hakimiyyətinə müraciət edən başqa şəhid valideynlərinin  müraciətləri isə dərhal həll olunub. Belə olan halda məsələnin bu şəkildə ictimailəşdirilməsi kimə  lazımdır? Sadəcə İcra Hakimiyyəti rəhbərliyinə bir müraciət kifayət edərdi ki, məsələ dərhal öz həllini tapsın. O da məlum oldu ki, İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə şəhid Elvin Mirzəyevin qəbirinin üstünün götürülməsi məsələsi sabah  – iyul ayının 12-də, İH-də onun valideynlərinin iştirakı ilə müzakirə olunacaq və müvafiq qərar qəbul ediləcək”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler