Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Moderator.az Hüseyn Cavid ayına start verdi – Görkemli şaire minnetdarlıq borcu…

25 Eylül 2016

4:40 pm


25/09/2016 [20:38]: xeber –
AYB gələn ay dahi şairimiz Hüseyn Cavidlə bağlı tədbirlər keçirməyi planlaşdırır. Bu məqsədlə birlikdə Hüseyn Cavid komissiyası yaradılıb.Yazıçılar Birliyinin bu təşəbbüsünü dəstəkləyən sayt da tədbirlərin işıqlandırılmasını, görkəmli şairə həsr edilmiş ədəbi, publisistik, araşdırma əsərlərini geniş oxucu auditoriyasına təqdim etməyi boynuna götürüb.İlk təqdimatımıza isə tanınmış yazıçı-şair, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Nizami Muradoğlunun “Hüseyn Cavid” adlı mənzum dramıyla başlayırıq. Həcmi böyük olmasına baxmayaraq əsəri hissə-hissə deyil,  bütövlüklə oxucularımızın mühakiməsinə buraxırıq…HÜSEYN CAVİD(2 hissəli, 16 şəkilli psixoloji mənzum faciə)                   İŞTIRAKÇILAR              Heydər Əliyev – Azərbaycan xalqının umummilli lideri Hüseyin  Cavid – Azərbaycanın məşhur şair və     dramaturquM.C.Bağırov – Azərbaycanın keçmiş rəhbəriŞ.M.Xiyabani – Güney Azərbaycanda “Azadistan”   Dövlətinin  rəhbəriƏ.Cavad – şairM.Müşfiq – şairSumbatov – Xalq Daxili İşlər komissarı,erməniQriqoryan – komissarın köməkçisi,erməniMüstəntiq – erməniHakim – rusMüşkinaz – H. Cavidin həyat yoldaşıƏrtoğrol – H.Cavidin oğluTuran – H.Cavidin qızıŞükriyyə – Ə.Cavadın həyat yoldaşıDilbər – M.Müşfiqin xanımıŞəmsi Nalan – şairNazilə – Şəmsi Nalanın xanımıSultan Rəşid – şairNəzarətçi – erməniİşçiMülkü şəxslərƏsgərlər  I HİSSƏI ŞƏKİLSəhnənin sol küncündə  Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əlirza oğlu Əliyevi görürük. Divardan Azərbaycanın böyük şairi Hüseyn Cavidin portreti asılmışdır. Stolun üstündə Hüseyn Cavidin kitabları qoyulmuşdu. Heydər Əliyev kitablardan birini götürüb vərəqləyir. Dərindən bir səs gəlir. Bu səs Hüseyn Cavidin səsidi:  Qəlbimə saplanan xəncər, oxmudur? Bəs bəni axtaran, anan yoxmudur?Gəl ey Vətən oğlu, bəs sən hardasan?Olmaya mənim tək intizardasan?İblisin əlində ya əsirmisən?Azadlıq eşqiylə tələsirmisən?Ruhum bu soyuqda əziyyət çəkir,Duyuram Vətən də məşəqqət çəkir.Vətənin xilası, elin dayağı,Qaldır göy üzünə yanan çırağı.Məni də bu soyuq məhbəsdən qurtar,Mənim doğma yurdda bir ocağım var.Xəyalım hər gecə gedir o yurda,Yaşlandım, əziyyət çəkirəm burda.Gəl ey Vətən oğlu, göydə Tanrıdan, Yerdə səndən ümid gözləyirəm mən.Heydər Əliyev narahatdır:H.Əliyev   Hüseyn Cavid!..    Önündə baş əyib bu böyük adın,   Bu dahi şairin, nəhəng ustadın   Bütün həyatını araşdırıb mən,   Gərək öyrənəm.   Gənclikdən ömrünün sonuna qədər,   Qalmasın tərəddüd, şübhədən əsər.   Naxçıvan günləri, Təbriz həyatı,   Boşuna keçməmiş, anı, saatı.   Bəraət alsa da qanun əliylə,   Haqqına çatmamış,    çatmamış hələ!..    Heydər Əliyev kresloya əyləşib xəyala dalır. Gözlərinin qarşısında Hüseyn Cavidin keçdiyi yol canlanır.  İşıq soldan sağa axır.Səhnədə Hüseyn Cavidin Naxçıvan şəhərində ucaldılmış türbəsi tikilməmişdən əvvəl orada qoyul¬muş xatirə daşının arxa planda maketi işıqlandırılır. Eyni zamanda tamaşa boyu Hüsen Cavidin xəyal portreti dəyişən səhnələri müşaiyət edir. Cavidin gənclik çağı-Müşkinaz ilə olan ilk görüşlərindən biri.H. Cavid           Sevgili Müşkinaz, ahugöz pərim,           Su tək axıb gedir gənclik illərim.Barı sən pəmbə buludlar kimi axma, Gəl yaklaş, uzaqdan durub baxma.MüşkinazSəni gördüm də, getmək vəqti tamamdı.H.CavidPəki, ayaq saxla, qəlbim od tutdu, yandı.Bir atəş saçılır şımdi sənin işvələrindən.MüşkinazYa, nə deyirsən axı, heç anlamıram mən.H.CavidQaldır başını, gül üzünü bir bənə döndər, Nə qədər nazın olursa onu bu aşiqə göndər.MüşkinazBilmirəm,  nə deyim, sən danışanda,Qalmayır tabu tavan bu cismi- candaH.CavidBənə yar ol ki, səni istədi könül,Eşq olmasa təndə açarmı bir gül.MüşkinazMən sənin qarşında biixtiyaram.H.CavidBən sənin eşqinlə ölüncə varam.Yaxın gəl… MüşkinazBilməm ki…H.Cavid(əllərindən tutub deyir)Pək gözəlsin canım bənim,Ruhum, pəmbə yıldızım, Cananım bənim.MüşkinazCavidim, sultanım… H.Cavid           Müşkinazım!..Çağırdım ki, deyim, ey sərvi-nazım.Təbrizli kardaşım gözləyir bəni.Şeyx xilas edəcək bütün ölkəni.Bəni də yanına eyləmiş dəvət,Şeyx qurmaq istəyir müstəqil dövlət.MüşkinazGet, mənim sultanım, uğurlar olsun,Bu yolda qoy Tanrı sizə yar olsun! H.CavidSən də get, durmağa yoxdu vaxtımız,Yenidən qurulur taci-taxtımız.Atəşəm, yanıram  bən öz oduma,Yenə Təbriz düşüb bənim yadıma.  Cavid Müşkinazın əllərindən yapışıb özünə tərəf çəkir. Müşkinaz ona sığınır. Cavid Müşkinazı bir daha sinəsinə sıxıb ayrılır. İşıqlar sönür. İşıqlar yenidən yananda Ruh-Cavidin xəyalında Şeyx Məhəmməd Xiyabani ilə görüşləri canlanır.H.CavidŞeyx, əziz arkadaş, uca şəxsiyyət! XiyabaniXoş gördük, bəradər, ey fəxri-millət!(Qucaqlaşıb görüşürlər)H.CavidNasılsın, arkadaş, nasıldı işlər? XiyabaniElə bil şahmatdı, bütün gedişlərUsta bir əl ilə nizamlanmalı,Millətə çatmalı millətin malı. H.CavidGərəkdir biz quraq elə bir dövlət,Millət azad ola, bitə əsarət.Xiyabani Əvvəlcə  Təbrizi azad eyləyək,Bakıdan, Gəncədən  gələ bir kömək.Bəsdi bu ayrılıq, bəsdi bu hicran,Yenə də bir olsun qoy Azərbaycan!H.CavidBu amal uğrunda bən and içirəm,Güllənin önündə duracaq sinəm.Dözərəm min türlü əziyyətinə,Yetə millətimiz hürriyyətinə.                     XiyabaniBelə də bilirdim əziz bəradər,Bakıdan, Gəncədən  bizə ver xəbər.Hər kəsə göstərmə etibar, inam,Sayıq ol,işimiz məhv olar tamam.                     H.CavidBəndən arxayın ol, əziz kardaşım,Vətənin yolunda qurbandı başım.Məsləkim uğruna nə qədər sağam,Bütün qüvvəm ilə vuruşacağam.   Ani olaraq işıqlar sönür. Xiyabani bir xəyal şəklində səhnənin küncündə dayanır. Bir qədər fasilə verəndən sonra  Cavid yenidən ona müraciət edir.Şeyx, sənə söz verdim, sözümü tutdum,Heyif, qara topraq səni tez uddu.O gündən bu günə gör neçə yıldır,Kalbimdən elə bil daş asılıbdır.14 sentyabr-bu matəm günü,Mücahid dostların o ələm günü,Göylərə çəkilən o siyah bayraqAl günəş rəngində mütləq doğacaq! İşıqlar sönür, şəkil dəyişir.II ŞƏKİLArxa planda M.C.Bağırovun kabineti görü¬nür. Qapı¬nın arxasında M.C.Bağırov var-gəl edir. Qapının önündə Sumbatov və Qriqoryan peyda olur-lar. Onlar M. C. Bağı¬rovun kabinetinə girmək istə¬yir¬lər. Qapının önündə Sumba¬tovla Qriqoryanın söh¬bəti eşidilir.   QriqoryanYuracan, danoslar artdıqca bir-bir,Yalquzaq kimi kor da təklənir.SumbatovAy axmaq, sevin ki, işlər düzəlir,Qurdun yuvasına quzular gəlir.Bəs bizə nə qalır? – Şaşlık eyləmək,Oturub onu da rahatca yemək.Bayaq da danışdım Anostas ilə,Dedim ki, kimləri vermişik ələ.QriqoryanBəs varpet bu işə özü nə dedi.SumbatovSənə də çoxluca salam söylədi. Tapşırdı türkləri tələyə salın. Qorxudun gözünün odunu alın.Nə qədər düşünən baş vardı kəsək.(Bağırov tərəfə işarə edir)Axırda bunun da başını əzək.QriqoryanMəni sevindirdin düzü, əzizim.      Sumbatov             Nə qədər varpetim ordadır, bizimSözümüz üstünə söz deyən olmaz.QriqoryanMir Cəfər?…SumbatovO kimdir, ağıldan dayaz,Vəzifə düşgünü, qorxaq bir gəda.Özü millətini verəcək bada.QriqoryanPantürkist adıyla aqil kəsləri,Biz şərə saldıqca batır səsləri.            (Bağırova işarə ilə)Bu da narazılıq eyləyir hərdən,Onun qəzəbindən çox qorxuram mən.Yanına girəndə dizlərim əsir.Çaşıram dişlərim dilimi kəsir. Nəfəsim təngiyir, çatmayır hava…SumbatovSən qorxma, arxanda durur Moskva,Mikoyan, Beriya, mən varam burda.Səni yedirmərəm heç zaman qurda. QriqoryanOndan çox ehtiyat eyləyirəm mən.SumbatovOnu Moskvada yoxdur eşidən.Düşünən başları salmışıq tora,Özü də qol çəkib göndərir gora.Cavid tək qüdrətli sənətkara bax,Ölüm cəzasını özü yazacaq.QriqoryanNolacaq Müşfiqə, Əhməd Cavada?                            SumbatovHamısı bir yerdə gedəcək bada.QriqoryanVardır əlimizdə qüdrətli silah, Millətçi, pantürkist kimi istilah…Sumbatovİslamçı, şovinist söylə həmişə,Axır ki, rəhbərin gözündən düşə.Görmək istəmirəm müsəlmanları,Yoldaş Stalin də sevmir onları.QriqoryanBizim Anostası, amma, çox sevir.SumbatovNə qədər o sağdır, türkü vur, çevir.QriqoryanHələ nələr vardır, təzə dosyelər,Qol çəksə, etiraz etməsə əgər.SumbatovBizim işimizdir çeynəyib didmək,Onu öz xalqına bir düşmən etmək.Qoy kəssin nə qədər ağıllı baş var.QriqoryanYuracan, belə ki, gedir bu işlar, Sizə heykəl qoyar, gələr bir zaman,Ana Vətənimiz Böyük Hayastan.Sumbatov(oxuyur)Hələ qarşıdadır görəcəklərin,Sənin çox şeylərdən yoxdu xəbərin.Qarabağ, Naxçıvan bizim olacaq,Bizimki olacaq bu yurd, bu ocaq…Qeybdən səsBəs tarix bu işə əl çalacaqmı?Yüksələn bayraqlar alçalacaqmı?Qriqoryan      Can, ay can, can, ay can, cınqılı çax-çax…        Sumbatovİndi bir çırtma çal, oyna, ay axmax. (Bir-birinə qarışıb oynayırlar və oxuyurlar)           Qarabağ, Naxçıvan bizim olacaq,Bizimki olcaq bu yurd, bu ocaq.QriqoryanCan, ay can, can, ay can, cınqılı çax-çax…SumbatovYaxşı, gedək təqdim edək bunları.    Dosyeləri göstərir. M.C.Bağırovun otağına daxil olurlar.M.C.Bağırov  (kənara)Yenə də gəldilər it uşaqları.Sumbatov        (yaltaqcasına)Nə buyurdunuz?M.C.BağırovYenə nə olmuş? SumbatovDosyelər nə vaxtdır yığılıb qalmış.Dosyeləri stolun üstünə qoyurlar. Bağırov dosyelər¬dən bir neçəsini  götürüb təəccüblə baxır.M.C.BağırovCavidin?  Müşfiqin?  Maestronun?…SumbatovBaxın bir… sorağı  molla oğlunun,Gah İrandan gəlir, gah da Turandan.Biz gərək bir yolluq qurtaraq ondan.Ən yaxın adamı  Əhməd Cavaddı.Görüş yerləri də bir təşkilatdı,Hələlik gizlidi…M.C.BağırovBunlar kimindi?  (Dosyeləri göstərir)  SumbatovBu dosye Şəmsinin, bu Rəşidindi.M.C.BağırovSiz nə deyirsiniz, lap ağ oldu bu!..SumbatovNeyləmək, belədir işin doğrusu.Bir imza atsanız.M.C.Bağırov Gərək onlara,Vaxt olduqca baxam…SumbatovBaxın, amma siz, Mərhəmət etməyin qolçomaqlara.Bağırov(ah çəkir)Yaxşı, daha bəsdir, indi siz gedin.Qriqoryan(yaltaqcasına)Siz də bir dincəlin, rahatlıq edin.(Sumbatov, Qriqoryan çıxırlar. Bağırov hirslə əlindəki qələmləri  stolun üstünə çırpır. İşıqlar sönür)                                                              III ŞƏKİLHüseyn Cavidin evi. Axşamdan xeyli keçib. Müşkinaz xanım çarpayıda uzanmışdır. Yuxusunda böyük bir ilan görür, qışqırıb yuxudan oyanır. MüşkinazBu nədir, yuxumda ilan görürəm,Ümidlər qarışıb gümanlar ilə.Həyatın tərs üzü bəlkə yuxudur,Necə yaşayasan ilanlar ilə?(Bu zaman Ərtoğrol otağa daxil olur)ƏrtoğrolAy ana, nə oldu, babam gəlmədi?MüşkinazHələ də xəbər yox,  babanın dərdi,Elə bil artmışdır neçə zamandır.(Müşkinaz ləngərləyir. Yıxılmaq ərəfəsində Ərtoğrol anasının qolundan tutur)ƏrtoğrolNə oldu, anacan?MüşkinazBaşım fırlandı.ƏrtoğrolYaxşı yatmamısan, yəqin ki, ondan.MüşkinazHə oğlum, yuxuda gördüm bir ilan,Babanın yanında gəzib dolaşır.(Bu zaman telefon zəng çalır. Müşkinaz xanım dəstəyi qaldırır. Dəstəkdən Şükriyyənin səsi eşidilir)Alo, alo, alo.MüşkinazŞükriyyəm, sənmisən?ŞükriyyəAləm qarışır.Heç necə söyləyim, bilmirəm, düzü,Bəd xəbər eylədi bu dövran bizi.MüşkinazNə olmuş, nə xəbər, bir açıq danış…ŞükriyyəCaviddən danışıb o parçalanmış,Əhmədi, Müşfiqi tənqid eyləyib.Deyəsən bizim də işimiz əyib…MüşkinazAmandır, Ya Rəbbim!.. Nədən ilahi?!.. (Telefonun dəstəyi Müşkinazın əlindən düşür. O, müvazinətini saxlaya bilməyib stulun üstünə çökür.)İşıqlar dəyişir. Ruh-Cavidin xəyalında bu dəfə sonuncu fəallar yığıncağı canlanır. M.C.Bağırov çıxış edir.M.C.BağırovUnudub özünü bəzi adamlar,Dövlət siyasətin heç anlamırlar.Biri tardan yazır, biri Göy-göldən,Siz hara baxırsız? Anlamıram mən.           (Üzünü Hüseyn Cavidə tutur) Məndən soruşurlar Cavid əfəndi,Sovetdən, kolxozdan yazmır, nədəndi?H.CavidSovetdən, kolxozdan yazanlar da var,Nəhr də, bulaq da səmtinə axar.                 M.C.BağırovBarı utanaydın ahıl yaşından,Pərilər, afətlər çıxmır başından. H.CavidKaş görə biləydiz o ülviyyəti,İnsanın pak olsun gərək niyyəti.Yusif Züleyxada tapdı himməti,“Mənim tanrım gözəllikdir, sevgidir”.M.C.BağırovPartiya doğru yol göstərir bizə.Dünya heyran qalıb haqq işimizə.Şairlər də yazsın öz dövlətindən,İnsan qayğısından, siyasətindən.H.Cavid“Həzz etmədim firqədən, cəmiyyətdən,Zevq alamam hərbdən, siyasətdən.Bir şey duymam fəlsəfədən, hikmətdən,Mənim ruhum gözəllikdir, sevgidir”.*M.C.BağırovBuyurun, yoldaşlar bu ittifaqda,Gör kimlər cəm olub?! Gərək bu haqda, Tək mənmi düşünüm? Bizim fəallar,Bəs rəhbər işçılər hara baxırlar?!Ş.Nalan (Yerindən qalxır, H.Cavidə cavab verir)Orda-burda danışıb özünü mədh edirsən,Utanmadan mən böyük sənətkaram deyirsən.Heç səni görməmişəm bir məclisdə, bir toyda,Bir işə yaramırsan, səndən xalqa nə fayda?..Hüseyn Cavid   (Ş. Nalana)Zavallı, nə deyim indi sənə bən,Bir gün utanarsan dediklərindən.“Harda beş gölgə görür ördəklər,Başlayıb  nitqə həmin saz köklər.Rəqsi təlim ediyor axsaqlar,Əzəmət düşkünüdür alçaqlar”.Yerdən səslər gəlir:- Sən otur yerə!.. -Sən danışma, sus!- Sən ey Şarlatan!..-Şovinist, dəyyus!M.C.BağırovNə olmuş? Son qoyun bu deyişməyə,Bunu çevirməyin  bir məzhəkəyə.Sən nələr deyirsən, ey qoca əclaf!                     Yerdən səsDüşməndir! Düşmənə olarmı bir əfv?!H.Cavid             ( M.C.Bağırova)Bir az diqqət edin deyilən sözə,Bu cürə danışmaq yaraşmaz sizə.               Ş.NalanRəhbərə sən dərsmi öyrədəcəksən?Hər yerdə Allahı mədh eyləyirsən.Bu eşqin, bu sevgin həddi aşıbdı, Görünür xəstəsən, əqlin çaşıbdı.                 H.Cavid“Hər qulun cahanda bir pənahı var,Hər əhli halın bir qibləgahı var.Hər kəsin bir eşqi, bir Allahı var.Bənim Tanrım gözəllikdir, sevgidir.”Qeybdən səsHa-ha-ha… Buna bax. Tanrısına, sevgisinə, eşqinə bax.Sabah o qapqara zindanlara mehman olacaq.Bəlkə o gürcü qızı nazlı Xumar da gələcək,Orda eşq badəsini şairə təqdim edəcək.Ha-ha-ha…M.C.BağırovSovetin adıyla görülən işə,Biganə görürəm sizi həmişə.                    Yerdən səslər      (İşıq M.Müşfiqin, Ə.Cavad və H.Cavidin üzərinə düşür)Yerini göstərmək gərək hər kəsə.Nicat yox, Soveti istəməyirsə…S.RəşidPartiyanın eşqiylə mən,Səhər-axşam düşünürəm.And olsun komsomola,Təmiz  vicdana.Bizim sıramızda,Yer  yoxdu ona.                   H.Cavidİştə, bu komsomol, kolxozçu oğluHəp yapar, nə dersən yalan, ya doğru,Şuranın şəninə, neftin şəninə.Bənim yazdıqlarım böyük dəfinə.M.C.BağırovGör necə dəyişib insanın üzü,Burnundan uzağı görməyir gözü,Hər yetən özünü bir dahi sayır.Bu da bizim şair…(gülür) ha-ha-ha…H.CavidHayır, yox, hayır…“Mənə gülməkdəsiniz gərçi bu gün, Var yarın sizlər üçün qorxulu gün.”M.C.BağırovNə qədər nazını çəksək də sənin,Faydası yox imiş.              (Əsəbi halda əlindəki qələmi qırır)                      Sumbatov            (ayağa durur, kinayə ilə H.Cavidə)Sənin məskənin,Çoxdan olmalıydı o həbsxana.Gedə bilməsən də özün Turana,Ölərsən, sorağın  gedər bir vədə. Yerdən səsƏlinə ixtiyar keçib, ay gədə!H.CavidGədadan bəy olmaz, saxla yadında.Bir böyük məna var Turan adında!Turan! Ah nə böyük şərəf və izzət.Turan -Tanrı payı, böyük səadət.Turanın mənasın düşünsən, əlbət,Şübhəsiz  bu adda vardı bir hikmət. Turan -Alp-ərənlər, mərdlər dünyası,Bəşərin qurtuluş, bir hürr sevdası.    (Mülki şəxslər H.Cavidi aparırlar. Ardınca M.Müşfiq, Ə.Cavadın da aparıldığı müşahidə edilir. Səhnənin sağ küncündəki Ruh-Cavid qaranlıqda qeyb olur. İşıq yenidən M.C.Bağırovun üzərinə düşür)M.C.BağırovGedin, siz də gedin,Zalı tərk edin!(Hamı dağılışır. M.C.Bağırov Stalinin portre¬tinə yaxınlaşır.)          Tək qalmaq istəyirəm.Mən özüm-özümdən, Öc almaq istəyirəm.    (Üzünü Stalinin portretinə tutur)İndi söylə mənə, söylə görüm sən,Mən daha kimləri həbs etməliyəm?Nədəndir, gözlərin doymayır qandan?Yoxsamı qorxursan sən də şeytandan?!Qeybdən səs O bir hakimi-mütləq, budur həqiqət.Hər kəs qorxusundan eyləyər nifrət.“Qan püskürər, atəş sovurar kinli krallar”.M.C.Bağırov    (əlində bir dəstə qələm ovuşduraraq gəzir)Deməli, nə qədər sağdırsa onlar,Gecəmiz qaradır, günümüz qara.Kimlərin əliylə böyük bir ölkə,Beləcə gömülür qaranlıqlara.Yox-yox! O zülmətdən bir qızıl bayraqYüksəlir dünyaya şəfəq saçaraq.Bu bayraq altında hələ var işin, Sən də bir kralsan, özünü düşün.Kimsəyə eyləmə güzəşt, mərhəmət,Kimin ki gücü var, odur həqiqət!İşıqlar dəyişir. Yenidən Hüseyn Cavidin mən¬zi¬lin¬¬də dünəndən bayğın bir halda əzab çəkən Müş¬kinaz xanı¬mı görürük. Ərtoğrol anasına su içirir.Ərtoğrol Ana, özünə gəl, sən nə deyirsən?MüşkinazDeyirlər tutublar üçünü birdən.Yox imiş bunların dini, Allahı. ƏrtoğrolBəs  nədir  babamın, axı, günahı?Tutmaqçün bir səbəb olar adamı.Nədən həbs etsinlər mənim babamı?!Müşkinaz“Xalq düşməni” deyib babana cəllad.ƏrtoğrolBu nə qarayaxma, nə qondarma ad.Bu qanlı despotlar, bu zalım dövran,Niyə insanlara verməyir aman.MüşkinazCavidi bu millət, bu xalq sevirkənOna “xalq düşməni” deyilsin nədən?ƏrtoğrolBabama yapışmaz bu iftiralar,Babamın üzündə  Günəş nuru var.Əməli ağappaq, sözü tər-təmiz.MüşkinazBir haram görməyib bizim süfrəmiz,Heç kəsə bir pislik etməyib baban.      (üzünü qaranlığa tutur)İstərəm gecənin qaranlığından,Ay cəllad, bir bəla gələ özünə. Balana demərəm, yazıqdır balan.Mən necə bu gecə əzab çəkirəm,Sənin də arvadın döyə dizinə.ƏrtoğrolAğlama anacan, sakit ol bir az.MüşkinazNecə ağlamayım?Belə də olmaz.Hələ qəhvəsi də yazıq kişinin,Dünəndən qalıbdır masanın üstə.ƏrtoğrolNə qəhvə?Anacan, sil göz yaşını, Babama zindandan qurtuluş istə.Məğrur ol, mərd dayan, dik tut başını.MüşkinazAy oğul, can balam, Axı, həbsdə, Babana ta qəhvə verməyəcəklər,Bu da bir nisgildir incidir məni.Qəlbimi didir mənim.Bir fincan qəhvə çıxmır,Fikrimin aynasından.Bəlkə onun içində İnsanların al qanı.İblis adam donunda,Bir cəllad libasında.Mən çırpmaq istəyirəm,O cəlladın üzünə Həmin qanlı fincanı…            Qeybdən səsHa… ha… ha…Vicdanı susmuşsa  bu  insanların, Düşərmı yadına qəhvə onların?!(Qapı döyülür. Müşkinaz xanım təəccüblə üzü¬nü Ərtoğrola tutur.)Müşkinaz:Bu gecəyarısı kaş xeyir ola?ƏrtoğrolAy ana, nə gecə, sabah olubdur.(Ərtoğrol qapıya tərəf addımlayır,evlər  idarəsinin əməkdaşı otağa daxil olur)İşçi:Borcumdur çatdırım, eşidin ki, siz,Bu gündən bu evdən köçməlisiniz.Düşmənə verilməz belə bir mənzil!Tez olun, boşaldın, bu sizlik deyil!MüşkinazAy qardaş nə gəlib mürvətinizə,Biz hara daşınaq ilin bu vaxtı?İşçi:O qonşu mənzili veriblər sizə,Tələsin, daşıyın masanı, taxtı.Yoxsa, nəyiniz var atılar çölə,Ayaqlar altında tapdanar belə.(Ayağı altına düşmüş bir kağız parçasını tapdalayır)MüşkinazAy qardaş, biz kimə neyləmişik ki? İşçiHələ danışırsız, sizin əriniz,Bir vətən xaini, xalq düşmanıdır.MüşkinazBu düşmən sözüdür, şər-böhtanıdır.Azyaşlı qızım var, eyləyin güzəşt.(Balaca Turan səhnəyə daxil olur)İşçiİnanın ki, sizə olur mərhəmət.Ərtoğrol              (qonşu mənzilə sarı)Bu necə mənzildir? Yönü açıqdır,Bir yanı çökübdür, bir yan uçuqdur.Döşəmə bərbaddır, divarlar sudur.İşçiHər nədir, sizlərə verilən budur.Nahaq özünüzə zəhmət verməyin,Bundan da artığın heç gözləməyin.Müşkinaz                     (ağlayır)Gəl oğlum, əzizim, gəl iki gözüm.Gəl Turan, gəl mənim mehriban qızım.Buna da dözərik, neyləmək olar.Zalım divanında ədalət ağlar.ƏrtoğrolAğlama, anacan, dünya dar deyil.Bir kimsə əbədi bərqərar deyil.Gördüyün zalımlar gömüləcəkdir.Babamsa yenidən yüksələcəkdir.               (İşıq sönür)IV ŞƏKİLŞ.Nalanın evi. Nazilə xanım evdə təkdir. Nazilə xanım evdə var-gəl edir. Şəmsi Nalan daxil olur.NaziləBarı xeyir ola düz bir həftədir.Yerini bilmirik, nədir məlalın?Ya hara gedirsən bir xəbər eylə, Məni çox incidir sənin bu halın.Ş.NalanBir qədər səbr eylə, mənim gözəlim, Əlimin üstündə deyil öz əlim.Sahildən gəlirəm, çıxaraq işdən, Bir qədər dincəlim dedim orda mən.Yadıma düşmüşdü güllər, çiçəklər, Orda gözəl olur göy biçənəklər.NaziləYenə orda-burda gəzir xəyalın.Ş.NalanÇıynimdə yükü var elin, mahalın.NaziləBizi düşünmədin, söylə, bəs nədən?Ş.NalanMən nələr çəkirəm düşündüyümdən.Onu göylər görür, ulduzlar sanır,Bir içim su gətir, ürəyim yanır.(Nazilə su vermək üçün otağın o biri tərəfinə keçir. Ş.Nalanın köynəyindəki       qan ləkələri Nazilənin diqqətini cəlb edir)Nazilə       (təlaşla)Bu nədir, nə olmuş bir söyləsənə?Ş.NalanSahildən gəlirəm, başa düşsənə.NaziləBelin qançır olmuş, kim döymüş səni?Ş.NalanXəstəlik bürüyüb bütün vətəni.Huşumu itirib yıxılmışam mən.İndi də qan axır kürəklərimdən.NaziləYıxılmaq nə demək, görürəm ki, sən, Düzünü söyləmək istəməyirsən.Ş.NalanAxı necə deyim, demək çətindi.Kaş uşaq olaydım, bu yaşda indi. Çıxmır xəyalımdan o gözəl illər.Heyif ki, dəyişdi zaman, fəsillər.NaziləYaxşı, gəl, gəl uzan, gəl dincəl biraz.Ş.NalanMənim dərdlərimə çarə tapılmaz.Nazilə  (düşüncəli)Bilmirəm, heç kimə qalmayıb güman,Nalanın bu halı çıxmır yadımdan.Yazığı sarıbdır qorxu, vəlvələ,Döyənin adını gətirmir dilə.Niyə dayanmışam, bilmirəm nədən,Dəyişək gətirim gedim buna mən…  (Nazilə gedir, Ş.Nalan tək qalır)Ş.Nalanİlahi, bağışla bu gözəl yurdun,Böyük şairinin üzünə durdum.Amma çarəsizəm, yoxdur əlacım,Səndən qeyri kimə dərdimi açım?Görürəm, rəhbər də ehtiyat edir.Lap məcbur olanda tarana gedir.İstəyir işlərə düşməsin kölgə,Düşmənin əlinə keçməsin ölkə.Məqsədlə yönlənib dığalar bura,Qaraçı köçünü yığalar bura.Türkləri evindən didərgin salıb,Yağlı tikəsini əlindən alıb.Bölələr Bakını şırin pay kimi.Sənə yalvarıram eşıt dərdimi.Ağsaç anaların göz yaşlarına,Körpə cocuqların baxışlarına,İlahi bağışla, məni bağışla.Bağışla, İlahi, bizi bağışla.  (Ş.Nalan Allaha səcdə eləyir)                 Qeybdən səsHər kəsin içindən gələr bir səda,Bir gizlin qalmamış gizlin dünyada.     İşıqlar sönür.                           V ŞƏKİL(Həbsxana barmaqlıqları arxasında M.Müşfiq,  Ə.Cavad, H.Cavid görsənir. M.Müşfiq H.Cavidə)M. Müşfiqİçimdə elə bil bir vəlvələ var,Mən çox narahatam, böyük sənətkar.H.CavidDöz bir az, Müşfiqim, yavrum, səbr elə,Heç qorxu sözünü gətirmə dilə.Boynuna götürmə o yalanları,Məğrur dayan, məsud etmə onları.M.MüşfiqYadıma düşdükcə nazlı Dilbərim,Titrəyir bədənim,  əsir əllərim.Mən də bir insanam, hər necə olsa, Dəmir də əyilir dayanmayırsa,Bəs necə tab etsin bu zərif bədən?Dilbərin xiffətin çox çəkirəm mən.Ə.Cavad(kənara)Yazıq itiribdir tamam başını.Müşfiq, özünə gəl, sil göz yaşını.Nadandan, alçaqdan umma mərhəmət,Qızarmaz üzləri çəkməz xəcalət.M.MüşfiqMən, Cavad, qardaşım, bu gözəlləşən“Işıqlı dünyadan necə əl çəkim?Bu göylə çarpışan yerlə əlləşən,Dostdan, aşinadan necə əl çəkim?”H.CavidMüşfiqim, darıxma, səbr eylə bir az,Bu dünya fanidir kimsəyə qalmaz.Xəyalım göyləri fəth eləyirkən, Bax, budur, məhbəsdə oturmuşam bən.Cavad da bizimlə həp bərabərdir,Nə elə küskündür, nə mükəddərdir.Bizim amalımız, arzumuz böyük,Gülşəndə tapılır tikan da tək-tük.Qarşıda nə qədər işlərimiz var,Vaxt gələr bizim də ulduzlar parlar.Yadlara bildirmə sən sirrimizi,Güneydəki dostlar gözləyir bizi.M.MüşfiqNə bilim, ay ustad, sorğu-sualdan, Bezirəm, tezcə də çıxıram haldan.Sonra da rahatlıq tapa bilmirəm.Ə.CavadHər kəsin qəlbində vardır bir ələm,Bir az boşluq edib, istəsən aman, Səni tez sındırıb əzər bu dövran.H.Cavid“Sakın, bu dünyadan umma etibar,O bir zövqü-səfa, həm xərabəzar.”Gətir xəyalının önünə bir dəm,Məhəmməd peyğəmbər, mürşidi-aləmNecə səbirliydi, necə şükürlü,Bu qara zindandan biz də bir türlü,İnşallah ki, bir gün olarıq xilas.Keçəcək bu dövran, belə də qalmaz.              (Nəzarətçi gəlir)NəzarətçiGörüş saatıdır, sizin xanımlarGəlmışlər, görüşmək istəyir onlar.Buyurun. (Müşkinaz, Şükriyyə və Dilbər səhnəyə daxil olurlar. H.Cavid Müşkinaz xanımın yanına gəlir. Müşkinaz Cavidi qucaqlayır.)MüşkinazSultanım, ey şahi mərdim,Sığmaz bu cahan mülkinə dərdim.H.Cavid“Bir zamanlar bən ənisi-yar idim,Əhli-məna, məhrəmi-əsrar idim, Gülşəni-vəhdətdə, hər şamü səhər,Seyr edərdim qayğısız, azadəsər.”Səd heyif, qeyb etdim səadətimi,İndi də çəkirəm bən xiffətini.MüşkinazBöylə azad  ikən dustaq oldun?Sən kimin üzünə, axı, ağ oldun?!H.Cavid“Bixəbərdim, sezmiyordum xilqəti,Bilmiyordum çünki mevcudiyyəti,Hiçlik, ah, ən xoş dəmi-səmtü sükun,Bir gözəl cənnətdi, heyhat!… Ən zəbun”.MüşkinazSultanım, bu uzun gecələrdə bəs,Ruhunu gəmirib, sıxmazmı məhbəs?H.Cavid“Ən dəni bir hiss, əvət bir kor buğa,Ruhumu yoxluqdan atmış varlığa.Bir zaman baxdım ki, yox nuri-səfa.Bir kiçik məhbəsdəyəm, zülmətnüma”…                     MüşkinazSonra nə olacaq düşündünmü heç?Bəlkə Bağırova “günahımdan keç”Söyləsən, incitməz, bağışlar daha.                     H.CavidBən pənah apardım Böyük Allaha,Kimsəyə baş əyməm, onlar bənimçinBir heçdir. Onların günahı çin-çin…Bənə Ulu Qüvvət deyir ki, əlbət,Bir gün yıxılacaq bu çürük dövlət.Bənim öz dövlətim, öz bayrağım var,İnşallah, yenidən tapar intişar.                  MüşkinazNeyləyək, dözərik biz də bir təhər,Təki sən dediyin gələ şad xəbər.       (İşıq yerini dəyişir. Müşfiq və Dilbər ön planda görünür)                  M.Müşfiq“Ey gözəl Gəncənin gözəl Dilbəri,Nədir səndəki o mehriban əda?O gündən bəridir, nərdə bulunsamGözümdə sən varsan, könlümdə sevda”.Dilbər“Gözlərim yoluna həsrətlə baxar,Həsrətin qəlbimi yandırar, yaxar.Of ! bilsən ürəyim necə darıxar.Ay şirin dilinə qurban olduğum”.M.Müşfiq“Sənin o pərişan gözəlliyindən Necə bəhs etməsin mənim lisanım?Sən boynu bükülü bir bənövşəsən,Sığmaz təsvirinə tərzi bəyanım”.Dilbər“Bir parlaq ulduzsan bizim ellərə,Şöhrətin düşübdür şirin dillərə.Düşdün daşqınlara, düşdün sellərə,Ay ilham selinə qurban olduğum”.M.Müşfiq“Nə qədər uçsan da ucalıqlarda,Əvət, qanadların bir gün yorular.Bir quşun olmasa qanadı, Dilbər,Necə keçər onun həyatı, Dilbər?”Dilbər“Dilbərəm, ilk eşqim günəşdir sönməz,Ömrümün baharı geriyə dönməz.Min yol yalvararam, şəklin də dinməz,Özünə, şəklinə qurban olduğum!”                    M.MüşfiqDaha görüşümə gəlmə, mələyim,Qorxuram, əllərə düşə taleyin.Ümidim dağılar, bağrım olar qan,Diriykən üzülüb ollam yarımcan.                    DilbərMüşfiq, elə demə, çox qorxuram mən.                    M.MüşfiqDilbərim…(Projektor Ə.Cavad və Şükriyyə xanımı işıqlandırır)Ə.Cavad“Şükriyyə taleyim, şükür xudaya!Gördüyüm yuxumu, yoxsa bir röya”.ŞükriyyəBu mənəm yolunda canından keçən,Əslindən, nəslindən, qanından keçən.Ə.CavadSəni düçar etdim mən əzablara,Sən hara, mən hara, bu məhbəs hara?Düşmüşəm zülmətə, qaranlıqlara,“Yaşaya bilmərəm bir kərəm sənsiz”. ŞükriyyəBağçamda bülbüllər ötüşməyirsə,Ömrümdən bir acı ruzigar əsər,Qılınc tək doğrayar, bıçaq tək kəsər,Dünyadan dönərəm, səndən dönmərəm.Ə.Cavad“Səninlə gəzərəm eldən-elə mən,Bataram, çıxaram seldən-selə mən,Düşərəm ağıza, dildən-dilə mənYaşaya bilmərəm, bilmərəm sənsiz”.ŞükriyyəTaleyim bir zülmət, qaranlıq gecə,Yüz ildə ötüşsə, keçsə beləcə,Bil ki, Şükriyyəni görmüsən necə Elə də qalaram, səndən dönmərəm.Ə.CavadÖylə də, bilirdim vəfalı yarım.ŞükriyyəSəni çox sevirəm, əhdim, ilqarımPozulmaz heç vədə…Nəzarətçi Vida zamanı.CavadYox imiş dövranın heç bir amanı.Qoru uşaqları…ŞükriyyəSən arxayın ol…Cavad       (Şükriyyəyə sarılır)Şükriyyə, ürəyim, gözüm…ŞükriyyəCavad, əzizim…       Şükriyyə sarsıntı keçirib bayılır. Nəzarətçilər onu əhatəyə alırlar. Dilbər və Müşkinaz xanım da Şükriyyənin əhatəsində ona yardım etmək istəyirlər. Nəzarətçi və digər mülkü şəxslər H.Cavidi, Ə.Cavadı, M.Müşfiqi səhnədən uzaqlaşdırırlar. Şükriyyə xanım bir qədər özünə gəlir. Nəzarətçilər Müşkinazla Dilbəri də səhnədən çıxarırlar. İki mülki şəxs Şükriyyə xanımı ayrı otağa aparırlar. Müstəntiq otağa daxil olur.Mülki şəxslərdən biri: (orderi müstəntiqə təqdim edir).Şükriyyə xanımın həbsinə qərarVerilmiş, onlara yoxdu etibar. MüstəntiqYaxşı, aydın oldu, siz azadsınız. (Mülki şəxslər çıxırlar)        Əyləşin, Şükriyyə xanım, burda siz.  (Yer göstərir, Şükriyyə xanım əyləşir).                  Bir şeyə varmıdır ehtiyacınız?Şükriyyə                       Görürəm ki, xeyli lütfükarsınız,Söyləyin, bəs nədir günahım mənim?MüstəntiqSizə öz çöhrəniz olubdur qənim.   Ancaq bir yol vardır olmaqçün xilas.ŞükriyyəO nədir?MüstəntiqCavaddan  boşanın…ŞükriyyəOlmaz! MüstəntiqGöstəriş verilib, boşanmasanız,Həm də tutulacaq uşaqlarınız.ŞükriyyəBilirəm, kim verib bu göstərişi,Allahın ədliylə əyilər işi.Bir gün haqq gələcək, divan gələcək,Burnundan gələcək kəsdiyi çörək.Başda oturardı o süfrəmizdə,Xəyanət axtarır indi də bizdə.Mənim də sözümü çatdırın ona,Qoymaram əlimə əli toxuna.Atamı tərk edib Cavadla gəldim,Həm həyat yoldaşı, həm qardaş bildim.Uşaqlar tutulur, olsun, yanmaram,Ölsəm də, Cavaddan mən boşanmaram!(Əl atıb stolun üstündən qara mürəkkəb qabını götürür, mürəkkəbi üz-gözünə sürtüb saçlarını pıtla¬şıq hala salır).                                Cavadın qadını dəli-sərsəri,            Söyləyin, ölübdü, yoxdu o pəri.   (İşıqlar sönür, şəkil dəyişir).VI ŞƏKİLKonservatoriyanın dərs çalışma otaqlarından biri. Kaman çalan qız Səlma otaqda təkdir. Bu zaman Ərtoğrol içəri daxil olur.SəlmaOn  gündür hardasan? Nigaranam mən,Bir xəbər bilməyir heç kim də səndən.ƏrtoğrolSoruşma dərdimi, dərdim ağırdı,Nə vaxtdır başıma alov yağırdı.Ayrıla bilmirəm düşüncələrdən,Hələ də bilmirəm, heç neyləyim mən. SəlmaAxı nə olmuşdur, bir açıq söylə,Dərdi danışmasan sağalmaz böylə.Ərtoğrolİnana bilməzsən mənim babamı,Böyük sənətkar tək tanıyır hamı.Ancaq “düşmən” deyə tutublar onu,Nə olar bilinməz bu işin sonu.SəlmaBu xəbər məni çox narahat edir,Görəsən bu ölkə hayana gedir?ƏrtoğrolBu hələ bəs deyil mənzilimizi,Alıblar, daxmaya atıblar bizi!Bütün əzablara dözsə də anam,Turanın halından çox nigaranam,Bilirsən, mən səhər çıxıram evdən,Heç başım açılmır məşğələlərdən.SəlmaBəs indi nə haqda fikirləşirsən?ƏrtoğrolDüzü, nə gizlədim, düşünürəm mən.Oxuya-oxuya işləməliyəm.SəlmaMən özüm də sənə kömək edərəm.Ərtoğrol Ah, Səlma, zərifdir səndəki ürək.SəlmaDemişlər dost dosta dar gündə gərək,Özünün bilməsə ürək dərdini,O ürək ürəkmi, o sər sərdimi?ƏrtoğrolSən incə çiçəksən zərif və solğunSənə çox sözüm var….SəlmaVarsa, qoy olsun.Ancaq indi isə biz Ərtoğrolun Variasiyasına bir nəzər salaq.Ərtoğrol pianinonun arxasına keçir. Səlma kamanı sazlayır.ƏrtoğrolYaxşı, gəl başlayaq, bir yerdə çalaq                   Çalırlar.VII ŞƏKİLHəbsxanada dindirilmə otağı. Müstəntiq ayaq üstündə var-gəl edir. M.Müşfiq məhbus paltarında otağın küncündə ayaq üstə durmuşdu. Müstəntiq dayanıb ona baxır.Müstəntiq Sizə vaxt verirəm düz iki saat,Düşünün, sonra da yazın izahat.Etiraf eyləyin səhvlərinizi,Bəlkə səmimiyyət qurtara sizi.Buyurun, burada gəlin əyləşin,Mən getdim, vaxt keçir, siz fikirləşin. (Müstəntiq otağı tərk edir. M.Müşfiqin xəyalı uzaqlara gedir. İşıqlar ani olaraq söndürülür. İşıq yananda tamaşaçılar səhnədə M.Müşfiq ilə Dilbərin görüşünün şahidi olurlar.)DilbərMüşfiqim, ey mənim, canım, sərvərim.MüşfiqYaxın gəl, gül üzlüm, nazlı Dilbərim.İllərdən ağırdır sənsiz hər günüm.Mən səni bəxtiyar edə bilmədim.DilbərMən onu dərd saymam, o deyil dərdim,Təki sən yanımda ola biləydin,Özümü ən xoşbəxt hesab edərdim. MüşfiqDaha kəsilibdi səbrü – qərarım,Qalmayıb əlimdə bir ixtiyarım.Bu da son görüşdü, bilirəm məni…                                            DilbərYox elə söyləmə, sevirəm səni.Mən sənsiz yaşaya bilmərəm, canım. MüşfiqOd tutub yanır, bax, Azərbaycanım.Bir-bir dənləyirlər mərd oğulları. DilbərQurtula bilsəydin sən burdan barı. MüşfiqYox, Dilbər, bitmişdir bütün ümidlər,Mən indiyə qədər dözdüm bir təhər,Onu da sağ olsun Cavid əfəndi,Mənim tək həbsdə olsa da kəndi,Təsəlli verirdi mənə hər zaman.                              DilbərMüşfiqim, sən məni çox qorxudursan… MüşfiqQorxmaq lazım deyil, belədir insan,Bir sabah açılar, bir axşam solar.Yaxşılıq, yamanlıq xatirat qalar. DilbərMüşfiqim… MüşfiqDilbərim… DilbərAman, ay Allah. Mən sənsiz nə təhər yaşaya billəm… MüşfiqBilmirəm,bilmirəm,bilmirəm, vallah…(Müstəntiq daxil olur, Müşfiq xəyal aləmindən hələ ayrılmamışdır. Onun qarşısındakı kağızları götürüb baxır.)          Deməli, təsdiq edirsiniz siz,Bir əks-inqilabçı, millətçisiniz. M.MüşfiqDoğrudur, sevmədim inqilabı mən,Amma millətimi sevdim ürəkdən. MüstəntiqSiz Vətən xaini, xalqın düşməni… M.MüşfiqŞuranın düşməni tanıyın məni. MüstəntiqBurjua şairi deyirlər sizə… M.MüşfiqBu kül üfürməkdi gözlərimizə. MüstəntiqBəs Turan sevgisi gəlib haradan? M.MüşfiqHər kəsə bir sevgi verib yaradan,Kimi Turan sevər, kimi şuranı. MüstəntiqŞair, seçənmirsən ağla qaranı.Eybi yox, bir az da Caviddən danış,Nə zaman onunla olmusan tanış? M.MüşfiqCavidmi? Cavid çox böyük sənətkar,Onu hamı sevər, hamı tanıyar. MüstəntiqEtiraf edin ki, bir çalışdınız,Gizli yığıncaqlar, gizli söhbətlər… M.MüşfiqSiz nədən, nələrdən danışırsınız?Bizim söhbətimiz şeir-sənətdi,Tarix, incəsənət, mədəniyyətdi. MüstəntiqSizin aranızda yaş fərqi çoxdur. M.MüşfiqBunun yoldaşlığa bir dəxli yoxdur. MüstəntiqYoldaşlıq deyəndə, dövlətə qarşı Bir amal uğruna həmfikirsiniz. M.MüşfiqMənim söylədiyim fikri dəyişibLibasa astardan üz tikirsiniz? MüstəntiqBilirəm mən sizin niyyətinizi,Turan sevginizi, ülfətinizi.Özünə heyifin gəlmədi, oğlan.Düşdün təsirlərə çıxdın yolundan.Cavidə nə var ki, Cavid qocadır. M.MüşfiqO bir üləmadır, o bir xocadır.Nur yağır üzündən, şeriyyətindən,Ondan məchulları öyrənirəm mən. MüstəntiqO məchul dediyin iğtişaş, filan,Təbliğat, təşviqat, ya Böyük Turan,Dövlətin içində yeni bir dövlət,Dövlətə xəyanət, ağır cinayət.Onun ucbatından indi burdasan,Elə onunla da məhv olacaqsan. M.MüşfiqBalığı hiyləylə salmışkən tora,Nə lazım bu qədər böhtan, iftira?Köntöy sözləriniz məni incidir.Ədalətli olun… MüstəntiqÇox qəribədir,Yazırsan “Oxu, tar, oxu, bir qadar”, Bilmirsən, tarı istəmir proletar?   M.MüşfiqProletar istəsə, ya istəməsə,Fərqi yox, heyranam o gözəl səsə. MüstəntiqQadağan olunub onu dinləmək. M.MüşfiqKim tarı dinləmir yox onda ürək. MüstəntiqDeməli, tarı çox sevirsən? M.MüşfiqBəli. MüstəntiqDeyirlər  şairlər olurmuş dəli…                                    M.MüşfiqGəlin siz son qoyun bu dindirməyə.(Müstəntiq dindirmə protokollarını M.Müşfiqin qarşısına qoyur) MüstəntiqNiyə?                   M.Müşfiq    Yalandı, böhtandı bunun çoxusu. MüstəntiqCanını sıxırmı ölüm qorxusu? M.MüşfiqAlçalıb yaşamaq ölümdən betər,Mənə o nicatı göstərməsinlər. MüstəntiqÇoxdu günahınız, var sübut-dəlil,Dərmanı bir kiçik qızıl güllədir.   M.MüşfiqÖlümdən qorxmuram, ölüm ki haqdı,Günahkar bir vədə tapılacaqdı. MüstəntiqOnda imza atın bu izahata. M.MüşfiqMən belə böhtana imza atmaram.Kimsəni kimsəyə heç vaxt satmaram. MüstəntiqNə olar, səbrimiz böyükdür bizim.Müstəntiq əllərini bir-birinə vurur, yan qapıdan iki mülkü şəxs Dilbəri otağa gətirirlər. Dilbərin halı pərışandır, üzünün rəngi saralmış, saçları dağınıq¬dır. M.Müşfiq Dilbəri bu halda görüncə sarsıntı keçirir. M.MüşfiqKor olaydı gözlərim, səni böylə görəndə.                                          Müstəntiqİmza atmasan əgər gözlərinin önündə… M.MüşfiqSizdən rica edirəm,Dilbərimə dəyməyin,Məni böylə əyməyin… MüstəntiqHələ ki, əlimdən çıxmamış xəta,Sən tələs imza qoy bu izahata.                              M.MüşfiqAllah da şahiddir,Çarəsizəm mən.Dilbəri buraxın.(Müstəntiq işarə edir, Dilbəri aparırlar.M.Müşfiq izahata imza atır). MüstəntiqCücə, ay cücə! (Nəzarətçi içəri girir)           Üçlüyün yanına aparın onu.Görünür, çatmışdır ömrünün sonu,          (Müşfiqi aparırlar)                     Biri cəhənnəmə getdi beləcə.(Nəzarətçi çıxır. Müstəntiq çırtmıq çalıb oynayır)            Cücə, ay cücə.Gətirin o türkü, nə idi adı? NəzarətçiHüseyn Cavidi? MüstəntiqYox. NəzarətçiƏhməd Cavadı? MüstəntiqHa, ha, onu.(Əhməd Cavad və Hüseyn Cavid barmaqlıqlar    arasındadırlar) H.CavidMüşfiqdən bir xəbər gəlmədi, Cavad. Ə.CavadNigaran qalmışam mən də, ay ustad,Bir az da qorxu var, düzü canımda.Ağlıma gəlir ki, məni son anda,Bir türk bayrağına kaş bükəydilər.Ya da məzarımın üstünə bir gün,O gözəl bayrağı nəqş edəydilər. H.CavidBelə bədbin-bədbin danışma, yetər,Gərək bərk olasan bu qeylü-qalda. Ə.CavadÜrəyim sözümə baxsaydı əgər…Görüşdə Şükriyyə bayılan halda,Bizi ayırdılar, sonra bilmirəm.Nə oldu, necədir indi Şükriyyəm.O gündən qırılıb qəlbimin simi.Qaranlıq görürəm öz taleyimi. H.CavidÇox fikir eyləyib olma bədgüman,Üzmə ümidini haqdan heç zaman.Bizim qəlbimizdə böyük arzu var,O taylı, bu taylı azad, bəxtiyar,Bir Vətən eşqinə çarpışmalıyıq.Dərə keçməliyik, dağ aşmalıyıq.Bizi gözləyən var, neçə dost-tanış,Şeyxin qoyduğu irs unudulmamış.                        Ə.CavadSənin tək səbirli ola bilsəydim,Dünyada olmazdı elə bir dərdim. Nəzarətçi          (daxil olur)Əhməd Cavad! Ə.CavadBəli. NəzarətçiMüstəntiq yanına çağırır sizi Çağırır, dinləsin son sözünüzü.Dindirilmə otağı. Nəzarətçi Ə.Cavadı otağa gətirir. Müstəntiq Ə.Cavada oturmaq üçün yer göstərir. MüstəntiqBuyurun, əyləşin.   Ə.Cavad (öz-özünə)İfadə təzə. Müstəntiq      (Əyləşmək işarəsi göstərilir)Sonuncu suallar verilir sizə.Bildik, sevirsiniz türk bayrağını.                 Ə.CavadBəli, çox sevirəm.Vurulmuşam torpağınaQurban türkün bayrağına. MüstəntiqBəs onda söyləyin müttəhim Cavad,Hansı vasitələrlə sizin təşkilatQorumaq istəyir türk bayrağını?Silahla? Sizlərdə  çoxmudur silah? Ə.CavadNə silah, nə firqə olmayıb heç vaxt,Silahım- qələmim olub həmişə.Qoymadım üstünə bir kölgə düşə. MüstəntiqCaviddənmi gəlir Turan sevgisi? Ə.CavadBurada Cavidlik nə iş vardı ki?O gözəgörünməz böyük Yaradan,Necə ki göndərdi Quranı bizə,Elə də sevdirdi Turanı bizə. MüstəntiqXəyallar, deyəsən, aldadır sizi,Bu qədər sadəlövh sanmayın bizi.Bizdə məlumat var, Cavid ilə siz,Gizli yığıncaqlar keçiribsiniz.Gözünüz götürmür artan qüdrətin,Yıxmaq istəyirsiz Şura dövlətin. Ə.CavadYalandır, düz deyil dedikləriniz. MüstəntiqSizlərə rəhbərdir Cavid şübhəsiz? Ə.CavadSizin dediyiniz böhtandır, şərdir,Cavid şəxsiyyətdir, fövqəlbəşərdir.Kim ondan nəyisə öyrənib demək,Tanrı özü ona eyləyib kömək.                   MüstəntiqTəbliğ edirsiniz siz pantürkizmi. Ə.CavadBoşlayın nifrəti, buraxın kini.Kimin ki dünyada vardır kamalı,Təmizdi vicdanı, nurdu amalı. MüstəntiqSizə amalınız etməz bir kömək. Ə.CavadDemək qismətimiz budur, neyləmək? MüstəntiqAmma qismətiniz dəyişə bilər. Ə.CavadNə təhər? MüstəntiqÇox sadə, desəniz əgər,Firqənin gördüyü işləri tamam.Sizə göstərilər hörmət, ehtiram. Ə.CavadSatın alırsınız, deməli, məni? MüstəntiqKirvəcan, qorxutmaq istəməm səni,Amma, bir başa düş, sən ki cavansan,Arvadın gözəldir, uşaqların var.Bu gün də doğrunu deməsən əgər,Arvadın, uşaqlar tutulacaqlar.Sonra da arvadın düşər əllərə.Ona əzab verər hərə bir kərə.                    Ə.CavadKəs alçaq! Hiyləgər, quduz canavar!Gözündə iblisdən gələn şüa var.O qədər gədalıq eyləmisən ki,Sürtülüb gedibdi üzünün rəngi. MüstəntiqQurtarmaq istərkən mən səni dardan,Sən ölüm istədin bu ruzigardan. Ə.CavadQorxuda bilməzsən  ölümlə məni,Zatən əynimdədir ölüm kəfəni.Onsuz da mənimçün heçdi bu aləm,Sənin də dərsini mən verəcəyəm…(Ə.Cavad müstəntiqin üstünə hücum edib onu vurur.)                       MüstəntiqÖmrünə yazıldı bu uzun gecə,İt kimi sən gəbər, elə indicə, ha, ha…(Müstəntiq tapançadan açdığı atəş ilə Ə.Cavadı vurub öldürür. Çırtmıq çala-çala nəzarətçini çağırır).– Cücə, ay cücə…             (Nəzarətçi daxil olur) NəzarətçiBəli.            MüstəntiqAt bunun leşini leşlərin üstə.                                 (İşıqlar sönür)VIII ŞƏKİL H.Cavid sorğu otağında, əlləri qandallı şəkil¬də  xəyala dalmışdır. Müstəntiq daxil olur.                                     Müstəntiqİnad eyləyirsiz düz iki ildir.                                         H.CavidYenə də cavabım  ayrı deyildir.                                           MüstəntiqMəlumdur bizlərə Turan sevginiz,Bəs deyin İranda nə edirdiniz?H.CavidÇox gəzdim, dolandım İran-Turanı,Ayıra bilmədim  ora-buranı.MüstəntiqSorğuma verilmir düzgün bir cavab.                                         H.CavidSənə maraqlıdır özün cavab tap.MüstəntiqMirzə Ələkbəri tanıyırdınız?H.CavidSabiri? -Əlbəttə, bir qarayanızKişiydi.MüstəntiqMən onu demirəm.                                         H.CavidNecə?                                         MüstəntiqBir az xatırladım, siz düşününcə.Şeyxin məktubunu sizə çatdıran,Sizin aranızda rabitə quran,Naxçıvanlı Mirzə deyilmidir bəs?                                        H.CavidNə məktub? Nə mirzə? Bu cəhdlər əbəs,Şeyx adlı bir adam bən tanımıram.                                          MüstəntiqO şeyx Xiyabani – məşhur dostunuz,Öldü, unuduldu, itdimi inam?                                          H.CavidKafamı yormaqdı sizin sorğunuz.Böylə bir tanışlıq, dostluq olmayıb.Hərdən qəzetələr yazırdı ondan,Başqa bir xəbərim yoxdu İrandan.İranda ayrıdı quruluş, dövlət,Bizim xalq burada yaşayır xoşbəxt.                                         MüstəntiqSizi “düşmən”kimi tanıyır millət.H.CavidMillət bəni sevir, yox elə söhbət.MüstəntiqSiz qəbul etsəniz, etməsəniz də“Düşmən” sayılırsız siz bu həbsdə.Etiraf etsəniz səhvlərinizi,“Kişi” də olsun ki, bağışlar sizi.                                        H.CavidKişi dediyiniz o sözdən öncə,Hər sözə layiqdir bənim fikrimcə.Ya rəhbər adlandır, ya möhtərəm zat,Bir zalım despotdur, bir qanlı cəllad.                                           MüstəntiqDiliniz zəhərli, çox tikanlıdır.                                             H.CavidOnun da əməli, əli qanlıdır.                                             MüstəntiqMətləbdən kənara çıxdıq, deyəsən,Nə olar səmimi etiraf etsən?..                                            H.CavidBəndən gözləməyin ayrı izahat,Zindan daha xoşdur, buraxın rahat.Bir dəfə verdiyim ifadəni bən,Dünya da dağılsa dəyişənmərəm.Müstəntiq   (özünü itirir)Bu xəbər sizinçün xoş da olmasa,Müşfiqə, Cavada ən ağır cəzaVerildi. (pauza) Güllələndilər.H.Cavid                 (öz-özünə)Qırıldı şeirinin hecası, bəndi,Sən də yalnız qaldın, Cavid əfəndi!  (Müstəntiq sorğunu davam etsə də Hüseyn Cavid onu eşitmir,öz daxili aləmindədir.)Azadlıq uğrunda döyüşənləri,Aldıqca qoynuna ölüm çənbəri,Daha bu həyatın varmı mənası?Gedir ölüm-dirim, həyat qovğası,Kimdir hökm verən?Kimdir öldürən?!Kimdi ölən yazıq? – Nömrələnibdi.Bayıl türməsində qara torpağın,Üstünə qan yağıb, qan çilənibdi.İtirdim Müşfiqi, Əhməd Cavadı,Sınanmış arkadaş, bir dost qalmadı.Zamanmı, məkanmı, kimdi günahkar?İnsanmı, dövranmı, kimdir günahkar?!H.Cavid xəyallar içində var-gər edir, monoloqunu başa çatdırır, işıqlar sönür. II HİSSƏIX ŞƏKİL(İşıqlar yanır, stol arxasında iki şair oturmuşdur. Stolun üstündə vodka şüşəsi və yemək vardır. Ş. Nalan və Sultan Rəşid süzülmüş badələri toqquşdu¬rurlar.)Ş.NalanQaldır badələri içək, qardaşım,Qüssədən, ələmdən ayılmır başım.S.Rəşidİçək, qardaş, yeni günün eşqinə,Yenilik eşqiylə könlümüz dinə.Ş.NalanBilmirsən, qardaşım, ürəyim yanır,İçimdə hay salıb vicdan boylanır,Divara dirəyir gündə yüz kərə,Buna da rəng verir hərə bir cürə.S.RəşidŞairin üzünə durdun nahaqdan.Ş.NalanÇarə gözləyirəm mən ulu haqqdan,Bilirəm məndə var böyük qəbahət.Qarşı durmağa da çatmayır cürət.Məcbur eyləyirlər, bəzən adamı.S.RəşidAmma, heç də belə düşünmür hamı.Ş.NalanElə sən özün də çox şey  yazmısan,Diriykən çoxuna qəbir qazmısan.S.RəşidMən də sənin kimi olmuşam məcbur,Görürsən çağırır,  rəhbər buyurur.Əlifba öyrədir, deyir belə yaz.Yazırsan bir cürə, yazmasan olmazŞ.Nalan:Dünyanın ən bədbəxt şairiyəm mən,Qaçıram qəlbimin diktələrindən.S.RəşidMən də yazanmıram duyduğum haqda,Qoymuşam onları bir daşın altda.Ş.Nalanİçək badələri Vətən eşqinə,Alqış gələcəyə, alqış xoş günə.(İçirlər)S.RəşidVətənin bütövlük, birlik arzusuBir an da yadımdan çıxmır doğrusu.Ş.NalanOnu da yazmağa qorxuruq yaman,Lap cana gəlmişəm, düzü, a Sultan,Kimsənin şəninə tost söyləməkdən,Vətənin yolunda kaş öləydim mən.S.RəşidMən elə özüm də, qardaşım, inan,Yalandan, riyadan bezmişəm tamam.Ş.NalanQaldır badələri içək, əzizim, Qarşıda yolumuz hələ var bizim.S.RəşidMillətin eşqiylə yazaq, yaradaq.Ş.NalanAmma, doğru yazaq, əgər bacarsaq.S.RəşidSənə məsləhətim budur, biləsən,“Yanlardan,” “vanlardan” uzaq gəzəsən.  Bizlərə min tələ qurubdu onlar, Bakı genosidi çıxmır yadımdan.Ş.NalanVallah, düz deyirsən, amma, nə etmək?Genosid sözünü dilə gətirməkBilirsən ölümə getmək deməkdir.S.RəşidBir vaxt bütün bunlar deyiləcəkdir.Ş.NalanSəninlə həmrəyəm, düşünürəm mən,İmdad gözləmişik yad ölkələrdən.Vaxtkən qorusaydıq birliyimizi,Dünya da bir bütöv görərdi bizi.S.RəşidHesabat verəndə özüm-özümə,Sərhəd dirəkləri durur gözümə.Baxıram Arazım bulanıb gedir,Vətənin başına dolanıb gedir.Gördükcə bölünmüş Vətənimizi,Ayrılıq həmişə ağladar bizi.Ş.NalanBiz indi neyləyək, suçumuz nədir?S.RəşidTarixi düz yaza bilməməkdədir.Ş.NalanAzadlıq eşqiylə vurur ürəyim,O həyat amalım, sevgim, diləyim.Baxıram vətəni bölünənlərə,Əlində qılınc var, dilində nərə.S.RəşidQardaşım, gəl, biz də əl-ələ verək,Bu gözəl axşamda niyyət eyləyək:  (Birlikdə oxuyurlar)Gün o gün olsun ki, AzərbaycanıMüstəqil dövlət tək tanısın hamı.                   Ş.NalanQarson, bir yaxın gəl, şərab süz bizə,Bir xətər dəyməsin niyyətimizə.  S.RəşidA Şəmsi, ta bəsdir, keçir gecədən.Ş.NalanQoy keçsin,  elə bil içməmişəm mən.Olarmı  mey içib sərxoş olmayaq ?  Biz nədən  bu gecə yoldaş olmayaq,Göydə kəhkəşana, ulduza, Aya?Gərək asimandan baxaq  dünyaya.S.RəşidGəl gedək, mən elə daha sərxoşam,Nələr xəyalımdan keçdi bu axşam.Qoy, sənin üzündən öpüm, qardaşım,Sən mənim dostumsan, həm məsləkdaşım.Ş.Nalan və S.Rəşid qucaqlaşıb, öpüşüb ayrılır¬lar. İşıq Ş.Nalanı müşayiət edir. Ş.Nalan qapını döyür. Nazilə xanım qapıda görünür, qapını açır, ərini içmiş halda görüb başını bulayır.NaziləKiminlə içmisən bu gecəyarı?Ş.Nalan              (səndələyərək)Sultanla bölüşdük biz olanları.Zamandan, dövrandan dedik o ki var.NaziləBu işin düşəri-düşməzi olar.Fikirləş oturub yeyib-içəndə…Bu cürət nə vaxtdan tapılıb səndə?Suyu da üfürüb içərdin ki sən…Ş.Nalanİnan ki, bezmişəm səksəkələrdən.Bir ümid, bir inam qalmayıb daha.Bəlkə də salamat çıxmam sabaha.Nazilə   (Öz-özünə)Deyəsən itirib bu lap özünü,Nə gəldi danışır bilmir sözünü.Ya bunu tutsalar nə olar onda?Yaşaya bilmərəm ayrı bir yanda.Kimə qismət olar bu cahi-cəlal?                  (Ş.Nalana)Son vaxtlar olmusan lap hərdəmxəyal. Yəni ki, səni də verərlər bada?..Ş.NalanBir şeytan barmağı vardı dünyada,Hər zaman işləyər, heç boş dayanmaz.NaziləYox, elə şey olmaz, gəl dincəl bir az.Ş.NalanDincəlmək istəməm, hər saat, hər an,Mənimçün verilə bilər o fərman.   Ardımca gələnlər istəmirəm ki,Bir ayrı libasda görsünlər məni.NaziləDoğrumu deyirsən?Ş.NalanDemək çətindi,Gəlib apararlar, bəlkə də, indi.                               NaziləSən allah, danışma, a Şəmsi, belə.Ş.NalanCanımı tərk etmir qorxu, vəlvələ.(Nazilə Ş.Nalana yaxınlaşıb onun saçlarını əlləri ilə tumarlayır).                Nazilə                         Səni çox sevirəm, tək qoyma məni,A Şəmsi, çoxalıb saçının dəni.Ancaq çox yaraşır sənə saçların,O qara üzünə bir işıq verir…Ş.NalanAçanda ağappaq yaxalıqların Sənin də qoynuna yaraşıq verir.Nazilə   (Şəmsini öpür)Ah canım… Ş.Nalan(Naziləni qucaqlayır)Nə qədər şirinsən, bilsən…              (Qapı döyülür).Nazilə    (təlaşla)Qapıdır…Ş.NalanAxşamdan gözləyirəm mən,Dayan, özüm baxım…(Qapıda S. Rəşid ilə rastlaşır, təəccüblə)  Sultan, bu vaxtda?!.(kənara)Kimlər var, görəsən aşağı qatda?S.Rəşid(kənara)Deyəsən, vaxtında çıxdım üstünə,Gedirmiş məni də qoysun pis günə.(Ş.Nalana)Harasa getməkmi istəyirdin sən?Ş.NalanHeç yerə getmirəm. Gözləyirdim mən,Gəlib apararlar məni indicə.Sahildən gəlirsən?!.S.RəşidYatmadım gecə.Bir az artıq-əskik danışdım axşam,Gəldim əhf diləyim, düzü, çaşmışam.Qalmışam təlaşda, qorxu içində.Səni də qapıdan çıxar görüncə,Bilmirəm nə deyim, məni bağışla.Ş.NalanNədən əhf diləmək mənim qarşımda?Bunlar da bir hiylə deyil ki, Sultan?S. RəşidNə hiylə? Mən səndən qorxuram, düzü,Axşamkı söhbətlər çıxmır yadımdan.Ş.NalanElə mən də səndən qorxuram yaman,Birdən əqlin çaşar, niyyətimiziHardasa açarsan, kəsərlər bizi.NaziləQurd kimi dayanıb, durub üz-üzə,Etibar etmirsiz bir-birinizə.S.RəşidDüz sözə nə deyim, xanım, haqlısan.Bizi yaman günə qoyubdu zaman.Ş.NalanDaha heç nə demə, mənim qardaşım,Nazilə, çay gətir, ayılır başım. (Qucaqlaşıb ağlaşırlar)Qeybdən səsHər işdə, hər yerdə  günahkar zaman,Bəs niyə yaranıb onda bu insan?!(İşıqlar sönür, səhnə qaranlıqlaşır).X ŞƏKİLİşıqlar yandıqda yenidən H.Cavidi müstəntiqin qarşı¬sında görürük.     Müstəntiq            (sərt ifadələrlə)Sizə hörmət ilə yanaşdıqca biz,Siz bizi lap təngə gətiribsiniz.Öldü dostlarınız, daha qalan yox,Qorxudan heç sizi yada salan yox.Yaxşısı xoşluqla edin etiraf. H.Cavid             (bir qədər susur)Bən nəyi etiraf edim?                              MüstəntiqAy əclaf!..      Müstəntiq əllərini bir-birinə vurur,yan qapıdan içəriyə iki nəfər mülkü şəxs daxil olur.Onlar H.Cavi¬din qollarını burub ona əziyyət verirlər.İndi danışarsan,dilin açılar.          H.CavidBəni sındıramaz böylə acılar.              MüstəntiqDöyün, bu əbləhi ölənə qədər,Döyün, zəhmətimiz getməsin hədər.“Cənnətdən gəlibdi kötək” deyirlər,“Kötəklə danışar köpək” deyirlər.     Müstəntiq və yanındakılar H.Cavidi xeyli döyüb yorulub otururlar. H.Cavid əzilmiş, üz-gözü qana bu¬lan¬mış halda huşunu itirir, oturduğu stuldan aşıb yerə yıxılır.                                  Mülkü şəxsNə etmək? Döysək də danışmır,dinmir.Elə bil canının ağrısın bilmir.MüstəntiqBu qoca əbləhdə dözümə bir bax,Ruhunu ağrıtmır şallaq, şapalaq.Bacarmadıq amalından döndərək,Gəlin onu biz Sibirə göndərək.Sibirdə şaxtadı,soyuqdu,qışdı,Ordan geri dönmək bir müşkül işdi.                                   (İşıqlar sönür).      XI  ŞƏKİLH.Cavidin sürgündən öncə ailəsi ilə olan son görüşü.Müşkinaz və Ərtoğrol səhnəyə daxil olurlar. MüşkinazSultanım.ƏrtoğrolBabam…(Hər üçü qol-boyun olub qucaqlaşırlar).H.CavidƏrtoğrol, bilirəm, necə çətindi,Ağırlıq tək sənə düşübdü indi.Anadan, bacıdan sən ol muğayat,Şərəflə yaşayın, qalın salamat.MüşkinazDaha rahatlıqdan keçib bizimki,Birtəhər dözərik, sən sağ ol təki.Sənin yandırdığın o isti ocaq.Biz də çalışırıq sönməsin heç vaxt,Bir söylə necədir sənin işlərin?H.CavidBəlkə də sonudur bu görüşlərin,Pək doğru axtarsan halal-haramda.O keçdi Cavadla bənim aramda.Ölüm bahasına olsa da belə,Cavad kişi çıxdı, vermədi ələ.Bənim də cəzamı endirəcəklər,Deyirlər Sibirə göndərəcəklər.ƏrtoğrolSibir çox soyuqdu, baba, bu yaşda…H.CavidEyb etməz, o bir türk torpağı iştə.Nə isə düşünmək, yaratmaq olar,Hər günün öz işi, öz qanunu var.MüşkinazSibirin şaxtası sıxar canını,Buz kimi soyudar isti qanını.Burda beləydi ki, yenə də hərdənGörüş verirdilər…H.Cavidİstəmirəm bənÜzü dönükləri yada salmağı,Onlardan istidir Sibir torpağı.MüşkinazMən necə dözərəm bu ayrılığa?..H.CavidƏrtoğrol igiddir, Turan da çağa,Deyil ki, çəkəsən əzab-iztirab.Müşkinaz, əzizim, özünə iş tap.Sizə kömək olar böyük Yaradan.MüşkinazTanrım, baiskarı götür aradan,Bizə də rəhm elə.H.CavidMüşkinazım…MüşkinazDeməli, beləymiş mənim də yazım.H.CavidQoru uşaqları, əmanətimdi,Əlvida…MüşkinazMənə çətindi…H.CavidBilirəm, ayrılıq ölümdən betər.Təki siz sağ olun, bu bənə yetər.İndisə ayrılaq, çətin olsa da,Əlvida…MüşkinazBu dünya bir hiç…ƏrtoğrolBaba, hələlik…     (Kor ərəbin mahnısı səslənir) “ Nə eşq olaydı, nə aşiq; nə nazlı afət olaydı,  Nə xəlq olaydı, nə xaliq; nə əşki-həsrət olaydı.  Nə dərd olaydı, nə dərman; nə sur olaydı, nə matəm,  Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.   (işıqlar sönür, şəkil dəyişir) XII  ŞƏKİLCavid Sibirdə həbs düşərgəsində. Əlillər zonası. Cavid məhbuslar arasındadır.I məhbusTürkün böyük şairi Nə düşünür görəsən?Min illərin ardından,Ötən qərinələrdən.H.CavidNecə deyim, arkadaş,Bu yerlərdə bir qədərTəskinlik tapıram bən.Türkün şanlı tarixiBu çöllərdə yazılıb.Atının dırnağıylaXəritəsi cızılıb,Bu böyük irmaqların.Sibiryadan AltayaOlan karlı dağların.II məhbusO şərəfli günləri,Gətir ərsə-araya.At çapan igidlərin,MəğlubedilməzlərinŞücaətinə dairBizə də söylə, şair,Biz də xoşbəxt olarıq,Səndən razı qalarıq.H.CavidBelədir, əzizlərim,Sizdən nəyi gizlədim.Ürəyimin ən dərinGuşəsində bir ad var,Hərdən kədərləndirib,Hərdən də ovundurar.Atillanı heç zaman Çıxarmadım yadımdan.O böyük bir qəhrəman.Bən Atilla haqqında Yazdım böyük bir dastan,Tamaşaya qoymağaRejim vermədi aman.Bir az sizə söyləyimOnun igidliyindən.Türkün böyük igidi,Bütün dünyanı tutdu.Gördü dünya gididi,Hansı yerə vardısa,Haqqa bir imza atdı,Böyük Turan yaratdı.Əfsus qara sevdayaAlışdı, yandı bir gün.Bir gavur qızı iləNişanlandı bir gün,Düşünmədi nə olar,Nələr gələr başına.Gavur qızı bir gecəZəhər qatdı aşına.Ayırd edə bilmədi.Gecə idi, ya gündüz,Vuruşmasız, döyüşsüz,O igid, o qəhrəman,Yatağında verdi can.Bu gərək dərs olaydı,Hər bir türk xaqanına.Özgə qan qatmayaydıTürkün təmiz qanına.Əfsus, keçib o dövranGeridə qalıbsa da,Vaxt gələr böyük TuranÖnə çıxar dünyada.I məhbusSağ ol, ay ustad, halaldır sizə,Sanki bir nur gəldi gözlərimizə.Mən də bir türkəm, ürəyim yanır,Başımda min cürə xəyal dolanır.Aldandım özümün sadəliyimdən,Qul oldum, qul kimi öləcəyəm mən.H.CavidOlmayın bu qədər bədbin, bədgüman,Bir gün də şans verər sizə Yaradan.İndi isə sağ olun, gedin dinlənin.Bən də məktub yazım,Çoxdandır Bakıdan yoxdur xəbərim.(kağız, qələm çıxarıb yazır)Əzizim Müşkinaz, qəlbimi sıxan Ayrılıq odudur, çıxmır yadımdan,Sizinlə bir ömür yaşadıqlarım.Ömrümün bəzəyi, şöhrətim, varım,Balaca Turanım indi nasıldır?Pəki Ərtoğrol çalışıyormu?Onunçün çətini elə bu yıldır,Turanım bitirib orta məktəbi.Bir çocuq həkimi ola istərdim,Həp bən də yaxşıyam, yox elə dərdim.Mən sizi yormayım, özünüz baxın,Kim sizə baş çəkir, qohum, ya yaxın.Həpsinə bəndən də salam söyləyin,Varsa, bənə əlli manat göndərin.Bən də Moskvaya yazdım şikayət,Həqiqət bulunur bir gün nəhayət.Allaha tapşırıb öpürəm sizi,Allahdan kəsməyin ümidinizi.     (II məhbus Cavidə yaxınlaşır)II məhbusGecədən çox keçdi, şair dincəlin,Yatmasaz sabahkı məşəqqətlərinAltında ağrıyar, əzilər canın.Durun bir az yatın, bir az uzanın.XIII  ŞƏKİLƏrtoğrol əsgər paltarında səhnəyə daxil olur. Müşkinaz xanıma yaxınlaşıb onu öpür. ƏrtoğrolƏsgər aparırlar məni, ay ana.Hələlik… sağ qalın, salamat qalın.Hayıf ki, babamdan çox nigaranam,Əlim yetişmir ki, halallıq alım,Nənisim, sağ qalın, salamat qalın.      (bacısı Turanı qucaqlayır)Nənisim deyərdi babam adına,O incə rəftarı düşür yadıma.Hərdən süvari ol məktub atına,Yaz göndər, a bacım, qadanı alım,Gedirəm, sağ qalın, salamat qalın.Müşkinaz Yaxşı yol, ay oğul, qoru özünü,Dinlə komandirin hər bir sözünü.Gəl bir də, Ərtoğrol, qucum boyunu.Turan Heyif görənmədim qardaş toyunu,Babamdan da xəbər yoxdu nə vaxtdır,Sənsiz günlərimiz zor olacaqdır. Müşkinaz Ya Rəbbim, sən qoru mənim balamı,Bizi bu dərdlərə, zülmə salanı Özün cəzalandır, özün hökm elə.Parçası, tikəsi gəlməsin ələ.ƏrtoğrolAnacan, ağlama, Turan sıxılır,Haqq olan nə varsa haqdan çıxılır.Ağac yıxılanda dibdən yıxılır.Mənə heç nə olmaz, babamı anın.Anacan, sağ qalın, salamat qalın.MüşkinazSəni tapşırıram Günəşə, Aya!Səni tapşırıram ulduza, oğlum!Nə deyim zamana, fani dünyaya,Deyikli olsaydın bir qıza, oğlum,Təskinlik tapardım, bəlkə də, bir az.TuranAy ana, nə demək, heç bilmək olmaz,Bəlkə sevdiyi var, özündən soruş…ƏrtoğrolSən də bir az danış, ay canı yanmış…Müşkinaz        (Turana)Ay qız, tez su gətir, adətdir bu da,Gedənin ardınca atarlar. SudaTəsəlli, ümid var, deyib babalar; –  Ardınca su atsan gedən qayıdar.Ərtoğrol gedir, Turan onun arxasınca su atır. Müşkinaz Turanı qucaqlayıb ağlayır.TuranAy ana, deyəsən sönür bu ocaq,Bir ildir babamdan məktub gəlməyir.MüşkinazQızım, elə demə, yenə yanacaq,Babam da sürgündən dönəcək geri.TuranYuxuda görürəm babamı ancaq,Babam ağ paltarda, qarlar ağappaq.Meşədir, ağaclar qardan geyib don,Qatara qoşulmuş bomboş bir vaqon.O meşə boyunca qatar şütüyür.Mənə elə gəlir babam üşüyür.Sonuncu qatarı uzaq keçmişin,Tək mənim babamdır orda sərnişin.Mən daha qorxuram, ana, ay ana,Getdi Ərtoğrol da, qaldıq kimsəsiz…MüşkinazAllaha təvəkkül, qurban boyuna,Bizə də bir qapı açar, şübhəsiz.Yaradan adildir, haqqın divanı,Yerinə qoyacaq cümlə-cahanı…   (İşıqlar sönür, şəkil dəyişir)XIV ŞƏKİLİşıqlar yananda uzaq Sibirdə Cavid əfəndini gö¬rürük. H.Cavid zəifləmiş, qoca və üzgün halda öskü¬rür. Məhbuslar hərəsi bir tərəfdə işlə məşğuldurlar.H.CavidDört yıldır ayrıyam xanimanımdan,Oğlumdan, qızımdan, Müşkinazımdan.Ötən günlər  düşür tez-tez  yadımaMüşkinaz  bəs  nədən  çatmır  dadıma? Hələ dörd yıl da var sürgün bitməyə,Qərarım qalmayıb sona yetməyə.Bəni arxasınca aparır xəyal,Bax burda vəhşət var, burda qalmaqal.Məhkumdur ürfanı, məhkumdur oğru,Doğrumu oğrudur, oğrumu doğru?Haqqı, ədaləti ayırd edən yoq,Əyriylə məsləkdaş olub gedən çoq.Burda həqiqəti axtarmaq çətin,Bura cəza yeri bəşəriyyətin.Bakıda xoşmudur havalar görən,Çoxdandır bir xəbər alammıram bən.Müşkinaz nə edir, qalır, sağmıdır?Görəsən bir məktub yazacaqmıdır?Tuquşum nasıldır, nənisim necə?Annəm də uyğuma gəlir hər gecə.Əl edib yanına çağırır bəni,Uzun illər oldu görüşməyəli.Yaşlandım, əziyyət çəkirəm burda,Axır həsrət qaldı gözlərim yurda.Ağrıya-acıya dözmür ürəyim.Ağrıyır, nə vaxtdır sancır kürəyim.İşlər də yarımçıq qalır beləcə,İşığın önünü kəsibdir gecə.Bu uzun gecənin bir sonu varmı?Böylə də haqsızlıq, Ya Rəbb, olarmı?Qaldı gözümüzdə arzu-kamımız,Söküldü, dağıldı ehtişamımız.Qaytar şərəfimi, şanımı qaytar,Təxtimi, adımı, sanımı qaytar!Bu tayda güllərim açıb solmamış,O tayda, sanki, heç Şeyxim olmamış…Bölündü məmləkət, dağıldı dövlət,Elə bil yox imiş bu böyük millət.Yetməzmi bu qədər əzab, iztirab?Bizi millət kimi yap, yenidən yap!                 Pəki sən nerdəsin, ey Ulu Qüvvət?Nə zaman doğacaq Günəş-həqiqət?!Azadlıq yasaqmı “Azadistana”?!Hürriyyət gəlməzmi Azərbaycana?!                 Kabusa bürünüb sanki kainat, Bənimi səsləyir o süslü həyat?Onsuz  da dünyadan görmədim əvəz,Fanidir, bir saman çöpünə dəyməz.Çırpınır ruzigar, əsir küləklər,Uzaqda bir nur var, bənimi bəklər?Yoxsa sınayırsan bəni, ay əcəl.Bən səni sevərim, bir az da tez gəl.Cavid çarpayıya yaxınlaşıb uzanır və gözlərini əbədi olaraq yumur. Məhbuslardan biri bu halı görüb onu silkələyir, lakin cavab gəlmir.MəhbusYa Rəbbim, hökmünə nə deyim sənin,Söndü al günəşi bizim ellərin.Elə bil dağ uçdu, qarlar ələndi,Yumdu gözlərini Cavid əfəndi.Ağlayın meşələr, bağlar ağlayın,Ağlayın, a qarlı dağlar, ağlayın.(Matəm musiqisi çalınır, işıqlar sönür).XV ŞƏKİLOn doqquz il sonra məhkəmə qurulmuşdur. Məh¬¬kəmə zalının divarlarına H.Cavidin, Ə.Cavadın,  M.Müş¬fiqin və di¬gər repressiya qurbanlarının şəkil¬lə¬ri vurul¬muşdur. M.C.Ba¬ğırov müttəhim kürsüsündə əyləş¬mişdir. Hakim ayağa qalxır. Hakim Bu gün məhkəmədir, bir hökmdarın Taleyi önündə sual dayanır.Enişi başlayıb ucalıqlarınHər pillə endikcə bir hal dayanır. Günahsız adamlar tutuldu burda. Alimlər, şairlər güllələndilər.Kökündən bağlıydı çoxu bu yurda,Hərəsi bir yerə səpələndilər.Bu gün məhkəmədir, xalq məhkəməsi.Bəlkə də qanunlar pozulacaqdır.Bu gün nə çıxarsa elin dilindən,Hökm də o cürə yazılacaqdır.Bu elin nə qədər sənətkarları,Ölümə tuş oldu, ya sürgün oldu.Ölüykən biz diri gördük onları,Diriykən ölülər tünbətün oldu.İndisə buyurun, kimin sözü var, Söyləsin burada açıq-aşikar. Yerdən səslərGərək sonu olsun bu hökmdarın.S.RəşidHaqsızlıq olubdu bizim dostlara,Şeirimiz nahaqdan alıbdır yara.Heç izi yox ikən əks-inqilabda,Cavid də, Müşfiq də, Əhməd Cavad da,Oduna yanıbdı bu namərd kəsin,          (Bağırovu göstərərək)Belə namərdlərin kökünü kəsin.Ş.NalanBöyük sənətkardır Cavid şübhəsiz,Vaxtında qədrini bilməsək də biz.Nə yaxşı yerini tapır sonunda,Haqqı qaytarılsın gərək onun da.Ə.Cavadın, H.Cavidin, M.Müşfiqin şəkillərini göstərirHəyatdan yarımçıq getdilər onlar,Onun günahından, odur günahkar.              (Bağırovu göstərir)Ən ağır cəzalar tətbiq edildi.Ayaqlar altında millət əzildi.Ş.RəşidGərək cavab versin bu gün hökmdar,Hansı məmləkətdə bu qədər qan var.Qanla suvarılıb bu böyük ölkə,Nə üçün? Əlində əsas var bəlkə?Qoy desin.Yerdən səsSöyləsin kimlərə ölümCəzası türmədə tətbiq olundu?Bu necə qaydadı, necə oyundu?Hənəfi, Sanılı, Həmid SultanovGülləyə hədəfmiş, bunlara bir ov.Qoy desin əlində vardısa əsas,Niyə güllələndi Müznib Əlabbas?!Beləmi olurmuş məhkəmə, divan?Ərtoğrol da öldü – cavan bir oğlan…Ş.NalanBelə nankorlara verməyin aman!Silinməz tarixin daş yaddaşından.Vurdular Müşfiqi, Əhməd Cavadı,İtdi qəbirləri, heç tapılmadı.Bəraət verilsin bunlara gərək.             (şəkilləri göstərir)Qoy yerin tərkinə batsın köstəbək .         (Bağırova işarə edir)                   Yerdən səsMeydanda asılsın dar ağacından,Burnundan tökülsün qan gilə-gilə.               Digər səsQorxuram əclafın murdar qanından,Daha bir əclaf da göyərə bilə.Yaxşısı budur ki, qoy güllələnsin,Nargin adasında çox qanlar töküb,O qanlar içində boğulsun, ölsün.Ş.RəşidAlimlər, şairlər güllələndilər,Qadınlar, uşaqlar cəzaya düşdü.Millətə bir cavab versin də görək,Nədən Pişəvəri qəzaya düşdü?Ordumuz Təbrizdə oturmuş ikən,Geriyə çəkldi qoy desin nədən?!Yerdən səs“İdrakı sönük başçıların qəfləti ancaq,Etmiş, edəcək milləti  əllərdə oyuncaq”.                Yerdən səsSumbatov, Qriqoryan qoy versin cavab,Onların əliylə əzab, iztirab,Görməyən qalmadı bu məmləkətdə.Çəkildi xeyir də, bin-bərəkət də.Murdar əl uzandı el süfrəsinə.HakimSumbatov, cavab ver, komissar kimi,Üç paralıq etdin hüquq elmini.Heç nəyin üstündə adamları siz,Üçlüyün hökmüylə güllələdiniz.SumbatovBizə göstərişi verib hökmdar.   (Bağırovu göstərir)Hər işin altında öz imzası var.Alimlə, şairlə işləyən odur,Deyirdi yolumuz Lenin yoludur.Deyirdi Stalin verib göstərişQaranlıq, şübhəli qalmasın bir iş.Rəhbərin imzası olmadan heç kəs,Bizim əlimizlə tutula bilməz.QriqoryanMöhtərəm hakimə ərz eləyim mən,Razıyam nazirin dediklərindən.Rəhbərin yazılı hökmü olmadan,Hələ tutulmayıb burda bir adam.Bağırov           (hakimə)Bura məhkəmədir, oyun sanmayın,Onların sözünə siz inanmayın.Aldandım, onlara etibar etdim,Onların əliylə güdaza getdim.Xalqımı sevərkən bir düşmən oldum,Bu yurdu qoruyan yenə mən oldum.Bunlara inandım, bu cür nankorlar       (Sumbatov, Qriqoryanı göstərir)Məni də yolumdan tez azdırdılar.Günahım böyükdür, suçum böyükdür,Suçlarım adıma əbədi yükdür.Ancaq günahımı yumaqçün fəqət,Əlimə düşübdü yaxşı bir fürsət.Bu sənin payındır, bu sənin, dığa, (Sumbatovu, Qriqoryanı göstərir)Bu da mənə yetər, varam sonluğa. (Xəyalı uzaqlara gedir, tapançasını çıxarıb Sumbatovu, Qriqoryanı və özünü vurur, işıqlar bir anlığa sönür.İşıqlar yananda əsgərlər Bağırov, Sumbatov və Qriqoryanın qollarını qandallayırlar. Bağırov son sözünü deyir.)        Bilirəm,cəzamı əxz etmişəm mən,         Xəcalət çəkirəm əməllərimdən.                Məni şaqqalamaq, bölmək də azdır,Mən bir kor abdalam, əqlim dayazdır.Dünyanın dəyəri olsaydı əgər,Bizlərdən bu xalqa olmazdı rəhbər.          (Sumbatovu göstərir)                     HakimMəhkəmə hökm etdi:Belədir qərar;Məhkum Bağırovun çox günahı var.Ona tətbiq olur ən ağır cəza,Bu ölüm hökmüdür,konkret,qısa.Sumbatov, Qriqoryan  həbs olunsunlar,Ən ağır rejimdə otursun onlar.Müstəntiq ölübdü nəzərə alın.Suçsuz məhkumların qeydinə qalın.Bəraət verilsin Hüseyn Cavidə,Mikayıl Müşfiqə, Əhməd Cavada…                 Qeybdən səs             “Zülm evi bərbad olar, gər Kəbətullah olsa da,               Qan içən şəxsin içərlər qanın, Allah olsa da”.*         XVI  ŞƏKİL İşıq yenidən səhnənin sol küngünə yönəlir. Azərbaycan xalqının umummilli rəhbəri Heydər Əliyev xəyaldan ayrılır. Heydər Əliyev:            O dahi əfəndi, o böyük ustad,              Çoxdandır mən onu eylədikcə yad,            Qəlbimdə doğulan bir istəyim var,            Yurduna qayıtsın gərək sənətkar.            Bu torpaq oğlunu alsın qoynuna,            Torpaq beşiyimiz, torpaqdır ana.   Tikilsin üstündə böyük məqbərə,  Qoy dostlar sevinsin, düşmənlər yerə  Girsinlər.   Onunku  yoxdu günahı.  Mən bu gün çağırıb uca Allahı!  Cavidin haqqında verdim sərəncam,  Haqq öz yerin tapsın, çəkilsin əncam.  Gözləri  qalmasın Vətənə həsrət,  Şairin.  Qoy zəfər çalsın ədalət!  Böyük sənətkara salam, ehtiram  Yolunu gözləyir Can Azərbaycan!İşıq sönür, səhnə dəyişir. Səhnədə Cavidin cəsədinin çiyinlərdə son mənzilə gətirildiyi an kino lentinin yaddaşından ekrana verilir. Ardınca səhnənin sağ küncündə Hüseyn Cavidin Naxçıvan şəhərindəki türbəsi sanki yerin tərkindən çıxan kimi tədricən ucalır. Türbənin giriş qapısı tamaşaçılara tərəf açılır. Səhnənin sol küncündən portretlər asılmışdır. Ərtoğrol, Turan, Müşkinaz, M.Müşfiq, Ə.Cavad, Ş.Nalan, M.C.Bağırov, Heydər Əliyev (H. Əliyevin portreti daha iri həcmdə verilmişdir),  portretlərdən baxırlar. H.Cavid başında papaq, əlində əsa, gözündə eynəyi səhnədə görünür, portretlərin önündən tək-tək keçir.  Cavid   (Ərtoğrola)Tuquşum.      (Turana)Annəm… (Müşkinaza)Ey sərvi-nazım…         (Müşfiqə)Yavrum, quzum, özlədim səni….         (Ə.Cavada)Arxayın ol, arkadaşım.Çırpınıyor Kara dənizBaqıb türkün bayrağına.        (Ş.Nalana)O ötən dövrü-cəfadan bana bəhs etmə, saqın!Bildik artıq bu cihan mülkü nə viranə imiş!..          (M.C.Bağırova) “İblis nədir?-Cümlə xəyanətlərə bais,Ya hər kəsə düşmən olan insan nədir?-İblis!”                          Qeybdən səsŞahiddi yerlər, şahiddi göylər,O bir qəflətdə ikən süqut eylər.Heydər Əliyevin portretindən başqa bütün portretlər qaldırılır. H.Cavid  H.Əliyevin portretinin yanında dayanır. H.Cavid     (H.Əliyevin portretinə deyir)Mərhəba, mərhəba, hakimi-xilqət,Mərdlər yaşıyor durduqca millət.Aləmə yayılmış şərəfin, şanın.Qəhrəman oğlusan Azərbaycanın!      Qeybdən səsHər kim ki yaradar yaşayar o da,Yaxşılar iz qoydu qaldı dünyada.Adəmdən Hatəmə bəni-insanın,Hərəsi bir cürə sürər dövranın.Hər kim ki xəlqiylə oturub-durar,Ən uca zirvədə olar bərqərar.    (H.Cavid türbənin yanına qayıdır)İşıqlar  sönür.    *Əsərdə H. Cavid, Ə. Cavad, M. Müşfiq, D.Axundzadə və Ə.Müznibiın şeirlərindən istifadə edilmişdir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler