Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Mixail Saakaşvili Tbiliside olduğu kimi Odessada da reqiblerine meğlub olur…”

07 Kasım 2016

8:28 pm


08/11/2016 [00:26]: xeber –
“Mafiya ölməzdir” – indi Ukraynada baş verənlər “Xaç atası” filminin ssenarisi üzrə inkişaf edir və xalqların tale oxşarlığını növbəti dəfə sübuta yetirir. İtalyanlar ukraynalılardan qədimliklərinə görə fərqlənə və Roma imperiyasının hökmranlıq tarixinə  görə öyünə bilərlər, lakin Koza Nostra nümunəsini də gərək unutmasınlar. Düzdür, uğursuzluğa məhkumluğu öncədən bəlli olan çevrilişlər heç bir xalqı üsyan hüququndan məhrum etmir, ancaq hər növbəti faciə və müharibə xalqı sümürmək istəyən yeni saxtakarların böyük bir dəstəsini önə çıxarır. Üç il əvvəl Kiyevdə antiyanukoviç barrikadasına qoşulub düşmənə atəş açanlar indi qızılgül inqilabının liderinin yeni mübarizəsindən özlərini qorumaq məcburiyyətində qalıblar. Əcəba, belə dünyəvi missiya qarşısında Saakaşvilinin uğur qazanması mümkündürmü? Axı onu dözümünün son həddinə gətirənlərin hamısı Avropanın ən yaxın müttəfiqləridir. Belə şəraitdə “pələng dərisi geymiş cəngavər” Vaşinqtonun özü iləmi vuruşacaq? Hə, siyasətin məntiqi hər zaman çox amansızdır. Lenini çarizmi boğmaq üçün I dünya müharibəsindəki məğlubiyyətlərdən faydalanmaqda ittiham edənlər, yüz illərdi ki səngərlə siyasi hakimiyyət arasında böyük bir tunel salıblar. Krım və Donbasın itirilməsindən sonra milli hakimiyyət quruculuğunu yalnız bir ünvana qarşı düşmənçiliklə quran Maydan liderləri hər gün qurban verdikləri silahdaşlarının müqabilində cəbhə xəttindən daha çox paytaxtda mövqe itkilərinə məruz qalırlar. Son on üç ilin demokratiya savaşlarının baş qəhrəmanı Mixail Saakaşvili bütün entuziazmına və qurucu dağıdıcılığının yenilməz gücünə rəğmən Tbilisidə olduğu kimi Odessada da rəqiblərinə məğlub olur və korrupsiyanın, talançılığın qalib gəldiyini elan edir. Əcəba, söhbət bir adamın, hətta çoxlarına sadəlövh, macəraçı kimi görünən bir rəhbərin əyalətdəki uğursuluğundan getmir axı. Məgər, sovetlərin son xarici siyasət mogikanı və Berlin divarlarının çöküşünə qərar verənlərdən biri olan Şevardnazdeni taxt-tacından yıxmağı bacarıb, onun 30 il hökranlıq etdiyi ölkədə fərqli idarəçilik quran bir adam qubernatorluqdan gedəndə, bütün sovet diktatorları sevinmirmi? Müxtəlif üsul-idərələr üzərində baş sındıran keçmiş kommunistlərə Gürcüstan nümunəsini təqdim edənlər deməzlərmi Kiyev xanədanlığı qurucu Davidi niyə qəbul etmədi? Yoxsa, Qafqaz temparamenti slavyanlarda işə yaramır?Saakaşvilinin səbrini daşıran son damla – məmurların gəlirlərinin deklarasiyası gerçəkdənmi onun istefasının əsil səbəbini təşkil edir?Hər halda onun dekorasiya fonu kimi dayandığı açıq liman gömrük xidməti binasının təmirsiz DİVARLARINI təsadüfi seçmədiyinə hər kəs əmindir. Oliqraxiyanı məhz həmin tabloda göstərmək yaxşı siyasi mənzərədir – gedişdir. O, sosial psixologiya ilə oynamağı yaxşı bacarır – baxın, əziz odessalılar, görün sizə onlarla uğurlu layihəni bəxş etdiyimiz halda Kiyev – bandit hökuməti haqqınızı yeyib, müsabiqədən keçib gələn gənclərin əvəzinə Odessanın meri Gennadi Truxanov və digər klanın rəhbəri Anatoli Urbanski kimi adamlardan yapışıb bölgəni irəli getməyə qoymurlar. Bəli, Batumini Qafqaz regionu üçün yaxşı işləyən limana çevirməkdən ötəri Tbilisdən başlamaq lazım gəlmişdisə, burada vəziyyət kökündən fərqlidir.  Korrupsiya piramıdasını hansı üzünə çevirsən də gərək onu başdan dağıdasan.Yeni inqilaba isə elə həmin oliqarxların pulunu alaraq, getmək mümkündür.Poroşenko hakimiyyətinin deklarasiya islahatı xalqa xidmət əvəzinə özünüifşa mərasiminə çevrildi. Cinayət təqibindən qaçmaqdan daha çox məmurların şəffaf qazanmasını hədəf edən hesabatlara başçılıq edən prezident 100-lərlə kiçik müəssisələri ,“Roşen” brendini və banklardakı 27 milyon dollar pulu dövlət vəzifəsinə gəlməmiş əldə etdiyini bəyan edəndə, “Aydar” silahlı qrupunun komandanı 37.8 milyard dollarlıq varidata sahibliyini göstərəndə, sonra isə bunu zarafata salanda, Çin qılıncından Nikolay dövrünün qızıl sikkələrinə qədər antikvar-əntik əşyalara dair çeklər təqdim edəndə millət gördü ki, cibini onların qarşısında çevirənlər qanunun qorxusundan daha çox gələcək varlanmalarını nəzərdə tutub təftiş idarəsinə saxta qəbzlər təqdim edirlər. Yox, heç kəs “ləyaqət inilabı”nın simvolu kimi özünü gözə soxanların bolşevik keçmişinə nəzərən kasıb çuxası ilə milləti yönləndirməsini gözləmirdi, lakin Yanukoviçin siyasi qətli üzərindən iqtidara gələnlərin cəmi 3 il içərisində çöküşü təkcə seçki qarşısında olan amerikalıları deyil, bütün postsovet məkanına daxil olan ölkələri də dərindən düşünməyə vadar edir. İndi Ukraynada yetişən növbəti xaos nağıllarımızın baş sualını yenidən dövriyyəyə qaytarır: it hürən, yoxsa işıq gələn tərəfə getməli?Mixail Saakaşvilinin 2 il danışıqlardan sonra Vaşinqtonun tələbi ilə Kiyev mərkəzi hakimiyyətində deyil, əyalətdə vəzifəyə gətirilməsi o vaxtlar heç kəsin ağlına gəlməyən bir reallığı ortaya çıxardı. Adətən, dövlətin canlı orqanizminə verilən siqnallar bioloji qanunlara uyğun BAŞdan gəlmək əvəzinə, burada bədənin orta nahiyyəsindən ötürülürdü. Saakaşvili Odessada mini-Gürcüstan yaratdıqca paytaxtda düşmənləri artır, hər vəchlə onun nailiyyətlərini əlindən almaq istəyənləri vilayətin mayak rolunu beşikdəcə boğmağa vadar edirdi. Əlbəttə, kimsə deyə bilər ki, Maydanın qara tüstüsü altında hakimiyyətə doluşmuş silahlı,varlı və faşist təmayüllü qüvvələr gürcü liderini yad cisim kimi boğmağa çalışmaqla həm də onu əzəli düşmən sayan Rusiyaya kömək etmiş olurdular,amma əsil millət sevdalısı olaraq məhəlli savaşları bir kənara qoymaq tarixdə çox az qüvvəyə müyəssər olur. İndi Amerika Klintonun qarşısında indiyədək görünməmiş dərəcədə fərqli bir kampaniya aparan, dünyaya güc göstərən bir dövlətin daxili zəifliklərini və seçkilər üzərindəki qara pərdələri yırtan Trampla hələ üzülüşməmiş Saakaşvili də Ukrayna elitasını arzuolunmaz elan edərək onlara qarşı müharibəyə qalxır.Bir az absurd teatrına çevrilir, elə deyilmi? Saakaşvili 8 noyabrı – Ağ Evin gələcək sahibini gözləyə bilməzdimi? Gəmidə oturub, şturmanla dava aparmağın çox pis aqibətlə qurtardığını hamı yaxşı bilir axı. Yoxsa, yeni hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Vaşinqton öz laboratoriyasında yetişdirdiyi liderlərin bütün gələcək taleyinə cavabdehliyi əbədi olaraq öz üzərinə götürüb və Trampın “hər hansı ölkədə prezidentləri devirməyəcəkləri”ni söyləməsi yalnız seçki ritorikasıdır və “Birləşmiş Ştatları birinci şəxs deyil, sistem idarə edir”, deyənlər həmişə haqladılar.Bir yandan da Vahid Milli Hərəkat partiyası parlament seçkilərində məğlubiyyətə uğrayır və Saakaşvilinin həyat yoldaşının liderliyi altında Tbilisiyə təntənəli qayıdışı planı baş tutmur. Görünür, gürcülər, Stalindən sonra hələ də demokrat lideri onun bütün ilahi keyfiyyətlərinə və xalqa bəxş etdiyi ədalətli dəyərlərə görə bağışlamaq fikrində deyillər. Saakaşvilinin dünyada olan cazibədarlığının onda biri dogma ölkəsində olsaydı, onu ləyaqətlə xidmət etdiyi millətin qarşısında o qədər alçalda və vətəndaşlıqdan məhrum edə bilməzdilər. Sovetlərin kökünü qazıb çıxaran və banditizmin tüğyan etdiyi kiçik Qafqaz adasında qanunların diktaturasını quran adamı cəzalandırdığı on minlərlə məmur-biznes şəbəkəsi heç vaxt sevə bilməzdi.İndi “Ukraynanı kriminal rejim idarə edir” deyən şəxslərin harada – Solovevin linç məhkəməsində, yoxsa Odessa gömrüyündə oturduğunun heç bir fərqi yoxdur. Prezident bir dəfə Saakaşvilinin xidmətindən yararlanıb baş nazir Yatsenyuku qurban verəndə yaxşı bilirdi ki, kütlə onu aşağıdan gələn dalğa ilə yeni edamlara sürükləyəcək. Əks halda kralın özü devrilməlidir. Çünki talançı-oğru məmurlar çox mütəhhərikdilər, yeni qüvvələrin qanadları altına sığınaraq – himayəçilərini dəyişərək xalqı talamaqda davam edirlər. Əgər gerçəkdən də Poroşenko ilə Yanukoviçin bir fərqi yoxdursa, onda on mindən artıq insanı müharibədə itirməyə hansı müqəddəs məqsədə yazmaq olar, ölkədə hökm sürən kriminogen duruma və vətəndaşların gəlirlərinin müstəqllik qazandığı 91-ci ilə qayıtmasını necə izah etmək mümkündür? Axı ölkəni iki yerə bölüb, qan qardaşı rusa müharibə elan etməyə dəyərdimi?Saakaşvilinin yeni mübarizəsi Moskvanın Ukraynada qələbəsinə daha çox bənzəyir. Kim bilir, Rusiya qanlı düşmən saydığı Saakaşviliyə Maydanın balalarını qanlı savaşda boğmağa yardım edəcəkmi? Lakin bir mənzərə tam aydınlığı ilə ortadadır: inqilabın çarxı yeni qurbanlar tələb edir və Saakaşvili əvvəlki populayrlığını Ukraynada itirsə də xalqın narazılığını təşkilatlandırmağı bacaran qüvvə Poroşenko hakimiyyətini devirəcəkdir. Hətta onu burada da vətəndaşlıqdan məhrum etsələr, Moldovada özünə yeni vətən tapacaq. Axı inqilab maşını dayana bilməz.  Bir vaxtlar feldmarşal Kutuzov Barklay de Tollinin əvəzinə rus ordusuna baş komandan təyin olunmasını xalqa obrazlı şəkildə belə izah etmişdi: “Əgər mən Britaniya kraliçasına xidmət etsəydim, onda ingilislər Parisin alınmasını mənə rahalıqla etibar edə bilərdilər. Lakin Londonu vermək istəsələr, onların Vellinqtonu var”.Yaxın tarixin gürcü-osetin münaqişəsinin necə tənzimləndiyini xatirində saxlayanalar indi Ukraynanın gündəliyinə ondan daha böyük ərazi problemlərini daşıyıb Saakaşvilinin xidmətindən yararlanamq istədilər. Lakin ona nə dövlət qurucusu, nə də hərbi sərkərdə olmağa imkan verdilər.Qızılgülü 2003-cü ildə hakimiyyət gülünə çevirən lideri Ukrayna böyük bir çələnglə dəfn etdi.  Onu Ukraynanın Kutuzovuna çevrilməyə və “mən ukraynalıyam” şüarı ilə hayqıraraq qədim romalı legionerlər kimi döyüşməyə qoymadılar.Doğrudur, inqilab təkcə öz balalarını deyil, ögeylərin varislərini də yedi. Kiyev Rus dövləti qalib gəldi!(musavat.com)Zahid Oruc, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler