Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mitinqde tutulan fealların cezası melum oldu

19 Eylül 2016

3:52 pm


19/09/2016 [19:49]: xeber –
Milli Şuranın sentyabrın 17-də keçirdiyi mitinqdən sonra ictimai asayişi pozmaqda ittiham edilərək saxlanılan şəxslərə inzibati həbs cəzası verilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər – Toğrul İbrahim, Kazım İmanov, Elton Əli, Ruslan Qara, Nuru Nuruzadə, Məcnun Pirəliyev, Ülfət Həsənqarayev, Orxan Carçı, Araz Səməd, Məmməd Baləməmmədov, Şəmistan Şahverdiyev və Dəyanət Əliyev 8 sutka inzibati həbs cəzası alıblar.Nurlan Sarıyev isə 200 manat cərimə olunub.Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında bildirilir ki, mitinqdən sonra bəzi iştirakçılar asayişi pozmağa cəhd edib, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hüquqa zidd hərəkətlərə yol veriblər. Görülmüş tədbirlərlə qanunsuz əməllərin qarşısı alınıb və bu zaman bir neçə nəfər saxlanılıb. Saxlanılanlardan bəziləri isə elə həmin gün sərbəst buraxılıb.(apa)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler