Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Misirin de ermeni yalanlarına uyması acı tessüf doğurur”

27 Temmuz 2016

5:28 am


27/07/2016 [09:26]: xeber –
sayt xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Misir parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etməyə hazırlaşdığı bədnam qanun layihəsinə etirazını bildirib və hamını bu istiqamətdə ciddi iş görməyə səsləyib:”Qondarma, sözdə erməni soyqırıımı iddialarının tanınması ilə bağlı qanun layihəsinin Misir Parlamentinin müzakirəsinə çıxarılması ilə bağlı məlumat hamımızı ciddi narahat etməlidir. Millət vəkili Mustafa Bekri tərəfindən parlamentə təqdim edilən qanun layihəsinə 337 millət vəkili imza atıb. Sənədə imza atan millət vəkillərindən birinin açıqlaması isə ciddi təəssüf doğurur. Bu Türkiyə hakimiyyətinin Misirlə bağlı siyasətinə cavab olacaq deyib Faiza Barakatyat adlı millət vəkili mətbuat qurumlarına.Bu sənədi dəstəkləyərək parlamentdə səsverməyə çıxaranlar deyəsən bu qərarla sadəcə Türkiyəyə deyil, Azərbaycana da zərər vura biləcəklərinin fərqində deyillər. Erməni yalanları ilə bağlı qəbul edəcəkləri qərarla dünyanın hər yerində yaşayan Türk kökənli insanları Misirdən nə qədər incik sala biləcəklərinin də fərqində deyillər. Hesab edirəm ki, Türkiyə və Azərbaycan olaraq diplomatik kanallar, parlamentlərimizdəki dostluq qrupları vasitəsi ilə Misir parlamentində bu məsələ ilə bağlı keçiriləcək səsverməyə etirazımızı bildirməklə, rəsmi olaraq göndərməklə yanaşı Misirdə yaşayan Türk kökənli insanlarımız də bunun qarşısının alınmasına fəal olmalıdırlar. Gənclərimiz, özəlliklə ərəb və ingilis dilini bilən gənclərimiz də sosial media, şəbəkələr üzərindən Misir millət vəkillərinə müraciətlər göndərərək bunun dost ölkələrimiz arasında münasibətlərə böyük zərbə vuracağını söyləməli, onlardan bütün dünyanın gözü qarşısında Ermənistanın Xocalıda törədiyi soyqırımla bağlı qərar gözlədiyimizi yazmalıdırlar. Bununla bağlı məlumat, foto və faktları göndərməlidirlər. Mən artıq bəzi Misir millət vəkili dostlara bununla bağlı yazaraq bu məsələyə etiraz səslərini ucaltmalarını xahiş etdim və belə bir qərarın nə qədər zərərli olduğu barədə fikirlərimi çatdırmaqla bərabər Misirin erməni yalanları ilə bağlı deyil, Xocalı soyqırımı barədə qərar qəbul etməli olduğunu bir daha diqqqətə çatdırdım. Misirin də erməni yalanları ilə bağlı qərar qəbul edən ölkələr sırasına qatılmaq niyyəti acı təssüf doğurur və bunun qarşısını almaq üçün hamımız fəal olmalıyıq”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler