Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Misir Merdanov Fetullahçı adlandırıla biler – VİDEO

05 Ağustos 2016

8:00 pm


05/08/2016 [23:58]: xeber –
Türkiyədə yaşanan 15 iyul olaylarından sonra rəsmi Ankaranın istəyi ilə Azərbaycanda da Fətullah Gülənə yaxın təhsil müəssisəsi olan Qafqaz Universitetinin fəaliyyətinə birdəfəlik xitam verildi. Halbuku adıçəkilən təhsil ocağı Azərbaycanın ən nüfuzlu universiteti hesab olunurdu. Bu azmış kimi həmin universitetin xoş sorağı dünyanın dörd bir yanına yayılmışdı və beynəlxalq miqyasda da böyük nüfuz qazanmışdı.sayt keçmiş təhsil naziri Misir Mərdanovun Qafqaz Universiteti ilə bağlı vaxtilə səsləndirdiyi bir fikri oxuculara təqdim edir. Həmin çıxışda M. Mərdanov Qafqaz Universitetini Azərbaycan xalqının sərvəti hesab etdiyini bildirir. Üstündən bir neçə il keçəndən sonra keçmiş nazirin bu tarixi çıxışına baxmaq heç şübhəsiz, xeyli maraq doğuracaq. Kimin ağlına gələrdi ki, Misir müəllimin təbirincə desək, “Azərbaycan xalqının sərvəti” nə zamansa belə bir acınacaqlı aqibətlə üzləşəcək. Bu azmış kimi hər yerdə, hətta Azərbaycanda da FETÖ-çü axtaran rəsmi Ankara sabah Misir Mərdanovu da Fətullahçı kimi qələmə versə təəccüblənməmək lazım. Çünki bu cür ürəkdən deyilən səmimi sözlər arqument qıtlığı şəraitində gerçəkdən də şübhələnmək üçün yetərli sayıla bilər…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler