Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mirmahmud Mirelioğlu jurnalistleri tebrik etdi

22 Temmuz 2016

5:56 pm


22/07/2016 [21:53]: xeber –
Klassik Xalq Cəbhəsi
Partiyasının sədri Mirmahmud Mirəlioğlunun Milli Mətbuat Günü münasibəti ilə media
təmsilçilərini təbrik edib. sayt-a daxil olan təbrik müraciətində
deyilir:

“Dəyərli Media mənsubları!
Hörmətli Xanımlar və Bəylər! Sizi, Milli Mətbuat Günü münasibəti ilə səmimi qəlbdən
təbrik edirəm. Qələminizin – Millətimizə, Dövlətimizə, İnsanlığa, Haqqa – Ədalətə
xidmət etməsini arzulayıram! Həsən bəy Zərdabinin əsasını qoyduğu , Azərbaycan
Milli Mətbuatı uzun və şərəfli bir yol keçib. Azərbaycan Mətbuatı ilk illərdən
– Milli şüurun formalaşmasında öz damğasını vurmuşdur. Türk millli şüurunun
formalaşması və dünyaya çatdırılması ideoloqlarımızın və mətbuatımızın xidmətidir.
Bu uzun illər Azərbaycan mediası üçün heç də, asan olmayıb. Azərbaycan mətbuatı
fövqaladə vəziyyət rejimində də nəşr olunub, amansız represiyalar da görüb. Azərbaycan
jurnalistlərinin böyük qismi azad mətbuatın bərqərar olması yolunda fəaliyyət
göstərib. Lakin indiki siyasi şərtlər altında bu azadlığa nail olmaq daha çətindir.
Sizə – Azərbaycan mediasına gerçək azadlığa qovuşmağı arzulayıram! Azərbaycan mətbuatının
heç bir siyasi qüvvənin diktəsini öz üzərində hiss etməyəcəyi gün çox
yaxındadır. Demokratik dünyada dördüncü hakimiyyət sayılan media, Azərbaycanda
da layiq olduğu yerə mütləq sahib olacaq. Bu yolda hər birinizə uğurlar arzu
edirəm. Bir daha bayramınız mübarək, əziz media mənsubları!”

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler