Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mirmahmud Mirelioğlu Azerbaycan xalqını tebrik etdi

15 Temmuz 2016

3:36 pm


15/07/2016 [19:33]: xeber –
Azərbaycan
Xalq Cəbhəsinin yaranmasının 27-ci ildönümü münasibəti ilə KXCP sədri Mirmahmud
Mirəlioğlu Azərbaycan xalqına təbrik ünvanlayıb. sayt daxil olan təbrik
məktubunda deyilir:

“Hörmətli
həmvətənlər ! Xanımlar və bəylər! Azərbaycan Xalqının müstəqillik
arzusunun təcəssümü – AXC-nin yaranmasınin 27-ci ildönümü münasibəti ilə hər
birinizi təbrik edirəm! Milli Azadlıq Hərəkatının nəticəsi olaraq yaranan Azərbaycan
Xalq Cəbhəsi – Millətini, Dövlətini və Bayrağını sevənlərin ilk ümummilli təşkilatı
olmuşdur. Hər birimizin qürur mənbəyi olan AXC- Azərbaycanın azadlığı,
bütövlüyü, mənəviyyatı uğrunda mübarizədə ilk və yeganə siyasi təşkilat idi.

Əbülfəz
Elçibəyin liderliyi ilə – millətin əsrlərlə arzuladığı rus – faşist işğalına
son verilməsində müstəsna xidməti olan və hamını bir bayraq altında birləşdirən,
Azərbaycanı dünyaya tanıdan Milli Azadlıq Hərəkatının bu ilk təşkilatının
yolunda bu gün də yürüyən hər kəsi və xüsusilə AXC qurucularının yaşayan üzvlərinin
hər birisini yüksək hörmət, ehtiramla yad edir və təbrik edirəm! Bu
yolda on minlərlə şəhid verən xalqımız, nəhayətdə müstəqilliyini bərpa
etmişdir. şəhidlik zirvəsinə yüksəlmiş və dünyasını dəyişmiş bütün insanlara
Allahdan rəhmət diləyirəm . Şəhidlərimizin ruhları şad olsun!

Amin!

Son 30
ilin aparııcı və birləşdirici təşkilatı olan AXC-nin yarananmasının 27-ci
ildönümü münasibəti ilə bir daha Azərbaycan xalqını, Milli Azadlıq fədailərini
və hərəkatçıları, təbrik edirəm!

Bütöv
Azərbaycan – Millətləşmə, Dövlətləşmə, Bütövləşmə uğrunda mübarizə aparanların
birliyi, vəhdəti var olsun.

ALLAH
– bu yolda Azərbaycan xalqına yar və yardımçı olsun! AMİN”! 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler