Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mircefer Bağırovun Zaqatala seferinin gizlinleri…

26 Ağustos 2016

3:00 pm


26/08/2016 [18:59]: xeber –
“Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah öz istədiyi və razı olduğu kimsəyə (həkimə, övliyaya və s.) izn verdikdən sonra şəfa verə bilər”.  Qurani-Kərim.Ayədən göründüyü kimi, Allahın razı olduğu şəxs Onun şəfasını bəndəyə catdıra bilər. Belə şəxslərdən biri də məhşur sufi  Şeyxi Yusif Əfəndidir. O, Ərəş mahalının Ərəbbəsrə kəndində doğulub. Müqəddəs məzarı da bu kənddədir. Şeyxin başdaşının kitabəsində ərəbcə aşağıdakı sözlər həkk olunmuşdur: “Bu məqbərə məhşur şeyx, böyük və ləyaqətli mürşid, müqəddəs övliyaların görkəmlisi (qütbü), əzmətli seyyidlərin başcısı, mövlana, iki müqəddəs ziyarətgahda olmuş əl-Hac, insanların və cinlərin başcısı əl-Hac Yusif Əfəndi İbn mərhum Məhəmməd İbn Molla Yusif  əl-Bəsrənindir. Rəcəb ayı 1324 (21.08-20.09. 1906) ildə dünyadan köçmüşdür.” Kitabədən onun böyük ruhani alim, mürşid  olduğu və babasının adını daşıdığı  məlum olur.  Molla sözündən görünür ki, onun babası da alim olmuşdur. Bundan  başqa Mövlana Yusifin mənşəcə İraqın Bəsrə  şəhərindən olduğu aydınlaşır.Azərbaycan Milli Elimlər Akademiyasının əməkdaşı, professor Məşədi xanım Nemətova Şeyx Yusif Əfəndinin oğlu Bahəddin Yusifova istinadən  yazırdı ki, Yusif Əfəndi Oğuz rayonunun Tüntül kəndində dəfn olunmuş ruhani alim Hacı Şeyx Yusif padar Hacı Əli  Babanın müridi (tələbəsi), o da öz növbəsində dərviş Evliya Nəbinin (Qəbələ rayonunun Novul Qışlaq kəndində dəfn olunub.) müridi, o da Mövlana Şeyx Hacı İsmayıl Kürdəmirlinin (1782-1848) müridi  olmuşdur (Şeyx Hacı İsmayıl Kürdəmirlinin həyat və fəaliyyəti haqda ötən yazılarımızda məlumat vermişdik). Şeyx Yusif Əfəndinin başdaşındakı ləqəb¬lərdən aydın olur ki, o, sufilik ideyalarını təbliğ edən nəqişbəndiyyə təriqətinə mənsub bir Şeyx olmuşdur. O, həm də kəramət sahibi kimi bölgədə nüfuz qazanmışdı. Onun övliyalığını təsdiq edən bir şox əhvalatlar bu günümüzə gəlib çatmışdır. Bu əhvalatların birində  deyilir ki, Zaqatalanın İtitala kəndində yer sürüşməsi baş verirmiş və sürüşmə dayanmadığından, camaatın əkin sahələri hissə-hissə  zay olurmuş. Ağsaqqallar Ərəbbəsrəyə – Şeyx Yusif  Əfəndinin yanına  gəlib, onlarla birlikdə kəndə getməyi və sürüşmənin dayanması üçün  dua etməyi xahiş edirlər. Şeyx  faytona minib, onlarla bərabər yola düşür. Bu vaxt Tasmalı kəndinin camaatı eşidirlər ki, Yusif Əfəndi bu yoldan keçəcək; yolun qırağında dayanıb, onu gözləyirlər. Bu gözləmənin səbəbi o idi ki, onların taxıl sahə¬sinə siçanlar darışmışdı və camaatın əkinlərini məhv edirdilər. Nəhayət, Yusif Əfəndi gəlib çatanda tasmalılar salam-kəlamdan sonra dərdlərini övliyaya danışdılar. Şeyx onlardan bir çanaq buğda istədi. Buğda hazır olanda dua oxuyub, onu qarışdırdı. Tapşırdı ki, buğdanı əkin sahələrinizə səpin. Ondan sonra ziyanvericilər bir daha orada görünmədilər. Beləliklə, övliya yoluna davam etdi. O, İtita¬lanın torpaqlarını gəzdikdən sonra, ağsaq¬qallara tapşırır ki, camaatdan pul toplayıb, bir qara cöngə alsınlar və onu bu torpaqlarda gəzdirib, sonra qurban kəssinlər. Özü də gəzdikcə, əsasını yerə sürtüb,  dualar oxuyurmuş. Deyilənə görə camaat onun tapşırdığına əməl edib, dediyi qurbanı kəsəndən sonra, həmin kənddə sürüşmə dayanır. Şeyxin Zaqatalaya səfəri bir neçə gün çəkir və bu müd¬dətdə bölgənin bütün kəndlərindən ağsaq¬qallar dəstə-dəstə  onun ziyarətinə gəlir və  öz kəndlərinə qonaq dəvət edirlər. Hamısı da istəyirdi ki, övliya məhz onun qonağı olsun. Belə  məclislərdən bir də Çobankol kəndində, Lələyovlar məhəlləsində qurulur. Burada Varxiyan, Əliabad, Tasmalı, Muxas kəndlərinin də ağsaqqalları iştirak edirdilər. Peyğəmbərin şəninə mövlud oxuyub, ehsan verilir. Məclis açıq havada, təbiətin qoy¬nunda qurulmuşdu.  Bahar fəsli olduğundan çöl-çəmən al-əlvan çiçəklərlə bəzənmişdi. Şeyx Yusif Əfəndi təbiət vurğunu olduğundan, bu gözəlliyə baxmaqdan doya bilmirdi. Təbiətin gözəlliyi ilə yanaşı, insanların saflığı, mehribanlığı onu valeh etmişdi.  Beynində belə bir fikir yarandı ki, bu cür gözəl təbiətdən və  gözəl  insanlardan ayrılıb getməsin; elə burada da yurd-yuva qurub, yaşasın. Bu fikirlə də palıd ağacının dibində uzandığı yerdə onu yuxu apardı. Bu vaxt qəribə bir yuxu gördü: doğulub boya-başa çatdığı Ərəbbəsrə torpağı: “Məni bəyənmədin?” – deyib, ondan incidiyini bildirir. Bu yuxunun təsirindən Şeyx Yusif Əfəndi Zaqatalada qalmaq fikirindən  daşınır və Ərəbbəsrəyə qayıdır.Şeyx Yusif Əfəndi 1906-cı ildə dünyasını dəyişdi və Ərəbbəsrə kəndində dəfn olundu. Yurdunda Əfəndi, Camal, Xalid, Əbubəkir, Hacı Məhəmmədəli və Bahyəddin adında altı oğlu qaldı.Şeyx Yusif əfəndinin oğlu Xalid Baba da kəramətləriylə məhşur olan bir övliya olmuşdur. O,  Ərəbbəsrə kən¬dində doğulsa da, İlisu sultanı Daniyel sultanın Yusif Əfəndiyə bağışladığı torpaq sahəsində ailə¬lərinə məxsus qoyunları otararmış. Azər¬bay¬canda Sovet hakimiyyəti qurulduqdan sonra, onların var-dövlətini müsadirə etdilər. Bundan sonra Xalid Baba dolanışığını təmin etmək üçün Zaqatalanın  Qımır kəndinə  gəldi. Çünki, burada atasının müridləri yaşayırdı və kənddə onların nəslinə böyük sayqı və məhəbbət vardı. Qımırda çox adam istəyirdi ki, Xalid baba onun evində qalsın. Xalid baba vvəlcə bir neçə gün Məhəm¬məd¬saleh kişinin qonağı oldu. Orada qalarkən  bu ailənin övladı olmadığını görüb, süfrədən iki ədəd qənd götürərək, dua oxuyur və ev sahiblərinin hərəsinə birini verərək, deyir: “İnşəallah tezliklə övladınız olar.” Növbəti il – 1932-ci ildə həmin ailənin bir qızı dünyaya gəlir. Uşağa ad qoymasını Xalid Babadan xahiş edirlər. Baba körpəyə Məryəm adı verir və deyir ki, bu qızı yeni dünyaya gələn Məcid adlı oğluma ad eləyirəm. Xalid Baba kəramətli övliya olmasına bax¬ma-yaraq, daim öz əlinin əməyi ilə yaşa¬yır¬dı. Belə ki, o, bağlardan meyvə, bostan, tə¬rə¬vəz dər¬mək¬lə pul qazanar, ailəsini dolandırardı. Xalid Baba 1937-ci illərin  Stalin repressiyasına məruz qaldı və Sibirə sürgün olundu. O, ömrünü sürtgündə başa vurdu və geri qayıtmadı.                Hacı Yəhya ƏfəndiYuxarıda qeyd etdik ki,  Zaqatala rayonunun Qımır kəndində Şeyx Yusif əfəndinin müridləri yaşayırdılar. Onlardan biri də Hacı Yəhya Əfəndi idi. O, XIX əsrin ortalarından XX əsrin əvvəllərinə qədər yaşamaqla, sufi şeyxi Ərbbəsrəli Şeyx Yusif Əfəndinin müridi olmuş, irşad etrmək üçün ondan icazənamə almışdır. Onlar tez-tez həm Ərəbbəsrədə, həm də Qımırda zikr mərasimləri təşkil edərdilər. Zikr məra¬sim¬lərinin keçirildiyi yerə təkyə deyirdilər. Sufilərin Qımır¬dakı təkyəsinin qalıq¬ları bu gün də durur və onun ətrafında sufi şeyx¬lərinin, o cümlədən Hacı Yəhya Əfəndinin məzarları var. Yuxarıda qeyd etdim ki, Yəhya  Əfəndinin mürşidi Ərəbbəsrəli Şeyx Yusuf Əfəndi olmuşdur. Bundan əlavə bütün övliyalarda olduğu kimi Şeyx  Yəhya Əfəndinin də mənəvi mürşidi olmuş və onunla ruhən təmasda olmuşdur. Bu, Dağıstanın Axtı rayonunda dəfn olunmuş və  müqəddəs  məzarı ziyarətgah olan, övliyaların  qüt¬bü sayılan Şalbuz Baba idi. Həyat yoldaşı Zalxa xanım söhbət edirmiş ki, isti yay günlərində Yəhya Əfəndinin başmaqlarında qar görərmiş və bunun sirrini soruşanda heç bir cavab almazmış. Həm¬çinin, həyat yoldaşına tapşırarmış ki, gördüklərini heç kəsə danışmasın. Sonralar Zalxa xanım dəqiq¬ləşdirib ki, əri bəzən gecə ikən Şalbuz Babanın ziyarətində olub, qayıdır. Övliya dünyasını dəyi¬şənə qədər Zalxa xanım bu sirri açmır.Qımır camaatının danışdığı əhvalatlardan məlum olur ki, Şeyx Yəhya Əfəndi şox kəramətli bir övliya olmuşdur. Bir gün oğrular arasında mübahisə olur ki, Yəhya Əfəndinin həyə¬tindən oğurluq etmək mümkün deyil. O, bəsirətli adam olduğundan, həyətinə girənlərin niyyətini duyur.  Oğrulardan biri bununla razılaşmır, deyir mən oğurlayaram, siz də baxarsınız. O, öz oğru yoldaşları ilə mərcə dura¬raq, axşam övliyanın həyə¬tinə oğurluğa girir. Qeyd edim ki, hamı kimi Şeyxin də həyətinin ətrafına  yul¬ğun¬dan çəpər çəkil¬miş, ağac¬dan doqqaz qoyul¬muş¬du. İlk baxışdan həyətə gir¬mək və buradan oğurluq etmək o qədər də çətin gö¬run¬mürdü. Oğru da elə bu¬na arxayın idi. Nə isə… Bu zavallı bir gecə övliyanın həyətinə girdi və eşikdəki  arı təhnəsini götü¬rərək, darvazadan  çıxmaq istədi. Elə  problem də bun¬dan sonra ya¬randı. Belə ki, oğru nə qədər axtarsa da, darvazanı tapa bilmədi. Adi yulğundan hörülmüş çəpər oğurunun gözünə hündür divar kimi göründü. Beləcə, səhərə qədər həyətdə o baş-bu başa fırlana- fırlana qaldı. Hacı Yəhya  Əfəndi sübh namazına  duranda oğruya salam verib, içəri dəvət etdi. Oğru ondan çiynin¬dəki təknəni alıb yerə qoymağı və darvazanın yerini göstərməyi xahiş etdi  və etdiyi hərəkətə görə üzr istədi. Çünki, gecəni səhərə qədər o, həyətdə fırla¬nar¬kən  təknəni çiynindən yerə  yerə qoya  bilməmişdi. Murad ƏfəndiQımırda  yaşamış sufi şeyxlərindən biri də Murad Əfəndi olmuşdur. XIX əsrin orta¬larından XX əsrin əvvəllərinə qədər həyat sürən bu Allah dostu bütün ömrünü İslam dininin və müqəddəs kitabın təbliğinə həsr etmişdir. O, təhsilini Ərəbbəsrə kən¬dində Şeyx Yusif Əfəndidən almış, da¬ha sonra Talalı Şeyx Əhməd Əfəndinin (1839-1904) ya¬nın¬da seyr və sulukunu ta¬mam¬¬layaraq, ir¬şad üçün icazənamə almışdır. Yeri gəlmişkən qeyd edim ki, Murad  Əfən-dinin atası Xan¬mə¬həm¬məd Əfəndi  də mollalıq etmiş, din xadimi kimi bölgədə nüfuz qa¬zan¬mışdır.Sarı pirQımır kəndində olan ziyarətgahlardan biri də “Sarı pir”dir. Burada ən çox sarılıq xəstə¬li¬yindən əziyyət cəkənlər şəfa tapdığından, el ara¬sında adı “Sarı pir” qalmışdır. Hələ ta qədimdən ətrafda ya¬şayan əhali burada bir çox kəramətlərin, hik¬mət¬lərin şahidi olmuşlar. Belə ki, Bazar kən¬dinin  sa¬kin¬ləri Məhəmməd və Məhəmməd¬hənifə adlı iki nə¬¬fər  axşam namazı vaxtı pirin yanından keçır¬miş¬lər. Birdən havada ardıcıl düzülmüş nur¬ların pirə doğru gəldiyini görürlər. Onların dediyinə görə düz xət boyunca düzülmüş on iki ədəd nur “Sarı pir”ə eniblər.Xalq arasında sınaq¬dan çıxmış bir inanc mövcuddur ki, kimsə başqası tərəfindən zülmə mə¬ruz qalarsa sarı pirə gə¬lib, günahkarın cəza¬lan¬ması üçün mıx çalır və tezliklə nəticəsini görür. Bu barədə Qımır kənd sakini Həşimov Həşim Məhəm¬məd oğlunun danışdığı bir əhvalatı moderator.az-ın oxucularına təqdim edirəm:- Gecə həyətimdən hey¬vanlarım oğurlanmışdı. O𬬬runu təxmin etsəm də, boynuna almırdı. Ona de-dim: «Gedirəm sarı pirə mıx çalmağa, sənə pis olacaq». Getdim oğrunun tapılması və cəzalanması niyyəti ilə pirə  mıxı çaldım, mücö¬vür¬çüyə tapşır¬dım ki, üç gün¬dən sonra gəlib çıxaracam, ona qədər heç kəsin çıxar¬masına imkan verməsin. Üç günün tamamında pirə ge¬dəndə mıxın çıxarıldığını gör¬düm. Mücövürçüdən soruşanda dedi: «Filankıs gəldi mənə yalvardı, mən də mıxı ona göstərdim, çıxarıb, getdi». Deməli, oğrunu düzgün təxmin etmişdim. Yeni¬dən onun yanına gedib, heyvanlarımı istədim. Dedi: «Satıb, pulunu xərcləmişəm, məni bağışla». Çox keçmədi ki, böyük biyabırçılıqla onun ailəsi dağıldı və özü də kənddən baş götürüb getdi.Növbəti müsahibim Zaqatala rayonunun Bəhmədli kənd sakini Cahangirova Gülbahar Cahangir qızı başına gələn faciəli hadisəni belə nəql edir:-Oğlum ağır xəstələnmişdi. Zaqatalada sarılıq diaqnozu ilə müalicə alsa da, vəziyyəti ağırlaşırdı. Həkimlər dedilər təcili Bakıya – Mərkəzi klinikaya çatdırın. Axşam uşağı evə gətirdim və taksiyə zəng etdim ki, səhər üzü bizi Bakıya aparsın. Həmin gecə qəribə yuxu gördüm: “Sarı pir”də dəfn olunan övliyanın həyətimizə gəldiyini gördüm. Dedi uşağı Bakıya aparma, sabah gətir ziyarətimə, sağaldaram. Səhər üzü bu yuxunu görüb ayıldım və yoldaşıma danışdım. Dedi taksi gəlir, yoldadır; biz Bakıya çıxmalıyıq, ziyarət qalsın sonraya. Beləliklə, icazə vermədi. Bakıda həkim baxıb dedi sarılıq olub, amma, düzgün müalicə getmədiyindən xəstəlik şiddətlənib. Nə qədər cəhd etsələr də oğlumu sağalda bilmədilər, Bakıdan cənazəsin qaytardıq. Hələ də özümü qınayıram ki, gərək yuxuda mənə deyilənə əməl edib, uşağı “Sarı pir”ə aparaydım. Çünkü, ata-babadan görmüşük ki, sarılıq xəstəliyi olanları bu pirə aparadılar, şəfa tapardı.Bağırovun Qımır səfəri       Qımır kəndinin mötəbər qonaqlarından biri də Mircəfər Bağırov olmuşdur. Azər¬bay¬cana rəhbərlik etdiyi dövrdə o, xalqın güzəranı və yerli rəhbərlərin əhaliylə necə davrandığını öz gözləri ilə görüb, şahid olmaq üçün tərki-libas olub, tez-tez bölgələrə gizli səfərlər edərdi. Belə səfərlərin birində Bağırov Qımır kəndinə gəlib çıxır. Kənd sakini Musa kişinin (el arasında ona “Baley Musa” deyər¬miş¬lər) qapısını döyüb, Allah qonağı olduğunu, gecələməyə yer verməsini ondan xahiş edir. Ev sahibi qonağı tanımasa da, Allah xatirinə onu evə dəvət edir və çay-çörək verir. Çörək yediyi müd¬dətdə qonaq camaatın yaşayışına, rayon rəhbərlərin dav¬ra¬nışına dair çox sözlər soruşur; hamısına da düzgün və səmimi cavablar alır. Ev sahibi səhər yuxudan oyananda qonağın yatağını boş görüb, təcüblənir. Bir neçə gündən  sonra Zaqatalada işinin öh¬də-sindən gələ bilməyən  və vəzifəsindən sui istifadə edən bir neçə vəzifəli şəxs işdən azad edildi, bəziləri isə güllələndi. Bu hadisələrdən sonra ha¬mıya məlum oldu ki, “Baley Musa”nın qonağı Bağırov imiş.  Daha sonra müəyyən dairələr qisas məqsədi ilə Musanı sürgünə göndərəndə  Bağıraov onu xilas etdi.                             Paşa Yaqub – tədqiqatçı-yazıçıZaqatala – BakıMüəllifdən: Qımır kəndində tədqiqat apararkən bizi təmənnasız olaraq evində qonaq saxlayan kənd sakini Həşimov Həşim Məhəm¬məd oğluna təşəkkürümüzü bildiririk.  Yazarın arxivi: http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler