Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mircefer Bağırovun Mikayıl Müşfiqin dayısı haqqında hökmü: ”Derisini soyun…!”

27 Haziran 2016

1:12 pm


27/06/2016 [17:10]: xeber –
Bir zamanlar Müsavatın fəal simalarından biri olan Əlhüseyn Həmidov gənc bacısı oğlu Mikayıl Müşfiqin qətli, eləcə də şairin bacısı və həyat yoldaşının həbsindən sonra öz aqibətinin nə ilə bitəcəyini çox yaxşı bilirdi. Amma Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırovdan gələn gecə zəngi onun fikrini dəyişdirir. Bağırov ona sabah qəbula gəlməsini və özlərinə lazım olan hansısa bir işlə təmin olunacağını deyir. Xızıdan olduğuna görə Dağlı təxəllüsü ilə tanınan Əlhüseyn səhər saat 10-da Mərkəzi Komitəyə gedəndə Bağırovu orada görmür. Mircəfərin köməkçisi tez işə qarışır. Bağırov gələnə qədər “qonağ”ın istirahəti üçün gözəl süfrə açdırır. Amma səhərdən evdən ac çıxan Əlihüseyn Dağlı əlini süfrəyə uzadar-uzatmaz ona ”kişi gəldi, içəri keçə bilərsən” tapşırığı verilir.Müsavat fəallarından olan Əlihüseyn Dağlı-Həmidovun bütün əzabları başlayır.sayt təqdim edəcəyi yazıda nakam, fağır bir insanın-Əlihüseyn Dağlının bu əzablarından danışacaq.Hər şey ondan başlamışdı ki, “Mircəllad” Dağlını ittiham edən Səfər Məmmədov isimli müstəntiqə “onun dərisini soyun, cəsədini də Suraxanıdakı quyulara atın“, deyərək külli-ixtiyar vermişdi. Təbii ki, burada “dərisini soyun” məcazi mənada deyilmişdi. Amma cəllad müstəntiq üçün bundan gözəl söz ola bilməzdi. İş o yerə çatmışdı ki, Səfər Məmmədov özünün erməni əlaltıları ilə birlikdə cılız müsavatçıya o qədər işgəncə vermişdilər ki, əks-inqilabçı damğasına yalnız “təki məni öldürün” deyərək qol çəkmişdi. Görün, Bağırov və əlaltılarının işgəncə metodu necə qəddar olub ki, insan öz ölümü üçün dəyalvarırmış. Onu gündüzlər işgəncəyə məruz qoymaqla yanaşı, gecələr də yatmasına imkan verməyiblər. Hər dəfə kiprikləri yumulanda dəmir dəyənəklə, ən yaxşı halda şillə-təpiklə yatmasına mane olurmuşlar. Ondan da pis günə saldıqları bolşevik Dadaş Bünyadzadəni dəfələrlə onun üzünə durdururlar. Lakin DTK-nın təcridxanasında min cür əzaba qatlanan Əlihüseyn əks-inqilabçı olduğunu boynuna almır. Dadaş bəy ona yalvarır. Hər gün partladılan ağız-burnunu ona göstərərək, “səni bundan da pis əzab gözləyir” deyir. Onunla birgə əks-inqilabçı fəaliyyətində olduğunu etiraf etməsini təkid edir. Amma Dağlı bununla razılaşmır. Nəticədə, işgəncələrin kəsəri daha da artır. Artıq fiziki baxımdan tab gətirməyən “müttəhim” “mən razılaşıram, amma Bağırova deyin ki, məni öldürsün” deyərək, kağızı qollayır.Lakin onu öldürmürlər. Əvəzində ölümə bərabər 8 il sürgün həyatına yollayırlar. 1945-ci ildə cəza müddəti bitməsinə baxmayaraq müharibəni bəhanə edib onu həbsdən buraxmırlar. Əlihüseyn həbsdən xeyli gec buraxılır. Bakıda yaşamağın mümkünsüzlüyünü görüb, Şamaxıya yollanır. Orada çox kasıb həyat keçirir. Bakıya qayıtmağın da mümkünlüyü bilir. Çünki Bağırovun ona acığı hələ də soyumamışdı. 1937-ci ildə “hə, dağlı balası, indi get, nə bacarırsan, elə” deyərək onu həbs etdirən Bağırov Dağlının cəsədini Suraxanı quyularına atdıra bilməmişdi. Bir az Müsavat qəzəbi, bir az da Müşfiqin qəzəbi üst-üstə gələrək Əlihüseynin üzərində cəmlənmişdi. Üstəlik, özünün cılız vücudu ilə çox təqiblərə məruz qalaraq Bağırovçulara qarçı dirənməyini də “Mircəllad” özünə yaraşdırmırdı.O, ikinci dəfə də həbs olunur. Yenə də əsassız, filansız. Birinci həbsdən sonra məhv olmuş fiziki sağlamlığı onsuz da ona nəsə başqa,qeyri-qanuni iş görməyə imkan vermirdi. Amma heyhat! DTK-nın da sözü söz idi. İkinci dəfə həbs olunan Əlihüseyn artıq bir az təcrübəli idi. Melankova yazdığı məktubundan bədənindəki bütün işgəncə yerlərinin adını çəkir. Müstəntiqləri ifşa edir. Stalin öləndən sonra isə həbsdən azad edilir.Əlihüseyn Dağlı uzun ömür yaşayır. 1983-cü ildə vəfat edir. Özündən sonra xeyli dəyərli əlyazmalar qoyur, çoxlarının simasını açır. Amma vaxtıkən “məni öldürün” deyə yalvardığı şəxslər Bağırov, Məmmədov və onların əlaltıları çoxdan məhv edilmişdilər.Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler