Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Miqrantların adı yene seksual tecavüz qalmaqalında hallanır

04 Temmuz 2016

5:44 pm


04/07/2016 [21:42]: xeber –
Almaniyanın “Bild” qəzeti xəbər verir ki, Düsseldorf polisi cinsi təcavüz və zorlama ilə bağlı bir neçə cinayət işi qaldırıb.Cinayətlərin açıq hovuzlarda və əsasən əcnəbilər tərəfindən törədildiyi bildirilir.Qəzet polislərin yazışmasına istinad edərək yazır ki, çimərlik mövsümünün başlanması ilə şəhərdə “cinsi xarakterli cinayətlərin ciddi artımı” qeydə alınmaqdadır. Bunların arasında yetkinlik yaşına çatmamış şəxslərə qarşı törədilən cinayətlər də var.15 iyun tarixli xidməti yazışmada deyilir ki, “Cinayətkarların şəxsiyyətini müəyyən etmək mümkün olduğu zaman onların əsasən gəlmə olduqları üzə çıxır. Onlar bir qayda olaraq gənclərdir.”Almaniyada kütləvi cinsi təcavüz hallarına tez-tez rast gəlinir. Mayın 31-də bildirilirdi ki, Darmştadt şəhərinin polisinə musiqi festivalı zamanı miqrantlar tərəfindən cinsi təcavüzə məruz qaldıqlarını iddia edən qadınlardan azı 18 müraciət daxil olub.Fevral ayının əvvəlində isə Köln polisinə küçədə sataşmalarla bağlı 22 şikayət daxil olmuşdu. Bu halların da hamısı hər il fevralda keçirilən bir həftəlik karnaval zamanı baş vermişdi. Baş verənlərin arasında hətta bir zorlama halı da var idi.Ən böyük hücum isə Yeni İl gecəsində Kölndə baş vermişdi. Həmin gecə 1500-ə qədər yerli qadına hücum olunmuşdu. Qadınlar təcavüzkarların Yaxın Şərq və Şimali Afrika əsilli kişilər olduğunu iddia edirlər.(azadliq radiosu)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler