Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Minsk qrupunun danışıqların davam etmesindeki rolu önemlidir”

23 Eylül 2016

8:16 am


23/09/2016 [12:15]: xeber –
ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaxın günlərdə regiona səfər edəcəyi,
Azərbaycan və Ermənistan prezidentləri ilə görüş keçirəcəyi gözlənilir.
Maraqlıdır, uzun illərdir ki, Qarabağ probleminin həllində cüzi də olsa uğura
nail olmayan Minsk qrupu ilə hələ də danışıqlar aparmağın, onların vasitəçi
kimi rolunu qəbul etməyin əhəmiyyəti varmı?

sayt-a açıqlama verən millət vəkili Rövşən Rzayev Minsk
qrupunun danışıqların davam etməsində bu gün də mühüm rol oynadığını vurğuladı:

“Danışıqlar prosesinin davam etməsində Minsk qrupunun rolu çox
vacibdir. Yaxşı olardı ki, onların bu fəaliyyəti daha effektiv xarakter
daşısın, Ermənistanın konstruktiv mövqeyə dəvət edilməsi daha tez baş versin.

Biz görürük ki, son vaxtlar həmsədr dövlətlər status-kvonun dəyişilməsi
üçün müəyyən addımlar atırlar. Bu danışıqlar prosesi məntiqi nəticəsinə gəlib
çatmalıdır. Möhtərəm prezident İlham Əiyev danışıqlar prosesini aparan şəxsdir.
Onun şəxsi nüfuzu hesabına problemimizi yaxın zamanlarda həll edəcəyimizə
inanıram.

Azərbaycan istənilən zaman öz ərazi bütövlüyün təmin etməyə hazırdır.
Azərbaycanın Silahlı Qüvvələri bunun üçün yetərincə gücə malikdir. Aprel hadisələri
də göstərdi ki, Azərbaycan istənilən halda öz ərazi bütövlüyünü təmin edəcək. Yaxşı
olardı ki, bu, sülh yolu ilə olsun. Bizim gözləntimiz bundan ibarətdir”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler