Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Minatapan bitki: İspanaq yarpağı – İnanılmaz

01 Kasım 2016

7:44 am


01/11/2016 [11:42]: xeber –
sayt-ın məlumatına görə, ispanağın yarpaqlarına, kiçik borular yerləşdirilməsi yolu ilə, bitkinin minalarda olan nitro-aromaları yığıb, siqnal olaraq çatdırması təmin edilib. Massachusetts Texnologiya İnstitutunun (MIT) məqalə olaraq nəşr etdiyi məlumata görə, ispanaq yarpaqları tərəfindən toplanan bu məlumatlar, kabelsiz olaraq ağıllı cihazlara da köçürülə bilir. Bəs ispanağı bomba araşdırıcısına çevirən bu “kiçik müdaxilə” necə reallaşır? Elm insanları ispanaq bitkisinin lazım olan siqnalları verə bilməsi üçün, yarpaqlarına nano hissəciklər və karbon nanotüplər yerləşdiriblər. Siqnalları oxuya bilmək üçün isə yarpağa lazer tutaraq, bu nanotüplərin lazer işığı ilə reaksiyaya girməsi təmin edilib. Bir infraqırmızı kamera vasitəsilə də hədəf molekulların reaksiyası təsbit edilib. BBC-yə danışan layihə məsullarından Professor Michael Strano,—”Bu üsulla, bitkilərdən istədiyimiz hər hansı bir şeyi təyin etmək üçün istifadə edə bilərik”—deyib. Strano,—”Bitkilər müdafiə sistemi olaraq istifadə edilə bilər. Bundan başqa kütləvi sahələrə yerləşdirilərək “terrorist fəaliyyətlərə” qarşı da sensor funksiyası görə bilər”—deyə, açıqlama verib. Michael Stranonun laboratoriyası yaxın zamanda, yenə karbon nanotüpləri vasitəçiliyi ilə, TNT tipi partlayıcıları və sinir sistemini təsir edən zarin qazını təsbit etməyi bacarmışdı.Mehman Nəbiyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler