Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Min bir eziyyetle film çekirik, amma…” – FOTO

02 Ağustos 2016

6:32 pm


02/08/2016 [22:30]: xeber –
Azərbaycanda seriallar və komediya janrı sürətlə inkişaf edir. Ən əsası çəkilişlər üçün sponsor tapmaq asan olur. Bunu sayt -a peşəkar kaskadyor Sain Fərhad deyib. Amma o, dramatik janrda çəkilən filmlərin vəziyyətinin ürəkaçan olmadığını qeyd edib: “Aktyor və rejissorlar günlərlə işləyib qısametrajli filmlər çəksələr də, zəhmətlərinin bəhrəsini görə bilmirlər. Bir neçə qısametrajlı film çəkmişik. Hətta sonuncu çəkdiyimiz filmi beynəlxalq festivala göndərmək fikrindəyik. O ki qaldı qazanca, sevərək gördüyümüz işdir. Amma hələ maddi gəlir əldə edə bilməmişik. Sponsor tapılsa, daha güclü və tammetrajlı filmlər çəksək, daha böyük uğurlar əldə edə bilərik”. Xatırladaq ki, Sain Fərhad aktyor, döyüş səhnələrinin xoreoqrafı və kaskadyor, beynəlxalq “Action Martial Arts” sertifikatına malik təlimçi-xoreoqraf, özünümüdafiə və qarışıq döyüş növləri üzrə VIP dərəcəli məşqçidir. Baş qərargahı Almaniyada yerləşən və dünyanın 120 ölkəsində nümayəndəlikləri olan beynəlxalq döyüş sənət növləri assosiasiyasının üzvüdür. Ən müxtəlif döyüş sənəti, o cümlədən, Vado-Rü, Şotokan, Kunq-Fu, Kyokuşinkay, Qodzü-Rü, Ciu-Citsu, Boks, Kapoeyra, Cit-Kun-Do, Vinq-Çun, Taekvando və s. növlərinə yiyələnib. 30 yaşının 19 ilini döyüş sənətləri aləminə həsr edib. Bir neçə il bundan əvvəl, Sain Fərhadın rəhbərliyi altında Bakıda SAINT Peşəkar Kaskadyor Döyüşçülər Qrupu adlanan ilk döyüşçü-aktyorlar heyəti təşkil olunub. Məqsəd Azərbaycanda döyüş (Action) filmlərinin çəkilişini inkişaf etdirməkdir. Qrupun üzvləri artıq bir neçə filmə və reklam çarxına çəkilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler