Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Milyonlarla dollar büdcesi olan fonda rehberlik eden genc Katya -Putinin qızı siyasete gelir

20 Ekim 2016

1:00 pm


20/10/2016 [16:57]: xeber –
Rusiyada Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnıy yazır ki, Katerina Tixonovanın «Innopraktika» fondu 2015 və 2016-cı illərdə dövlət kontraktları və ianələrdən 877 milyon rubl (14 milyon dollardan artıq) əldə edib.«Reuters» və «Bloomberg» agentlikləri Katerina Tixonovanı  Rusiya prezidenti Vladimir Putinin qızı adlandırır. (Azadlıq Radiosu)6.8 MİLYON DOLLARLIQ İANƏ«Innopraktika» sözügedən məbləğin yarısını dövlət şirkətlərinin tenderlərini udaraq əldə edib. Təşkilatın donorları arasında «Rosneft», «Rosatom», «RosNANO» və başqa şirkətlər var. Qalan 425 milyon rubl (6.8 milyon dollar) isə təşkilata anonim mənbələrdən ianə kimi daxil olub:“Biz 100% əminik ki, bu məbləğ daha çox olacaq. Çünki biz 2016-cı il … ianələrini hələ görmürük. Əgər bu ianələr 2015-ci ildəki qədər olsa, onda ümumi məbləğ bir milyard rublu (16 milyon dollar) keçəcək”, – deyə Navalnıy yazır.Navalnıy fonddan hesabatlarını açıqlamağı və ianələrin mənbəyini göstərməyi tələb edib. O, həmçinin, nə üçün Katerina Tixonova dan ötrü xüsusi strukturun yaradılmasına aydınlıq gətirib.İANƏLƏRİN MƏNBƏYİ BƏLLİ DEYİL“Bu, artıq Moskva Dövlət Universitetində elmi fonda rəhbərlik edən gənc qızdır. Onun təşkilatının qəyyumlar şurasında, az qala, bütün iri dövlət şirkətlərinin rəhbərləri var. Bu gün dərc etdiyimiz araşdırma da göstərir ki, bu, çox mürəkkəb adamdır. «Innopraktika»nın udduğu tenderlərin qarşıya qoyduğu vəzifələr müxtəlifdir. Burada neft hasilatı ilə bağlı spesifik sahələrdən tutmuş, Krımdakı «Rəqəmli vadi» konsepsiyasının hazırlanması kimi siyasi layihələrə qədər hər şey var. Məsələn, bu, yoxsul Elmlər Akademiyasının 2.5 milyon rubl (40 min dollar) xərclədiyi çox gülməli bir sənəddir. İçərisində elmi səslənən çoxlu söz var, amma məzmunca boşdur. Və buna bir ətək pul xərclənir”, – Navalnıy deyir.Onun sözlərinə görə, ianələrin mənbəyi bəlli deyil: “Yəni kimsə bu fondun hesabına nağd pullar göndərir. Bəlkə bu, elə həmin dövlət şirkətləridir, bəlkə də hansısa şəxslərdir. Ancaq onların bu yüz milyonlarla rublu hara xərclədikləri aydın deyil”.TRAMPLİN KİMİ YARADILMIŞ QURUMAleksey Navalnıy rəhbərlik etdiyi fondun Vladimir Putinə, onun qızına və «Innopraktika»ya açıq müraciət etdiyini söyləyir: “Çünki biz hesab edirik ki, əgər fonda prezidentin qızı rəhbərlik edirsə, o, öz işini şəffaf görməlidir və bütün Rusiya vətəndaşları bu fonda ianə verənlərin kimliyini, bu elmi işlərin nəticələrinin harada olduğunu …bilməlidir”.Navalnıy şübhə etmir ki, Vladimir Putinin qızının böyük siyasi iddiaları var. “Şəxsən mən şübhə etmirəm ki, bu, əsl elmi qurum deyil, sırf ondan ötrü yaradılıb. Tramplin kimi yaradılıb ki, sonradan o, MDU-ya rəhbərlik etsin, yaxud təhsil naziri, ya da Elmlər Akademiyasının rəhbəri olsun. Çünki artıq bu gənc qızın ən tanınmış Rusiya alimləri ilə birlikdə məqalələrə müəlliflik etdiyini görürük. Anlayırıq ki, …bunun bir məqsədi var”, – o deyir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler