Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Milyoner deyilem, memur deyilem…” – Nura

12 Ekim 2016

8:00 am


12/10/2016 [11:59]: xeber –
“Sosial şəbəkələrdə hər gün yardım üçün müğənnilərə müraciət edirlər. Mənə hər gün ən azından üç-dörd nəfər yazır. Başa düşə bilmirəm ki, müğənniyə niyə müraciət edirsiniz? Millət vəkillərinə yazın, bu işlə məşğul olan qurumlara müraciət edin”.Bu sözləri sosial şəbəkədə müğənni Nura Suri qeyd edib.İfaçı xeyriyyə yardımı üçün ona müraciət edən şəxslərdən gileylənib: “Uzun illərdir yardım etdiyim ailələr var. Milyoner, məmur deyiləm. Üç uşaq anasıyam. Xahiş edirəm, bir daha müraciət etməyin. Bir az əvvəl bir nəfər işçimə yazıb ki, “Nura xanımın adına ərizə yazmışıq”. Müğənni rüşvət almır, zəhmətiylə qazanır.Amma sənətçinin ünvanına tənqid, təhqir, şər-böhtan atmaqdan yorulmursuz. Allah şahiddir ki, nə qədər insana yardım etmişəm. Bunu danışmağı özümə ar bilirəm. Yaxşılıq etmək normaldır. Söhbət bundan getmir. Yəqin ki, fikrimi çatdıra bildim”.(Qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler