Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Milyardların axırına çıxan regionların milyonlar hesreti…

16 Ekim 2016

8:36 pm


17/10/2016 [00:34]: xeber –
2004-cü ildən 2014-cü ilədək regionlarının sosial-iqtisadi inkişafına dair iki dövlət proqramı həyata keçirilib. Hazırda 2014-2018-ci ili əhatə edə 3-cü proqram icradadır. Rəsmi məlmatlara görə, birinci proqramın icrasına 16 milyard manat, ikinci proqramın icrasına isə 14,5 milyard manat, ümumilikdə bu məqsədlər üçün 2004-cü ildən 2014-cü ilədək 30,5 milyard manat və ya həmin dövrün məzənnəsi ilə 39,1 milyard dollardan çox vəsait xərclənib. Bundan əlavə, 3-cü proqram çərçivəsində 2014-cü ildə 4,5 milyard manat və ya 5,76 milyard dollar, 2015-ci ildə 3,5 milyard manat və 3,33 milyard dollar, proqramın il 2 ilində bütövlükdə regionların inkişafına bütün mənbələrdən manatla 8 milyard, dollarla 9,1 milyard vəsait yönəldilib. Beləliklə də 2004-2015-ci illərdə regionlarının sosial-iqtisadi inkişafına 38,5 milyard manat və ya 48,2 milyard dollar vəsait xərclənib. On milyardlarla sərmayə yatırılmasına baxmayaraq hazırda əksər rayonlar üçün ən xarakterik hallar kütləvi işsizlik, sürətlə artan yoxsulluq və gündən-günə çoxalan borc vəsaitlərindən asılılıqdır. Külli miqdarda investisiyaların müqabilində indiyə qədər yalnız Bakı, Sumqayıt, Mingəçevir, Naftalan, Şirvan şəhərləri, Abşeron və İmişli rayonları öz gəlirləri ilə xərclərini ödəmək iqtidarında olub. 2016-cı ilin büdcəsindən yerli xərclərini tənzimləmək üçün ən çox dotasiya ayrılan şəhərlər arasında Lənkəran, Şəki və Gəncə, rayonlar arasında isə Ağdam Şəmkir və Cəlilabaddır. Bu il ərzində bütün rayonlara yerli xərclərinin tənzimləmək üçün mərkəzləşdirilmiş qaydada dövlət büdcəsindən ayrılacaq vəsaitlərin yuxarı həddinin 775 milyon manat olacağı gözlənilir. Bundan əlavə, 2016-cı ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 282,35 milyon manat proqnozlaşdırılıb.Növbəti ildə bu istiqamətdə vəziyyətin kəskin şəkildə dəyişiləcəyi gözlənilir. Belə ki, 2017-ci ildə respublikatabeli bütün şəhərlər, eləcə də Ağcabədi, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmiz, Qazax, Qəbələ, Qubadlı, Qusar, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şabran, Siyəzən Şamaxı rayonları yerli xərclərini yerli gəlirləri hesabına maliyyələşdirməlidir. Gələn il dotasiya ayrılacaq rayonların yalnız sayında deyil, həm də bu məqsəd üçün nəzərdə tutulan vəsaitin məbləğində kəskin azalma proqnozlaşdırılır. Belə ki, 2017-c ildə yerli xərclərinin tənzimləmək üçün mərkəzləşdirilmiş qaydada dövlət büdcəsindən ayrılacaq vəsaitlərin yuxarı həddinin məbləği 76 milyon manat və ya bu illə müqayisədə 91,2 faiz az proqnozlaşdırılıb. Bu qədər kəskin azalmanı rayonda yerli gəlirlərin əhəmiyyətli artımı ilə kompensasiya etmək istəyən hökümət həmçinin təhsilin maliyyələşdirilməsində yeni mexanizmlər tətbiq etməklə həmin xərcləri azaltmaq siyasətini yeridir. Belə ki, Yeganə istisna bu ildən başlayaraq xüsusi olaraq təhsilin maliyyələşdirilməsinə şamil olunur. Belə ki, 25 yanvar 2016-cı ildə təsdiq olunmuş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan təhsil müəssisələri üzrə xərclərin mərkəzləşdirilmiş maliyyələşdirilməsi Qaydaları”na görə, Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan təhsil müəssisələri Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzləri tərəfindən maliyyələşir. Yeri gəlmişkən onu da qeyd edək ki, aparılan dəyişiklər və gözlənilən yeniliklər Naxçıvan Muxtar Respublikasının (MR) büdcəsinin formalaşması mənbələrində dəyişikliyə səbəb olmayacaq. Hətta, əksinə 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinə veriləcək dotasiya bu illə müqayisədə artırılaraq 290 milyon proqnozlaşdırılıb. Gələn ilin büdcəsindən ən çox dotasiya Ağdama, Qaxa, Şəmkirə ayrılması nəzərdə tutulsa da bu rayonlar üzrə cari ilə nisbətən azalma 5-6 dəfə olacaq. Dotasiya ayrılacaq digər rayonlara üzrə bu proporsiya daha yüksək olacaq, yəni onlara bu illə müqayisədə gələn il yerli xərclərini tənzimləmək üçün mərkəzləşdirilmiş qaydada büdcədən 5-10 dəfə az vəsait ayrılacaq. Gələn il rayonlara ayrılacaq dotasiyanın bu illə müqaisədə 91,2 faiz və 700 milyon manata qədər azalması ilk regional idarəetmə xərclərinin kəskin ixtisarına gətirib çıxaracaq. Çünki, 2017-ci il üçün regionlar üçün proqnozlaşdırlan cəmi xərclər 718, 27 milyon manat və ya bu illə müqayisədə 53 faiz azdır. Növbəti ilin büdcə proqnozlarına görə, bir tərəfədən gəlirləri artırılan, digər tərəfdən də xərcləri azaldılan rayonlar üçün 2017-ci il çətin keçid ili olacaq. Əvvəlki illərdən dəfələrlə az büdcəyə sərəncam vermək məcburiyyətində qalan icra hakimləri rayonu ənənəvi deyil, yeni tələblərlə idarə edə biləcəkmi? Yəqin ki, bir çoxları, xüsusilə də uzun illərdir ki, şişirdilmiş xərclərlə israfçılıq hesabına külli miqdarda vəsait qazananlar üçün növbəti il həm çətin, ağır, həm də sınaq ili olacaq.Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler