Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Millimiz dünyanın diqqetini özünde cemlemeyi bacardı…

11 Kasım 2016

9:48 am


11/11/2016 [13:46]: xeber –
sayt xəbər verir ki, Türkiyənin “İHLAS” xəbər agentliyində, futbol üzrə Milli Komandamızın əldə etiyi uğurlara dair yazı nəşr olunub. 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı üçün seçimlərdə yüksək nəticələr göstərən millimiz, dünyanın diqqətini özündə cəmləməyi bacarıb. FIFA-2018 Dünya Kubokuna, Avropa ölkələri arasındakı seçimlərdə C Qrupunda mübarizə aparan və 3 matçda 7 xal toplayan Azərbaycan, tarixinin ən parlaq dövrlərindən birini yaşayır. Azərbaycan, ilk matçında səfərdə San Marinonu, sonra isə qonaq etdiyi Norveçi 1-0 lıq hesabla üstələyib. Üçüncü matçında isə Çexiya səfərində azərbaycanlılar buradan da 0-0 lıq bərabərliklə ayrılıb. Azərbaycan Milli Komandası əldə etdiyi nəticələrlə 7 bal yığaraq 9 ballı Almaniyadan sonra qrupda ikinci sırada yer alıb. Xorvat baş məşqçi Robert Prosineckinin çalışdırdığı Azərbaycan Milli Komandası, seçmələrdə ilk üç qarşılaşmada qapısında qol belə görməyərək bütün diqqətləri üzərində toplamağa bacarıb. Azərbaycan FIFA 2018 Dünya Kuboku Avropa Seçmələrində C qrupunun dördüncü matçında, bu axşam Bakı vaxtı ilə 23:45-də Şimali İrlandiyanın qonağı olacaq. Azərbaycan Milli Komandasının aldığı müvəffəqiyyətli nəticələr Azərbaycan xalqını sevincə qərq edib. Böyük bir həyəcan yaşayan azərbaycanlılar, xüsusilə, ictimai mediada #niyədəyox” etiketi ilə paylaşımlar edirlər.Mehman Nəbiyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler