Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Milli zeka” jurnalının yeni sayı işıq üzü gördü

08 Ekim 2016

8:40 pm


09/10/2016 [00:39]: xeber –
İngilis fiziki İsaak Nyutonun dahiləri xarakterizə edən aforizmə çevrilmiş bu kəlamı təsadüfi deyilməyib: “Mәn ona görә dahiyәm ki, özümdәn öncәki dahilәrin çiyinlәrindә dayanmışam”.Doğrudan da, bu deyimdәki böyük hikmәt dahiyanəliyin ifadəsidir. Millәtin formalaşmasında onun sayının azlığının, ya çoxluğunun fәrqi olmaz, daha doğrusu, bu prinsipdә kütlә amili heç bir әhәmiyyәt daşımır. Hәr bir xalqı dünyada tanıdan onun şәxsiyyәtlәri, daha dəqiq ifadə etsək, dahilәridir. Xalq üçün doğulan, bәşәriyyәt üçün yaşayan, iz buraxan dühalar xalqı tanıdıb. Maddi-mәdәniyyәt nümunәləri, mənəvi sərvətləri, o cümlədən folkloru zәngin olan xalq özünün möhtәşәm varlığı üzәrindә әdәbi-bәdii xəzinəsini yaratmışdır. Azәrbaycan xalqı dünyanın xoşbәxt xalqlarındandır ki, onun dünyaca mәşhur dahi Sәmәd Vurğun kimi yaradıcılığında milli vә bәşәri kaloritlәri birləşdirən sәnәtkarları vә elm adamları olub. Nizami Gәncәvi, Nәsimi, Füzuli, Nәsirәddin Tusi kimi dahilәrin sırası daha sonralar Mirzә Fәtәli Axundzadəyə, Mirzә Cәlilә, Üzeyir bəy Hacıbәyliyә, Hüseyn Cavidә, nəhayət, anadan olmasının 110 illiyi xalqımız və dövlətimiz, elmi və ədəbi ictimaiyyət tərəfindən yüksək, yəni layiq olduğu səviyyədə qeyd edilən, bununla əlaqədar silsilə  mədəni-kütləvi tədbirlər keçirilən, yaradıcılığı bir daha araşdırılan, dəyərləndirlən Sәmәd Vurğuna gәlib çatmışdır. Azәrbaycan xalqının milli-mәnәvi sәrvәti sayılan dahi şәxsiyyәtlәrin vә mütәfәkkirlәrin elmi ictimaiyyət tərəfindən dönə-dönə xatırlanması onların irsinin öyrənilməsinə və təbliğinə yaranan ciddi ehtiyacdan irəli gəlir.Cəmilə Çiçək,Prezident təqaüdçüsü


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler