Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Milli Şura mitinq keçirir

11 Eylül 2016

1:28 pm


11/09/2016 [17:27]: xeber –
Bu gün Milli Şuranın Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı etiraz mitinqi keçirilir.Aksiya saat 17.00-dan 19.00-a qədər elan olunub. Mitinqin əsas şüarı “Monarxiyaya yox! Talana son!”dur.Milli Şura hesab edir ki, dəyişikliklərdə məqsəd respublikadan monarxiyaya keçidi və hakim ailə üzvilərinin hakimiyyətdə təmsilçiliyini təmin etməkdir.Hakimiyyət rəsmiləri isə Konstitusiya dəyişiklərini zamanın tələbi adlandırıblar. Onların fikrincə, bu dəyişikliklər dövlətin təhlükəsizliyinə, islahatların sürətləndirilməsinə xidmət edir.Mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılığı var və Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edir.Sentyabrın 9-da isə Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinqinin təşkilatçıları Vahid Məhərrəmli, Eldəniz Quliyev və İbrahim İbrahimli sentyabrın 9-da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar.Polis generalı aksiya iştirakçılarının qanuna zidd hərəkətlərə yol verməməsi barədə təşkilatçılara xəbərdarlıq edib (“Amerikanın səsi”).


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler