Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Milli Medeniyyetin Tebliği İctimai Birliyi Mingeçevirde tedbir keçirdi

16 Ağustos 2016

8:28 am


16/08/2016 [12:25]: xeber –
Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yeniyetmələrin təlim – tərbiyəsində milli dəyərlərə söykənən davranış və geyim mədəniyyətinin yüksəldilməsi istiqamətində təbliğat və təşviqatın aparılması” layihəsi şərçivəsində sonuncu tədbirini  avqustun 15 – də Mingəçevir şəhərində Milli QHT Forumunun Resurs Mərkəzində həyata keçirib. Tədbirdə 29 nəfər müxtəlif peşə sahibləri olan ictimaiyyət nümayəndələri iştirak edirdilər. İştirakçılardan 17 nəfəri gənclər,  bunlarınn 6 nəfərı isə gənc oğlanlar idi. Tədbirdə iştirak edən qalan iştirakçılar orta yaşlı nəslin nümayəndələrindən ibarət idi. Başqa bölgələrdə olduğu kimi mövzunun aktuallığı hər kəsi maraqlandırdığından tədbir iştirakçılarının hamısı tədbirin işində çox aktiv iştirak etdilər. Tədbirdə layihə rəhbəri və eksperti çıxış etməklə yanaşı həm də hazırladıqları “Geyim və müasirlik” adlı videoçarxı da nümayiş etdirdilər. Bu vidioçarxın nümayişindən sonra ciddi müzakirələr və çıxışlar başladı. Tədbir iştirakçıları demək olar ki, yekdilliklə müasir cəmiyyətdə ən böyük problemə çevrilən insanların geyimlərimizdəki zövqsüzlük və ictimai yerlərdə davranışlarındakı qüsurların olduğunu qeyd etdilər.  Əvvəlki tədbirlər də olduğu kimi əsasən milli geyimlərimizdəki qüsurların baş alıb getməsində əsasən tv-lərdə təbliğatın lazımı səviyyədə olmaması, ailə-məktəb və bağçaların biganə davranışı əsas qınaq obyekti kimi dəyərləndirildi. Tədbirin işində demək olar ki, hamı aktiv iştirak edirdi, iştirakçılar öz fikirlərini, arzu və təkliflərini bildirdilər. Mingəçevir şəhər kitabxanasının peşəkar işçisi Əhmədli Şəlalə xanım çıxış edərək, həqiqətən cəmiyyətdə belə problemin olduğunu xüsusi olaraq qeyd etdi. Şəlalə xanım çıxışının sonunda belə bir təklif verərək söylədi; “Bu eybəcər geyim və davranış qaydalarına kökündən baxılıb, qiymət verilməli və əməli tədbirlər görülməlidir. Elə sizin kimi təşkilatlar yığışın konsepsiya hazırlayın və dövlətimizin ideologiyasının başında duran və cavabdeh olan insanlar sözün əsl mənasında lazımı işlər də görə bilsinlər. Belə getsə milli adət-ənənələrə söykənən gözəl, abırlı geyimlərə və etik davranış qaydalarına həsrət qalacayıq”. İştirakçılar bildirdilər ki, bu gün eybəcər geyinən və bunun qaçılmaz təzahürü olan, eybəcər davranışın acısını da elə özümüz çəkəcəyik. Ciddi tədbirlər görməsək və gözəl, sanballı geyimləri yalnız muzeylərdə görə biləcəyik. Bu işdə zorakarlıqla, təhqirlə deyil məqsədyönlü şəkildə hər kəs bacardığını etməlidir. Layihə üzrə məsul şəxslər sonda təklifə qoşularaq bildirdilər ki, maraqlı təkliflər var, amma bunların həyata keçməsi müəyyən zaman tələb edir. Biz hamılıqla ictimai qınaq cəhtlərinə də göz yummamalıyıq. Bu sahəyə diqqətimizi artırmalıyıq. Layihə rəhbəri Şəki şəhərində keçirilən tədbirdə irəli sürülən “İlin bir günü milli geyim günü elan olunsun” təklifi barədə məlumat verdikdə bu, iştirakçılar  tərəfindən çox bəyənildi və hamısının ürəyincə oldu. Tədbirin işi Minşəçevir TV-nin xəbərlər proqramı tərəfindən vidio çəkiliş apararaq, lentə alındı. Tədbirdə həmçinin “Mingəçevir” qəzetindən müxbir və AZƏRTAC-nin nümayəndəsi də iştirak edirdi.Müzakirələr çay süfrəsində də davam etdirildi.      Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri  Jalə xanım Cəfərova


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler