Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Milli Meclisde YAP-ın deputatlarının sayı 72-ye çatıb

20 Haziran 2016

8:20 am


20/06/2016 [12:19]: xeber –
Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlarının sayı 72-yə çatıb. Partiyanın 72-ci deputatı 90 saylı Ağdaş seçki dairəsindən seçilib.YAP-ın namizədlərinin 71-i 2015-ci V çağırış Milli Məclisə seçkilərdə qalib gəlib. Hakim partiya nəticələri ləğv edilən 90 saylı Ağdaş seçki dairəsindən də namizəd irəli sürüb. İyunun 18-də keçirilən təkrar seçkilərdə YAP-ı partiyanın rayon təşkilatının sədri Cavid Osmanov təmsil edib. İlkin məlumatlara əsasən, təkrar seçkilərdə həmin dairədən 40 203 seçicidən 19 674 (85,56%) nəfəri C.Osmanova səs verib. Beləliklə, YAP-ın deputatlarının sayı 72-yə çatıb.Yeni Azərbaycan Partiyası onlardan 71-nin namizədliyini rəsmi formada irəli sürüb. Bir nəfər YAP üzvü Mirzəcan Xəlilov öz təşəbbüsü ilə seçkiyə qatılıb. 2015-ci il noyabrın 1-də keçirilən parlament seçkilərin o, 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat seçilib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler