Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Milli maraqlarımız çoxşaxeli tehdid altındadır”

25 Haziran 2016

5:56 am


25/06/2016 [09:55]: xeber –
PKK-nın
Niderlandda Azərbaycan və Türkiyə diaspor təşkilatına silahlı hücum etməsi PKK
faktorunun Azərbaycan üçün də kifayət qədər böyük təhlükə olduğunu göstərməkdədir.

Maraqlıdır,
PKK-nın məlum hücumu Azərbaycanın PKK-ya qarşı sərt addımlar atması ilə nəticələnə
bilərmi?

Bununla
bağlı sayt-a açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli
indiki məqamda rəsmi bakıdan belə bir addım gözləmədiyini vurğuladı:

“Azərbaycanın
milli maraqları çoxşaxəli təhdid altındadır. Azərbaycanda
milli məsələlərə təəssüf ki, biganəlik də müşahidə edirəm. Azərbaycanın milli məsələləri
ilə məşğul olan və buna cəhd edən təşkilatlara ögey münasibətin mövcudluğu da
bir reallıqdır. Odur ki, indiki Azərbaycanla bu cür məsələlərə prinsipial
yanaşma gözləmirəm. Hakimiyyət milli dəyərlərələ zənginləşmədikcə bu cür məsələlərin
üstündən ya sükutla
keçəcək, ya da təşəbbüsləri boğmağa çalışacaq. Xüsusilə PKK məsələsinə
yanaşmada ehtiyatlılıq müşahidə olunduğu bir zamanda radikal addımlar gözləmirəm”.

 

Seymur
Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler