Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Milli Azlıqların V Respublika Festivalı keçirilecek

24 Haziran 2016

3:00 pm


24/06/2016 [18:59]: xeber –
Ölkəmizdə yaşayan xalqların və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf etdirilir. Ümummilli lider Heydər Əliyevin fəaliyyətində azsaylı xalqların mədəniyyətinə diqqət və qayğı xüsusi yer tutmuşdur. Bu siyasətin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu həssas məsələyə daim böyük önəm verilmiş, son illər ərzində azsaylı xalqların yaşadığı bölgələrin sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli işlər həyata keçirilmişdir.Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliği məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli 1673 nömrəli Sərəncamına əsasən 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan olunmuşdur. Məsələ ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən respublikamızda çoxsaylı tədbirlər təşkil edilir.Bununla əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi digər dövlət orqanları ilə birlikdə bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparır.Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı ildən etibarən Bakı şəhərində “Azərbaycan-doğma diyar” devizi altında azsaylı xalqların incəsənəti festivalları keçirilir. 2006, 2008, 2011 və 2014-cü illərdə keçirilmiş festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır. Festivallar çərçivəsində Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər hazırlanmış, görkəmli alimlərin iştirakı ilə azsaylı xalqların və etnik qrupların mədəni irsinin qorunması mövzularında elmi konfranslar keçirilmiş, onların həyat və yaşayış tərzini əks etdirən fotosərgilər təşkil edilmişdir. Festivallar kütləvi informasiya vasitələrində geniş işıqlandırılmış, elmi konfransların materialları “Musiqi dünyası” jurnalında çap olunmuşdur.Görülən işlərin davamı olaraq 28-30 iyun 2016-cı il tarixində Bakı şəhərində “Azərbaycan – doğma diyar” devizi altında Milli Azlıqların V Respublika Festivalının keçirilməsi nəzərdə tutulur. Festival çərçivəsində 28-29 iyun tarixində R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında bədii kollektivlərin çıxışları, 30 iyun tarixində Heydər Əliyev Sarayında festivalın qala konserti keçiriləcəkdir.Bununla yanaşı Azərbaycan Xalça Muzeyində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən “Bir ailədə” adlı fotosərginin, 5 dildə (Azərbaycan, ingilis, rus, fransız, alman) “Azərbaycanda yaşayan milli azlıqların mahnı və rəqs folklor nümunələri” diskinin və foto-kataloqun təqdimatı, habelə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda dəyirmi masanın təşkili planlaşdırılır.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler