Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Milli Azerbaycan Ədebiyyatı Muzeyinin yeni saytı istifadeye verilib

29 Eylül 2016

9:00 am


29/09/2016 [12:57]: xeber –
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin veb-saytı təkmilləşdirilərək yeni dizaynda istifadəyə verilib. Muzeyin mətbuat xidmətindən sayta verilən məlumata görə, resursun baş səhifəsində Ədəbiyyat Muzeyində baş tutan önəmli görüşlərin, ən mühüm tədbirlərin görüntüləri slayd şəklində əks olunur. Səhifənin strukturuna “Muzey”, “Nəşrlər”, “Filiallar”, “Media”, “Elanlar”, “Xəbərlər” və s. bölmələr daxildir. “Muzey” bölməsində muzeyin tarixi, quruluşu, 40-cı illərdən müasir dövrümüzədək bu tarixi məkanı ziyarət edən xarici qonaqlar, görkəmli şəxslər, yazıçı və alimlərə dair məlumatları, onların muzey haqqında dəyərli fikirlərini oxumaq olar. “Nəşrlər” bölməsi vasitəsilə Azərbaycan elmi və ədəbiyyatı sahəsində baş verən ən son yeniliklər, keçirilən tədbirlər, konfranslar, elmi seminarlar haqqında bilgilər əldə etmək mümkündür.”Media” bölməsində ölkədə ədəbiyyat sahəsində keçirilən tədbirlərə dair fotoşəkillər, videogörüntülər yer almışdır. “Xəbərlər və elanlar” bölməsində isə muzeyin fəaliyyəti və ədəbiyyatına dair yeniliklər, keçiriləcək konfranslar, xarici səfərlər, çap olunan yeni nəşrlər, o cümlədən muzeyin direktoru, filologiya elmləri doktoru, akademik Rafael Hüseynovun elmi fəaliyyətini əks etdirən məlumatlar mütəmadi olaraq işıqlandırılır.Qeyd edək ki, sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler