Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Milletimize, dövletimize, özümüze yazığım gelir…”

08 Ekim 2016

9:24 am


08/10/2016 [13:23]: xeber –
“Cənab prezident siyasi meydanda tək qalıb, Azərbaycanın bütün xalqı prezidentinin arxasında olmalıdır. İlham Əliyev siyasi cəhətdən çox güclü, iradəli adamdır və birdən-birə bu müraciəti onun iradəsinin zəifliyindən yox, xalqın həmişəki kimi arxasında olub-olmamasını yoxlamaqdan irəli gəlir. Prezident əmin olmalıdır ki, xalq onun arxasındadı.”Bunu sayta açıqlamasında tanınmış politoloq Cümşüd Nuriyev prezident İlham Əliyevin 7 oktyabrda Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı səsləndirdiyi “Bizə təzyiqlər göstərilir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılıq verək” fikrinə münasibət bildirərkən deyib. C.Nuriyev beynəlxalq təşkilatların Azərbaycana qarşı həyasızlıq etdiyini qeyd edib: “Neçə ildir ki, artıq Azərbaycana bu məsələdə təzyiq göstərirlər. Maraqlısı odur ki, dünya praktikasında Fələstin-İsrail məsələsi və bu məsələ hələ 1848-ci ildə həll olunub. Amma bugünə qədər də onların arasında razılıq əldə edə bilməyən beynəlxalq təşkilatlar nədən Azərbaycana bu qədər təzyiq göstərirlər?! Belə götürsək, ərəblərin 21 dövləti var, Fələstin 22-cisidir. Ermənilərin isə ikinci bir dövlət yaratmalarına heç bir əsasları yoxdur. Çünki Azərbaycan adıyla yeganə dövlət burdadır, onun ərazisi hesabına və vaxtilə bizim buraxdığımız səhvlərə görə bir Ermənistan dövləti quruldu zatən. Daha sonra etnik təmizləmə də apardılar, 9 min kvadrat kilometrdən indi 29 minə gəlib çıxıblar, üstünə işğal olunmuş ərazilərimizi də gəlsək, rəqəm daha da böyüyür. Belə bir məslədə beynəlxalq təşkilatlar yenə də həyasızlıq edirlər. Açıqcasına sırf xristian həmrəyliyi nümayiş etdirirlər. Onlarda İslam dünyasına qarşı nifrət var və bir növ bu nifrəti sınaqdan keçirirlər, daha doğrusu bizim əsəblərimizi yoxlayırlar ki, görsünlər müsəlmanların bu məsələdə özlərini nə qədər siyasi cəhətdən sabit aparırlar”. Politoloq daha sonra prezidentin həmin çıxışında təkcə xalqa müraciət etmədiyini bildirib: “Cənab prezidenti başa düşmək olar, çünki bütün təzyiqlər prezidentin üzərinə yönəlib. Prezident təkcə xalqa müraciət eləmir, siyasətçilərə, millət vəkillərinə, özünü müxalifət sayanlara müraciət edir. O müxalifətdə olanlar heç utanmırlar ki, bircə dəfə olsun Azərbaycanın ərazi bütövlüyü məsələsini qaldırmırlar. Nyu-Yorkun, Strasburqun, Vaşinqtonun koridorlarında sülənirlər, amma bircə dəfə də olsun, Azərbaycanın ərazi bütövlüyü, ermənilərin işğalı ilə bağlı məsələləri gündəmə gətirmirlər. 25 ildi hələ də Azərbaycan müxalifəti Azərbaycan dövlətinin maraqlarına xidmət etmir. O vaxt Çaykənd əməliyyatı aparılanda indiki müxalifətdə oturanlar, özünü demokrat sayanlar Moskvaya və ya dünyanın bir çox ölkələrinə teleqramlar vurudular ki, ermənilərin hüquqları pozulub. İndi bir milyon azərbaycanlının hüququ pozulub, nədən bunlar hələ də hakmiyyət davası edirlər?! Heç olmazsa özlərini müxalifət sayanlar bircə dəfə yığışıb qərar versinlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanımadıqlarına görə, beynəlxalq təşkilatlarla bütün əlaqələrimizi kəsirik. Amma bunu etməyəcəklər, çünki bunlar oradan maliyyə, yardım alırlar. Daha doğrusu Azərbaycanın maraqlarını satmaq hesabına balalarını oxudurlar, çörək yeyirlər, dillənəndə də millətdən, qeyrətdən, kişilikdən danışırlar”. Cümşüd Nuriyev sonda Azərbaycan xalqının seçdiyi prezidentinin yanında olduğunu vurğulayıb:“Azərbaycan prezidentinə ölkənin ərazi bütövlüyünün dağıdılması, yeni bir dövlətin tanınması üçün belə təzyiqlər göstərirlərsə, biz nə vaxt dövlətimizin, millətimizin yanında olacağıq, ay özündən razı danışanlar? Azərbaycanın artıq 18 oktyabrda müstəqilliyinin 25 ili tamam olur. O vaxt SSRİ-nin saxlanması ilə bağlı keçirilən mart referendumunda cəmi 43 nəfər onun əleyhinə səs vermişdi. Onların arasındakı bəziləri, xüsusən də parlamentdə oturanlar susqun durmaqla nəyi gözləyirlər? Onsuz da deputatdırlar. Bu iqtidardan kifayət qədər yararlanıblar, yararlanmaqda davam edirlər. Bu iqtidar onlar üçün daha nələr etməlidir ki, bu məsələdə əsl canfəşanlıq göstərsinlər? İndi belə çıxır ki, onlar o vaxt hansısa məqsədə xidmət ediblər. Bu qədər də tarixi yaddaşsızlıq etmək olmaz axı? Biz millətimizin müstəqilliyini istəmirdikmi? Bəs yaxşı indi niyə susuruq, nəyi gözləyirik? Bizə daha nələrisə etmələrinimi? Bundan da pis olacaq ki? Bu insanlar, hansı ki, potensial imkanları, bəzilərinin həm də maliyyə imkanları var dünyanın müxtəlif yerlərində uşaqlarına təhsil verdirirlər, bir neçə dildə danışdırılar. Nədən bu müxtəlif dilləri bilən uşaqların hamısı Amerikada, Avropada gedib mətbuat konfransları keçirmirlər? Özlərini Amerikada əsir-yesir edirlər ki, ay nə bilim “Azadlıq” radiosu bağlandı, Amerika demokratlar institutu bağlanıb, amma Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səslərin çıxarmırlar. Halbuki o uşaqların hamısı Azərbaycanın pulunun hesabına oxuyublar, halbuki heç birinin heç nəyi yox idi. Nə iqtidarda, nə də müxalifətdə olanların bir hissəsini çıxmaq şərtilə hamısı nəyisə gözləyir. Gərək Azərbaycanın ərazi bütövlüyü parçalana? Söz tapmıram, eyni zamanda millətimizə, dövlətimizə, özümüzə yazığım gəlir. Görün Azərbaycan siyasəti hansı vəziyyətdədir ki, artıq yetkin bir siyasətçi olan insan dillənir. Ancaq prezident bilsin ki, harada olmasından asılı olmayaraq, millətini, dövlətini sevən, hörmət edən, Azərbaycan xalqı, ziyalıları onun yanındadır. Burada artıq iqtidar-müxalifət yoxdur, burada Azərbaycan dövləti, Azərbaycan xalqı var, bizim seçdiyimiz prezident var və biz də prezidentimizin yanındayıq. Prezident bunu bilməlidir”. Rumiyyə MİRASLAN


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler